Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
15-09-2023, 22:57
Ermənilər Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu


Ermənilər Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu

Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətdə cavab tədbirləri görülüb.
15-09-2023, 21:53
Hərbiçimiz açılan atəşdən həyatını itirdi


Hərbiçimiz açılan atəşdən həyatını itirdi

Azərbaycan ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlu həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hərbçimiz Bakının Binə qəsəbəsində torpağa tapşırılıb.
15-09-2023, 20:58
Xaçmazdakı faciəvi hadisəylə bağlı açıqlama verildi


Xaçmazdakı faciəvi hadisəylə bağlı açıqlama verildi

Bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı “VAZ 2106” markalı minik avtomobili çay yatağına düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsi həyata keçirilib.
Həmçinin, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.
15-09-2023, 20:34
Günay Malikqızı yeni vəzifəyə təyin olundu


Günay Malikqızı yeni vəzifəyə təyin olundu

Tanınmış jurnalist Günay Malikqızına yeni vəzifə verilib.
O, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyinin media sahəsi üzrə əməkdaşı olacaq.
Günay Malikqızı vəzifəsinin icrasına sabahdan başlayacaq.
Qeyd edək ki, G.Malikqızı daha öncə Milli Olimpiya Komitəsinin mətbuat katibi olub.
15-09-2023, 19:44
Türkiyənin ədliyyə nazirinin müavini ölkəmizə rəsmi səfərə gəldi


Türkiyənin ədliyyə nazirinin müavini ölkəmizə rəsmi səfərə gəldi

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkiyənin ədliyyə nazirinin müavini Hasan Yılmaz ölkəmizə rəsmi səfərə gəlib.
Baş Prokurorluqdan verilən xəbərə görə, bu gün Azərbaycan Respublikasının Baş prokuroru ilə Türkiyəli nazir müavini arasında baş tutan görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.
Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Hasan Yılmaz ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
15-09-2023, 19:16
Kamran Əliyev qazaxıstanlı həmkarını qəbul etdi


Kamran Əliyev qazaxıstanlı həmkarını qəbul etdi

Qazaxıstanın Baş prokuroru Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Səfər Baş prokuror Kamran Əliyevin dəvətilə baş tutub. Məqsəd MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasına qatılmaq olub.
K.Əliyev qonaqla görüşdə vurğulayıb ki, etnik, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələrimiz arasında son illərdə müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında olan qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.
Həmçinin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi yardım, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
B.Asılov təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
15-09-2023, 18:55
“Zirə” “Sumqayıt” üzərində qələbə qazandı


“Zirə” “Sumqayıt” üzərində qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
Turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Fasilədən sonrakı ilk oyunda lider “Zirə” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
“Kəpəz” – “Səbail” və “Araz-Naxçıvan” – “Neftçi” matçları sabah keçiriləcəksə, “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” görüşləri ayın 17-də baş tutacaq.
15-09-2023, 17:42
Azərbaycan və Ermənistan ekspertləri arasında görüş keçirildi


Azərbaycan və Ermənistan ekspertləri arasında görüş keçirildi

Bu gün Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, heyətlərə Azərbaycan tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.
15-09-2023, 15:19
Prezident İƏT-ə üzv dövlətlərin baş prokurorlarına müraciət ünvanladı


Prezident İƏT-ə üzv dövlətlərin baş prokurorlarına müraciət ünvanladı

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları!
Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də İƏT olmuşdur.
Sevindirici haldır ki, İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf edir.
Bildiyiniz kimi, Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İƏT-ə üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.
2020-ci ildə bu ərazilərimiz işğaldan azad edildikdən sonra isə Azərbaycan digər çağırışlarla qarşılaşmışdır. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşmüşdür ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır.
Hörmətli iclas iştirakçıları, hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Qlobal və regional təhdidlərin, islamafobiya meyllərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.
Əminəm ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm".
15-09-2023, 14:47
Körpünün bərpası 10 gün müddətində yekunlaşacaq - AAYDA


Körpünün bərpası 10 gün müddətində yekunlaşacaq - AAYDA

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz-Xudat yolunun üzərindəki körpü uçub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov hadisə yerinə gedib. Açıqlama verən Saleh Məmmədov körpünün qəzalı olması ilə bağlı iddiaların mümkünsüz olduğunu deyib:
“Təxminən 50 il əvvəl tikilən körpünün dayaqlarının bünövrəsi sıvaylar üzərində qurulmayıb. O dövrün tələblərinə uyğun tikilib. İndi isə yeni tələblərə uyğun bərpa edəcəyik”.
AAYDA sədri körpünün bərpasının 10 gün müddətinə yekunlaşacağını diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!