Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
11-01-2026, 16:26
Azərbaycanda bu avtomobillərin qiyməti 3 min artdı - VİDEO


Azərbaycanda bu avtomobillərin qiyməti 3 min artdı - VİDEO

Paytaxtın avtomobil bazarlarında həftəsonu aktivlik müşahidə olunsa da, artan tələblə bərabər qiymətlərdə də yüksəliş qeydə alınıb.
Satıcıların “AzTV”yə verdiyi məlumata görə, bazardakı qiymətlər stabil deyil.
Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir.
Belə ki, hazırda bazarda xüsusilə 30.000 manata qədər olan avtomobillərin qiymətində 1.500-3.000 manat arası bahalaşma müşahidə edilir. Çin avtomobillərində problemlərin artması isə alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib.
Daha ətraflı videomaterialda:

11-01-2026, 15:51
15 yaşlı uşağa qarşı cinsi zorakılıq: 5 nəfər saxlanıldı


15 yaşlı uşağa qarşı cinsi zorakılıq: 5 nəfər saxlanıldı

Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.
11-01-2026, 15:43
Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib


Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.
Bu gün 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
Bundan əvvəl, 2025-ci il 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.
11-01-2026, 15:21
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu


Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində 2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
11-01-2026, 12:44
Sabahın havası


Sabahın havası

Sabah, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.
Milli Hidrometeorologiyada Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq.
Qeyd olunub ki, atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.
11-01-2026, 12:30
Gəncədə yeniyetməni maşın vurdu


Gəncədə yeniyetməni maşın vurdu

Gəncədə piyadanı maşın vurub.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Y.Verdiyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
11-01-2026, 10:51
Polisdən əməliyyat - 9 kq narkotik vasitə ələ keçirildi


Polisdən əməliyyat - 9 kq narkotik vasitə ələ keçirildi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
11-01-2026, 00:34
Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO


Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO

Bakıda Muzey Mərkəzinin fasadında yerləşən SSRİ dövrünə aid rəmzlər ictimai müzakirələrə səbəb olub.
Bəzi sakinlər bu atributların sökülməsini tələb edərək, Azərbaycanın artıq müstəqil dövlət olduğunu və sovet simvollarının uyğun olmadığını bildiriblər.
Müzakirə olunan elementlər əsasən binanın giriş hissəsində və fasadında həkk olunmuş sovet gerbi və naxışlardır.
Mədəniyyət Nazirliyi yanında aidiyyəti qurum isə açıqlamasında bildirib ki, tarixi abidələr üzərindəki simvollar dövrün memarlıq ənənələrini əks etdirir və onların dəyişdirilməsi abidənin tarixi dəyərinə müdaxilə sayılır Qurum əlavə edib ki, bu cür elementlər yalnız elmi əsaslandırılmış qərar əsasında dəyişdirilə bilər.

10-01-2026, 23:18
“Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar


“Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar

“Fənərbaxça”ya məğlub olan “Qalatasaray” Superkubok mərasimində iştirak etməmək qərarına gəlib.
Klub bu qərar gəlməsinə keçmiş futbolçusu Gökmen Özdenakın xatirsəni yad edərkən “Fənərbaxça” azarkeşləri tərəfindən fitə basılmalarını səbəb göstərib.
Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılan final matçı “Fənərbaxça”nın 2:0 hesablı qalibiyyəti ilə başa çatıb.
10-01-2026, 21:58
"Fənərbağça" "Qalatasaray"ı məğlub etdi - Türkiyə Superkubokunun qalibi oldu


"Fənərbağça" "Qalatasaray"ı məğlub etdi - Türkiyə Superkubokunun qalibi oldu

Futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçirilib.
Həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşıb.
Atatürk Olimpiya Stadionunda oynanılan matç "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Matteo Genduzi və Ceyden Oostervolde vurublar.
Bununla da "Fənərbağça" Superkubokun qalibi olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!