Vuçiç etirazçıları dialoqa çağırdı .....                        Qaxda “QAZel” aşdı: yaralı var .....                        Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü - FOTO .....                        Palata büdcənin icra vəziyyətini açıqladı .....                        Əlilliyi olan şəxslər üçün yeni güzəştlər .....                        Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndi .....                        Seçkilərdən sonra MSK-ya 20 müraciət daxil olub .....                        Bu şəxslərə yaşayış sahələri veriləcək .....                        Milli Məclisin Hesablayıcı komissiyasına sədr seçildi .....                       
Tarix : 15-03-2024, 14:16
Odlar Yurdu Universitetində seminar keçirilib


Odlar Yurdu Universitetində əcnəbi tələbələrin iştirakı ilə seminar keçirilib

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin təşəbbüsü və Dövlət Miqrasiya Xidmətininbirgə təşkilatçılığı ilə Odlar Yurdu Universitetindətəhsil alan əcnəbi tələbələr üçün seminar keçirilib. “Miqrasiya sahəsində elektron resurslardan istifadə və bəyan olunmuş təhsilalma məqsədlərinin pozulmasına görə inzibati məsuliyyət” mövzusunda keçirilən seminarın məqsədi Odlar Yurdu Universitetində təhsil alan əcnəbi tələbələrin və müəssisənin aidiyyəti məsələlərə məsul şəxslərinin miqrasiya qaydaları sahəsində biliklərinin artırılması və bu istiqamətdə əcnəbi tələbələrlə əlaqədar sənədləşmə işlərinin aparılma bacarıqlarının inkişaf etdirilməsi olub.
Giriş sözü ilə çıxış edən Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov əcnəbi tələbələrin təhsilalma məqsədlərindən irəli gələn qeydiyyat və miqrasiya qaydalarına uyğun davranışı, bu müstəvidədaha çox rast gəlinən aktual məsələlər barədə danışıb.

Çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənovhəm birliyə, həm də təsisçisi olduğu Miqrasiya Əməkdaşlıq Platformasına əcnəbi tələbələrlə bağlı daxil olan çoxsaylı müraciətlərdən bəhs edib və təhsil alan əcnəbilər arasında keçirilən bu kimi maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Odlar Yurdu Universitetində keçirilən tədbir 19 mart – Azərbaycan Respublikasının Mqirasiya orqanları işçilərinin peşə bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil olunan maarifləndirmə tədbirləri çərçivəsində keçirilib. Bu səbəbdən seminarın gedişatı zamanı DMX-nın 17 illik fəaliyyətinə həsr olunan video-çarx nümayiş olunub.
Tədbirdə geniş nitqlə çıxış edən və Dövlət Miqrasiya Xidmətinin çoxşaxəli fəaliyyətinə nəzər salan Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danşıb.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Sunay Quliyev və Miqrasiya nəzarəti baş idarəsinin Ölkə daxilində miqrasiya məsələlərinə baxılması şöbəsinin rəisi Rüstəm Rəhimov təhsil alan əcnəbi tələbələrlə bağlı miqrasiya qanunvericiliyinin müxtəlif aspektlərini və elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatlarla çıxış ediblər.
Görüşdə iştirak edən Odlar Yurdu Universitetininümumi işlər üzrə prorektoru Taleh Qələndərli və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə İşçi qrupunun rəhbəri Vidadi Fətullayevəcnəbi tələbələrlə bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər və görüşün keçirilməsinə təşəbbüs göstərən və dəstək olan bütün tərəfdaşlaradərin təşəkkürlərini bildiriblər.
Tədbirdə əcnəbi tələbələrin və Odlar Yurdu Universitetinin əcnəbi tələbələrlə iş üzrə məsul əməkdaşlarının suallarıDövlət Miqrasiya Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb, miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair geniş izahatlar verilibdir.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!