Zəngəzur dəhlizi bəhanədir! .....                        Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                       
27-05-2025, 15:22
Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb - Prezident


Bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb - Prezident

İşğaldan azad edilən ərazilərdə bərpa edilən şəhər və kəndlərimizin sayı 15-ə çatıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşündə məlumat verib.
Prezident İlham Əliyev deyib:
"Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhər. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar".
Dövlət başçısı həmçinin qeyd edib ki, azad edilən ərazilərdə bu günə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur.
27-05-2025, 15:17
Prezidentin Bəylik sakinləri ilə səmimi söhbəti


Prezidentin Bəylik sakinləri ilə səmimi söhbəti

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev sakinləri salamladı.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma Vətəninizə.

Sakinlər: Allah Sizi qorusun! Fəxr edirik Sizinlə, Prezidentimizlə. Sizi Bəylikdə görmək böyük xoşbəxtlikdir. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Sizi kəndin bərpa olunması münasibətilə təbrik edirəm. Eyni zamanda, bildiyiniz kimi, sabah Müstəqillik Günüdür. Sizi Müstəqillik Günü münasibətilə təbrik edirəm. Siz gözəl bayram ərəfəsində doğma torpağınıza qayıdırsınız. Bu, gözəl hadisədir və əminəm ki, burada, doğma torpaqda həyatınız xoş keçəcək.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Dövlət əlindən gələni edib ki, sizin üçün çox gözəl şərait yaratsın.

Sakinlər: Var olsun dövlətimiz, çox sağ olun.

Prezident İlham Əliyev: Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni, yaşamaq üçün, çalışmaq üçün bütün imkanlar var. Belə gözəl, təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə, əminəm ki, sizin üçün çox xoşdur. Bu, böyük xoşbəxtlikdir. Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhər. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə bu günə qədər 40-43 min adam yaşayır, çalışır, ali məktəbdə oxuyur.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Allah şəhidlərimizə rəhmət eləsin!

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Bildiyiniz kimi, o vaxt Laçın rayonunun kiçik bir hissəsi döyüş meydanında azad edilmişdi, cənub hissəsi. Ancaq əsas hissə Ermənistanın təslim olunmasından sonra azad edildi, bir güllə atılmadan. Həm Laçının əksər hissəsi, Kəlbəcər, Ağdamın böyük hissəsi Ermənistan tərəfindən məcburən bizə qaytarılmışdır və ondan bu yana Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağa başlamışdır.
May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı.

Bilirsiniz, o vaxt o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. May ayı bundan sonra ancaq sizin üçün, bizim hamımız üçün bayram ayı kimi olacaqdır. Sağ olun.

Sakinlər: Allah canınızı sağ eləsin, Sizin sayənizdə, “Dəmir yumruq” sayəsində. Allah “Dəmir yumruğ”unuzu var eləsin, əziz Prezidentimiz.

Prezident İlham Əliyev: Sağ olun. İndi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var - Zəfər Günü, bizim 26 Avqust günümüz var - Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var - o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu da bizim böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra, 2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki dediyiniz kimi, “Dəmir yumruq” yerindədir. Sizi təbrik edirəm, xoşbəxt yaşayın.

Sakin: Cənab Prezident, mən ailəm adından, Bəylik kəndi adından Sizə böyük minnətdarlığımı, təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Amin. Cani-könüldən deyirəm, Allah Sizi Azərbaycan xalqının üstündən əskik etməsin. Amin. Mehriban xanımla qoşa yarayın, qoşa qarıyın. Var olun. Hamınız var olun…..

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

X X X

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

X X X

Prezident İlham Əliyev: İndi də gözəl bir mərasimə başlayaq, bayram ərəfəsində.

Qadın sakin: Bizim üçün ikiqat bayramdır.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Mayıl Həsənov: Allah canınızı sağ eləsin. Sizin siyasətiniz sayəsində biz 32 ildən sonra öz vətənimizə gəlib yetişmişik.

Prezident İlham Əliyev: Allaha şükür.

Mayıl Həsənov: Sizin siyasətiniz sayəsində bu torpaqlar azad olunub. Bu torpaqlar uğrunda şəhid olanlara Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Amin.

Mayıl Həsənov: Onların valideynlərinin qarşısında baş əyirik.

Qadın sakin: Hamımız baş əyirik.

Mayıl Həsənov: Qazilərimizə cansağlığı arzulayırıq. Sizin də siyasətiniz bax, belə davam etsin. Ömürünüzün axırınadək bax, belə davam etsin.

Sakinlər: Amin, İnşallah.

Prezident İlham Əliyev: İnşallah. Təbrik edirəm.

İntizar Həsənova: Qalib xalqın qalib Prezidenti, Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun.

İntizar Həsənova: Sizi Bəylik kəndində görmək bizim üçün şərəfdir, qürurdur. Allah sizi qorusun. Allah sizi Azərbaycanın üstündən əksik etməsin. Qadınlar adından çox xahiş edirik ki, bizim minnətdarlığımızı Mehriban xanıma çatdırasınız.

Prezident İlham Əliyev: Çatdıraram mütləq, çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Xədicə Həsənova: Çox sağ ol, əziz Prezident. Mən də Sizi təbrik edirəm bizə belə xoş, rəvan, gözəl şərait yaratdığınıza görə. Həmişə başın uca, alnın açıq, ürəyin təmiz olsun, xalqın arxasında durasan.

Sakinlər: Amin.

Xədicə Həsənova: Xalq da sənin arxanda duracaq.

Prezident İlham Əliyev: Sağ ol. Çox sağ olun.

Mətləb Tağıyev: Cənab Prezident, mən Allahdan arzu edirəm ki, bundan sonra Siz 100 il sağlam ömür yaşayasınız.

Sakinlər: Amin. Amin.

Prezident İlham Əliyev: Sağ olun.

Mətləb Tağıyev: Siz böyük iş görmüsünüz, hələ çox görəcək işlərimiz var. Allah nailiyyətlərinizi, qələbələrinizi bol eləsin.

Sakinlər: Amin. Amin.

Prezident İlham Əliyev: Sağ olun.

Mətləb Tağıyev: Çox sağ olun.

Nüsrət Balakişiyev: Cənab Prezident, çox sağ olasınız.

Prezident İlham Əliyev: Sağ ol.

Nüsrət Balakişiyev: Allah Sizə ömür versin, qalan laçınlılarımıza da belə gözəl evlər tikib gətirib qovuşdurasınız.

Prezident İlham Əliyev: Hamısı qayıdacaq.

Nüsrət Balakişiyev: Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Hələ Laçında görüləsi işlər çoxdur.

Ülviyyə Həsənova: Çox sağ olun, təşəkkür edirəm. Olar yoldaşım da gəlsin, ikimiz də?

Prezident İlham Əliyev: Əlbəttə, bəli.

Ülviyyə Həsənova: Gəl ikimiz də şəkil çəkdirək.

Həyat yoldaşı: Çox sağ olun.

Ülviyyə Həsənova: 50 illik yubileyimdə mənim üçün ev hədiyyəsi. Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, ad günü münasibətilə.

Ülviyyə Həsənova: Bu gün 30 illik evlilik həyatımızın ən gözəl hədiyyədir, ən gözəl.

Həyat yoldaşı: Olar bir-iki kəlmə söz deyim?

Prezident İlham Əliyev: Əlbəttə.

Həyat yoldaşı: Cənab Prezident, 2012-ci il dekabrın 24-də laçınlı keçmiş məcburi köçkünlər üçün Ağcəbədi rayonunda salınmış Taxtakörpü qəsəbənin açılışına gələndə Siz demişdiniz ki, - mən də onda xidmət edirdim, - inşallah, torpaqlarımız azad olunacaq, bundan da yaxşı evlər tikib sizə açarları təqdim edəndə deyəcəksiniz ki, cənab Prezident, bizim şəhərimizə, bizim kəndimizə xoş gəlmisiniz.

Sakinlər: Xoş gəlmisiniz, xoş gəlmisiniz. Sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: O vaxt 50 illiyimi laçınlılarla birlikdə qeyd etdim. 60 illiyimi isə Şuşada qeyd etdim, Cıdır düzündə.

Sakin: Sizin 44 günlük müharibə dövründə söylədiyiniz bir fraqmenti xatırlatmaq istəyirəm. Almaniyalı jurnalist cənab Prezidentdən müsahibə götürəndə dedi ki, Qarabağ torpağı Sizin üçün niyə əzizdir? Cənab Prezident dərhal cavab verərək dedi ki, Avropanın nəhəng dövləti olan sizin Almaniya üçün Bavariya nə qədər əzizdirsə, Qarabağ torpağı da bizim üçün o qədər əzizdir. Sağ olun.

Prezident İlham Əliyev: Yadınızdadırsa, bir məsələni də demişdim. Deyirdilər ki, qondarma “Dağlıq Qarabağ”a, “Artsax”a müstəqillik verilməlidir, özü də bunu Fransadan deyirdilər. Dedim, mən razıyam, bir şərtlə ki, onlara Marseldə müstəqillik versinlər, mən də oranı tanıyım.

Dövlətimizin başçısı sakin Xatirə İsayevaya açarları təqdim edərək dedi: Təbrik edirəm.

Xatirə İsayeva: Çox-çox təşəkkür edirəm, cənab Prezident. Allah Sizə cansağlığı versin. Bu gözəl şəraiti yaratdığınıza görə təşəkkür edirəm. Çox-çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin Ədalət İsmayılova açarları təqdim edən dövlətimizin başçısı dedi: Təbrik edirəm.

Ədalət İsmayılov: Xoş gəlmisiniz, cənab Prezident. Allah Sizi bizim xalqımızın üstündən əskik etməsin. Allah rəşadətli Ordumuzu var etsin. Dövlətimizin Bayrağını daim uca etsin. Şəhidlərimizin məqamlarını uca etsin, ailələrinə səbir, dözüm nəsib etsin!

Prezident İlham Əliyev: Sağ olun.

Dövlətimizin başçısı sakin Vahid Cəmilova təbriklərini çatdıraraq ona açarları təqdim etdi.

Vahid Cəmilov: Xoş gəlmisiniz vətənimizə və vətəninizə.

Qadın sakin: Mən Prezidentimi hər dəfə görəndə ona cansağlığı arzulamışam. Var olun, Prezidentim, Mehriban xanımla birlikdə, balalarınla birlikdə. Öpürəm Sizi, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Digər qadın sakin: Gözəl Prezidentimiz, Sizinlə çox fəxr edirəm. Qoy, bizim Sizinlə ailəvi şəkilimiz olsun. Sizi çox sevirik.

Prezident İlham Əliyev: Gəlin, çox sağ olun.

Kişi sakin: Təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun.

Digər kişi sakin: Böyük fəxrdir bizim üçün, böyük fəxrdir. Şükür Allahın bugünkü gününə.
27-05-2025, 15:11
Köç karvanı Ağdamın Kəngərli kəndinə çatdı - FOTO


Köç karvanı Ağdamın Kəngərli kəndinə çatdı - FOTO

Mayın 27-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Bu mərhələdə köçürülən 206 nəfərdən ibarət 48 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.





27-05-2025, 15:11
Köç karvanı Ağdamın Kəngərli kəndinə çatdı - FOTO


Köç karvanı Ağdamın Kəngərli kəndinə çatdı - FOTO

Mayın 27-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Bu mərhələdə köçürülən 206 nəfərdən ibarət 48 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.





26-05-2025, 23:58
Azərbaycanı eyni könül birliyi ilə dəstəkləyəcəyik


Azərbaycanı eyni könül birliyi ilə dəstəkləyəcəyik

2023-cü ilin 6 fevralında ölkəmizdə baş verən zəlzələdə çətin günlərdə və terrordan azad Türkiyə prosesində hər zaman yanımızda olan Azərbaycanı hər şəraitdə, eyni könül birliyi ilə dəstəkləməyə davam edəcəyik.
Bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən "28 May Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü Proqramı"nda deyib.
Cevdet Yılmaz qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı sarsılmaz qardaşlıq yan-yana dalğalanan bayraqlarımız kimi birlikdə durmağa davam edəcək.
O, Azərbaycanın Müstəqillik Günü kimi şərəfli günün Türk dünyasının ortaq qüruru olduğunu vurğulayıb: “Türkiyə-Azərbaycan arasında sarsılmaz qardaşlıq bağları var və bu davam edəcək”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi istiqamət və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin regionda təsirli və mötəbər mövqe qazandığını bildirən Cevdet Yılmaz deyib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev arasında olan səmimi münasibətlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu və strateji tərəfdaşlığı dərinləşdirib. Onlar əməkdaşlığımızı 2021-ci il iyunun 15-də azad Qarabağın mirvarisi olan Şuşada imzalanan Bəyannamə ilə müttəfiqlik səviyyəsinə çatdırıblar. “İki dövlət, bir millət” anlayışı institusional əməkdaşlıqlarla gündən-günə möhkəmlənir”.
Azərbaycanın Baş naziri Əli Əsədovun həmsədri olduğu Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya vasitəsilə geniş spektrdə fəaliyyət planları həyata keçirdiklərini ifadə edən Cevdet Yılmaz qeyd edib ki, ötən il 11-ci iclas keçirilib: “2024-cü ildə ümumi ticarət həcmimiz təxminən 8 milyard dollara çatdı. İkitərəfli ticarət həcmini 15 milyard dollara çatdırmaq məqsədimizə doğru qərarlı və planlı addımlarla irəliləyirik”.
26-05-2025, 22:34
Serbiya qaz sazişini sentyabrın sonuna qədər uzatdı


Serbiya qaz sazişini sentyabrın sonuna qədər uzatdı

Serbiya Rusiya ilə təbii qaz müqaviləsinin müddətini sentyabrın sonuna qədər uzadıb, qiymətdə hər hansı artım yoxdur.
Bunu “Srbijagas” şirkətinin direktoru Duşan Bayatoviç deyib.
“Rusiya qazının Serbiyaya tədarükü ilə bağlı mövcud müqavilənin müddətinin eyni şərtlərlə sentyabrın 30-dək uzadılmasına dair razılıq əldə olunub. Bu, “Banatski Dvor” və Macarıstandakı yeraltı qaz anbarlarını qış mövsümünə qədər doldurmağa imkan verəcək. Ev təsərrüfatları üçün təbii qazın qiymətində hər hansı artım olmayacaq. Rusiya təbii qazı olmadan sabit təchizatın həlli mümkün deyil”, - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya qazının Serbiyaya tədarükünə dair mövcud qaz sazişinin müddəti mayın sonu başa çatırdı.
26-05-2025, 22:00
Bizə xəstəxanada işgəncə verdilər - Məhkəmədə şok faktlar AÇIQLANDI


Bizə xəstəxanada işgəncə verdilər - Məhkəmədə şok faktlar AÇIQLANDI

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 26-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə təqsirləndirilən şəxs Arkadi Qukasyanın müdafiəsinə yeni vəkilin qoşulduğu elan olunub. A.Qukasyan yeni vəkilinə etiraz etmədiyini bildirib.
Əvvəlcə təqsirləndirilən şəxs Madat Babayan dindirilib. O, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarına cavabında Ağdərə rayonunun Qozlukörpü kəndində silahlı birləşmənin tərkibində fəaliyyət göstərdiyini, döyüş postlarına çıxdığını deyib, lakin Ağdərənin kəndlərinin işğalında iştirak etmədiyini iddia edib.
Təqsirləndirilən şəxs 1992-ci ilin fevralında Ağdərədən Xocalıya gəldiyini məhkəmədə bir daha təsdiqləyib. Dövlət ittihamçısı Fuad Musayevin onun Ağdərədən Xocalıya gəlməsinin səbəbi barədə sualına isə “Dəstək, kömək üçün gəlmişdim” cavabını verib.
M.Babayan Valerik Petrosyan, Davit Qriqoryan, Albert Qriqoryan adlı şəxsləri tanıdığını, Lambert Karapetyanın dəstəsində döyüşdüyünü, onların Kəlbəcər rayonunda azərbaycanlı əhaliyə qarşı qətliamda iştirak etdiklərini təsdiqləyib.
Daha sonra prosesdə tərcüməçinin iştirakı ilə erməni dilində videomaterial tədqiq olunub. Videomaterialda Ağdərənin “azad edilməsi”nin 19-cu ildönümü ilə bağlı “bayram tədbiri” keçirildiyi, orada həmin vaxt qondarma rejimə “rəhbərlik” edən Bako Sahakyanın, Ermənistan nümayəndələrinin və digərlərinin iştirak etdiyi göstərilir. Tədbirdə Ağdərənin işğalında iştirak etmiş keçmiş döyüşçülərə medallar və hədiyyələr təqdim olunur.
B.Sahakyan videomaterialda bildirir: “Burada veteran döyüşçüləri təltif etməyimiz o deməkdir ki, biz bütün keçmiş döyüşçüləri təltif edirik. Yəni, bu o deməkdir ki, indi bölükdə, tağımda və ya dəstədə xidmət etməsindən asılı olmayaraq, bütün iştirakçılar təltif olunur”.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualını cavablandıran M.Babayan videomaterialda medal alan şəxsin onun özü olmadığını iddia edərək deyib: “Tanımıram, o, mən deyiləm”.
Təqsirləndirilən şəxs Bako Sahakyan prokurorların suallarına cavabında belə bir tədbir keçirildiyini təsdiqləyib. Lakin o, həmin tədbirdə M.Babayana medal verməsini nə təsdiq, nə də təkzib edib. B.Sahakyan vurğulayıb: “Bu sualı nəyə görə verdiyinizi başa düşürəm. Amma mən Madat Babayanla o vaxt tanış deyildim, burada tanış olmuşam”.
Təqsirləndirilən şəxs Melikset Paşayan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən Əsgəran rayonunun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib. “Bu, atıcı taboru idi. Taborda qumbaraatanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi”, - deyə M. Paşayan suallara cavabında söyləyib.
O, Azərbaycanın torpaqlarının işğalından sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtaranadək talan etməyə heç nə qalmırdı”.



Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olub. Deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər. Deyirdilər ki, oraya getməyin, sizə güllə, mərmi dəyər.



M. Paşayan hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq üçün olduğunu da əlavə edib.
Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da diqqətə çatdırıb və deyib: “Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik Harutyunyanın dövründə idi”.
Daha sonra M.Paşayanla eyni taborda olmuş təqsirləndirlən şəxs Qarik Martirosyan dindirilib. O, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fuad Musayevin suallarına cavabında müharibədə 1993-dən iştirak etdiyini bildirərək deyib: “Əsgəran müdafiə rayonu”nun tərkibində idim, komandir Vitali Balasanyan idi”.
O, tərkibində olduğu taborun Ağdamda yerləşdiyini də söyləyib və əlavə edib: “Tabor əvvəlcə Əsgəranın Ağbulaq kəndində yerləşirdi. Ağdam alındıqdan sonra tabor həmin rayona yerləşdirildi. Tabor komandiri Vilen Safaryan, tağım komandiri Armen idi. Bölük komandirini xatırlamıram”.
Təqsirləndirilən şəxs tərkibində olduğu 31-ci taborun hərbçilərinin bir hissəsinin Ağdamın işğalında iştirak etdiyini də söyləyib, lakin özünün işğalda iştirak etmədiyini iddia edib və bildirib: “Ələ keçirilən ərazilərin müdafiəsi məqsədilə postda dururduq”.
Qarik Martirosyan təltif olunduğunu da təsdiqləyib: “İgidliyə görə” medalı ilə təltif olunmuşam. Bu, ya Arkadi Qukasyanın, ya da Bako Sahakyanın sərəncamı ilə oldu”.
Fasilədən sonra məhkəmə prosesi “İnsanların zorakılıqla yoxa çıxarılması əsir və girovlara işgəncələrin verilməsi” fəsli üzrə sübutların tədqiqi ilə davam etdirilib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, işğaldan azad olunan ərazilərdə məzarlıqlar aşkarlanıb. İstintaq orqanları tərəfindən məzarlıqlara baxış keçirilib. Məhkəmədə həmin baxış protokolları tədqiq edilib.
Qeyd olunub ki, Azərbaycanın suveren əraziləri azad edildikdən sonra həyata keçirilən işlər zamanı insan meyitlərinin sümükləri olan çoxsaylı kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazilərə istintaq orqanı tərəfindən baxış həyata keçirilib.
Vurğulanıb ki, əsir və girov götürülmüş şəxslərin bəziləri saxlanıldıqları yerdə işgəncə, qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb. Həmçinin əsir və girov götürülmüş şəxslərin bir çoxu Azərbaycan dövləti və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş tədbirlər, eləcə də onların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən pul müqabilində azad edilib.
Ardınca qeyd edilən fəsil üzrə zərərçəkmiş şəxs Zahid Həsənov ifadə verib. O, 1994-cü il martın 7-də Füzuli rayonunun Aşağı Seydəhmədli kəndində yaralandığını, martın 8-dək orada qaldığını bildirib və əlavə edib: “Martın 8-də həmin kəndə ermənilər daxil oldular və bizi - 4 yaralını əsir götürdülər. Yaralı vəziyyətdə bizi “Kamaz”la aparanda, ondan sonra isə xəstəxanada işgəncə verdilər.
Bizi Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxladılar. Bizim əsir və girovlar, o cümlədən qadınlar və uşaqlar orada idilər. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) də bizə baxmırdı. Komitənin Mark adlı nümayəndəsi var idi, tibbi bacısı isə Veronika idi. Mən təxminən bir ay yarım orada qalmışam. Həmin müddətdə Mark oraya iki dəfə gəldi. Nə yaramıza baxdı, nə də başqa nəsə etdi. Sonra bizi Şuşa həbsxanasına apardılar, Mark oraya ümumiyyətlə gəlmədi”.
O, Xankəndidə xəstəxanada saxlanılan zaman orta məktəb şagirdlərinin müəllimləri ilə birlikdə onlara baxmağa gəldiyini söyləyib və deyib: “Bizi uşaqlara göstərib deyirdilər ki, baxın, bunlar türklərdir, sizin düşmənlərinizdir. Uşaqlar da bizə tüpürür, daş atırdılar”.
Zərərçəkmiş şəxs Xankəndidə saxlanılan zaman müalicə olunmadığını bildirib və əlavə edib ki, həmin müddətdə spirtli içki və narkotik maddələr qəbul etmiş Samvel, Vrej, balaca və böyük Boryalar, Karen, Armen, Serjik adlı erməni hərbçiləri və nəzarətçiləri tərəfindən mütəmadi olaraq yara olan yerlərinə yumruq-təpik, dəmir dəyənək, avtomat silahın qundağı ilə çoxsaylı zərbələr endirilməklə amansızcasına döyülüb, müxtəlif formalarda işgəncələrə məruz qalıb. Onunla birlikdə xəstəxanada saxlanılan Qurbanov İlham Salman oğlu, Nazim, Pənah İsgəndərov, Şahbaz, İqor Əliyev, Xasay, Abdullayev Eldar İsrayıl oğlu, Tərlan, Sevil, habelə adlarını xatırlamadığı azərbaycanlı əsir-girovlara da eyni formada ağır işgəncələr verilib.
1994-cü il aprelin 28-də tarixdə Xasay, Pənah İsgəndərov, İqor Əliyev və Mürşüd Məstəliyev ilə birlikdə Şuşa həbsxanasına aparılıb, orada da Emin, Karen, Qor, Vren, Albert, Sergey, habelə adlarını bilmədiyi erməni nəzarətçilər tərəfindən mütəmadi olaraq ağac dəyənək, armatur və digər küt alətlərlə amansızcasına döyülüb, soyuq kameralarda ac-susuz saxlanılıb, ağır və çirkli işlərdə zorla işlədilərək məcburi əməyə cəlb edilib. Eyni zamanda, 1994-cü il mayın 1-də Karen tərəfindən tək kameraya salınıb, üstünə bir vedrə soyuq su tökülərək ağac dəyənəklə huşunu itirənədək döyülüb. 1994-cü il mayın 8-də Azər Aslanov və Mürşüd Məstəliyev ilə birlikdə Xankəndi şəhərində üçmərtəbəli binada yerləşən təcridxanaya aparılıb, Xankəndi şəhərindəki hərbi hospitalın yaxınlığında yerləşən və Karen Babayanın komandiri olduğu 4-cü taborda hər gün ağır işlərdə zorla işlədilib.
Zərərçəkmiş şəxs əsirlikdə olduğu zaman təqsirləndirilənlərdən Bako Sahakyanı batalyonda gördüyünü, batalyon komandirinin onu qarşıladığını bildirib.
Təqsirləndirilən şəxs Bako Sahakyan isə 1992-ci ilin sonlarından və sonrakı 30 il ərzində xidməti vəzifəsinə görə əsirlərlə, girovlarla əlaqədə olduğunu bildirərək deyib: “Mən həmin o beynəlxalq təşkilatlarla, BQXK ilə əlaqədə olmuşam”.
Dövlət ittihamçısı Vüsal Abdullayevin aydınlaşdırıcı xarakterli sualına isə B.Sahakyan cavab verməkdən yayınıb.
Zərərçəkmiş şəxs Zaur Gülməmmədov 1993-cü ilin fevralında Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyində gedən döyüşlərdə qarnından güllə yarası aldığını bildirib və qeyd edib: “Xəsarətdən huşumu itirdim, ayılanda gördüm ki, başqa yerdəyəm. Sonradan bildim ki, həmin yer Xocavənd rayonunun “Tək çinar” deyilən ərazisidir. Gözümü açıb yoldaşlarımı soruşmaq istəyəndə avtomatın qundağı ilə vurdular. Əvvəl Xocavənddəki “türmə”yə, sonra isə xəstəxanaya apardılar, orada əməliyyat edib gülləni çıxardılar. Yenə “türmə”yə, sonra Qırmızıbazara apardılar. Orada armatur, avtomatın qundağı ilə döyürdülər. Yediyimiz ancaq ot idi, qarın suyunu içirdik. Üç aydan sonra Andranikin ildönümündə gəldilər ki, aparırıq bunların başlarını kəsməyə. BQXK-dən nümayəndə gəldi. Ermənilər dedilər burada yaralı, ümumiyyətlə, azərbaycanlı hərbçi yoxdur. BQXK-ni aldadıb bizi öldürmək istəyirdilər.
Bizi elə yerə aparıb saxladılar ki, orada həkim yox idi. Saç-saqqalımız uzanmışdı, bədənimizi bit-birə basmışdı. Əlimizi yumağa qoymurdular. Bizimlə birgə əsir saxlanılan ağdamlı Habil var idi. Ağdamlı olduğuna görə döyə-döyə öldürdülər. Habili vəhşicəsinə döydükdən sonra gətirib üstümüzə tulladılar. Bədənində salamat yeri yox idi. Elə həmin gün can verdi. Mənim sol ayağımı üç dəfə sındırdılar. Sonra bizi Şuşaya apardılar. İşgəncələr yenidən başladı. Orada “Ovçarka” itini üstümüzə qısqırdırdılar, qolumda itin dişinin yeri qalıb (bu zaman qolunu göstərir – red.). Ağdamdan Tatar adlı oğlan var idi, onu bir həftə soyuducuda saxlayaraq dondurub öldürdülər”.
O, 9 ay əsirlikdə saxlanıdldıqdan sonra əsir mübadiləsi zamanı Azərbaycana təhvil verildiyini bildirib və deyib: “Hazırda sol tərəfim protezdir”.
Zərərçəkmiş şəxs Əskər Əskərov Quba rayonunun Xınalıq rayonunda anadan olduğunu, Kəlbəcər, Ağdərə, Laçın istiqamətlərində döyüşdüyünü bildirib. O, 1993-c ü il aprelin 2-də erməni hərbçiləri tərəfindən əsir götürülüb. Zərərçəkmiş şəxsin sözlərinə görə, onu BTR-in arxasına bağlayaraq Kəlbəcər şəhərinin mərkəzi ilə dolaşdırıb, vəhşicəsinə döyüb, axşamlar dirəyə bağlayıb saxlayıb və digər işgəncələr veriblər.
Daha sonra cavan yaşlı əsir-girovlar ilə birlikdə Ermənistanın Basarkeçər rayon daxili işlər şöbəsinin müvəqqəti saxlama təcridxanasına aparılmaqla kameralardan birində bir gün saxlanılıb. Daha sonra isə İrəvan şəhərində hərbi polisin hauptvaxtı kimi istifadə olunan yerə gətirilib. O, saxlanıldığı bütün yerlərdə yumruq-təpik, rezin dəyənəklərlə amansızcasına döyülərək işgəncələrə məruz qalıb. 1995-ci il yanvarın 15-də Bəxtiyar Tağıyevlə birlikdə Qazax rayonu ilə sərhəd ərazidən azad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.
Zərərçəkmiş şəxs Elçin Cəfərov bildirib ki, 1993-cü ilin mayında Nərimanov rayonundan hərbi xidmətə çağırılıb, Naxçıvan MR-də yerləşən hərbi hissədə xidmətə başlayıb. O, 1995-ci ilin iyununda Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onu Qarakilsə rayonunda 4-5 saat saxlayıb, sonra “Niva” markalı avtomobillə İrəvan şəhərinə aparıblar. Burada isə Ermənistanın Müdafiə Nazirliyinə, sonra isə müvəqqəti saxlama yerinə gətiriblər. Orada onu 23 gün saxlayıblar. Həmin müddətdə ona işgəncələr verilib. Onu daha sonra Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasına aparıb, 1996-cı ilin mayınadək orada saxlayıblar. Orada başqa azərbaycanlı əsirlər də olub.
Təcridxanada saxlandıqları müddətdə ona çoxlu işgəncələr verilib. O cümlədən fasiləsiz işlədilib, dəmirlə, digər predmetlərlə döyməklə, bədənlərinə qızdırılmış dəmir parçaları basmaqla əziyyət verilib.
Ermənilər onları öz tərəflərinə keçməyə məcbur edib, buna etiraz etdikdə isə amansızcasına döyüblər. Zərərçəkmiş şəxs 1996-cı il mayın 10-da əsirlikdən azad edilib, İrəvan hava limanından onu və müxtəlif yerlərdə əsirlikdə saxlanılan 67 azərbaycanlı ilə birlikdə Bakıya göndərilib.
Zərərçəkmiş şəxslər onların nümayəndələrinin, müdafiə tərəfinin və təqsirləndirilən şəxslərin də suallarını cavablandırıblar.
Məhkəmədə zərərçəkmiş şəxslər barəsindəki tibbi-ekspertiza rəyləri də elan olunub.
Məhkəmə prosesi mayın 29-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
26-05-2025, 21:15
Azərbaycanda qurbağa əti - Rəsmi açıqlama verildi


Azərbaycanda qurbağa əti - Rəsmi açıqlama verildi

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) qurbağa əti ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, qurbağa əti dünyanın müxtəlif ölkələrində istehlak olunan qida məhsullarından biridir. Fransa, Çin, Tailand, Vyetnam, Meksika kimi ölkələrdə qurbağa əti geniş istehlak olunur:
"Hazırda ölkəmizdə istehsal olunan qurbağa ayaqları Avropa bazarına, xüsusilə İtaliya və Fransaya ixrac olunur. Bu məhsullar Avropa Birliyinin qida təhlükəsizliyi və gigiyena standartlarına cavab verdiyi üçün ixrac prosesi davamlı şəkildə həyata keçirilməkdədir. Həmin məhsullar isə Salyan rayonu, Şorsulu kəndində "AZARIFROG" MMC və Masallı rayonu, Qızılağac kəndində "Az Fish and Frog" MMC qurbağa emalı müəssisələrində yetişdirilir".
Agentlikdən bildirilib ki, son günlər media səhifələrində paytaxtın bəzi restoranlarında təklif edilən qurbağa məhsulları ilə bağlı "dırnaqarası ekspertlər" tərəfindən səsləndirilən əsassız iddialara gəldikdə isə istənilən qida məhsulunun saxlanma şəraitinə və emal qaydalarına əməl olunmadıqda tərkibində mikroorqanizmlər inkişaf edə bilər. Qeyd olunan prinsiplər yalnız qurbağa ətinə deyil, bütün qida məhsullarına aiddir.
Qeyd edək ki, Gəncə şəhərində restoranların birində müştərilərə qurbağa ətinin təklif olunması ilə bağlı görüntülər yayılıb.
26-05-2025, 18:12
Dövlət qurumlarının adından dələduzluq edən şəxs saxlanıldı - VİDEO


Dövlət qurumlarının adından dələduzluq edən şəxs saxlanıldı - VİDEO

Paytaxtın Nəsimi, Nizami, Səbail və digər rayonlarında silsilə dələduzluq hadisələri qeydə alınıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, naməlum şəxs özünü ayrı-ayrı dövlət qurumlarının əməkdaşı kimi təqdim edərək vətəndaşların evinə daxil olub və mənzillərində quraşdırılan sayğaclarda problem olması bəhanəsi ilə onları aldadaraq pul vəsaitlərini ələ keçirib.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən 34 yaşlı Rəfail Əsgərov saxlanılıb. Onun qanunazidd əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırma aparılır.
R.Əsgərovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

26-05-2025, 18:07
Vuçiç İlham Əliyevə məktub göndərdi


Vuçiç İlham Əliyevə məktub göndərdi

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizin firavanlığı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.
Serbiya Respublikası Azərbaycan Respublikası ilə ilk gündən qarşılıqlı etimada, ehtirama və hörmətə, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl şəkildə riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətinizi yüksək qiymətləndirirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm və fəxr edirəm ki, bizi dostluq münasibətləri ilə yanaşı, strateji tərəfdaşlıq da birləşdirir. Əminəm ki, Strateji Tərəfdaşlıq Şurasının qarşıdan gələn Birinci Sessiyası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Serbiya Respublikasının bütövlüyünü qorumaq, Kosovo və Metoxiya məsələsini sülh yolu ilə və diplomatik vasitələrlə həll etmək istiqamətində səylərini prinsipial və qəti şəkildə dəstəklədiyiniz üçün Azərbaycan Respublikasına və şəxsən Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Zati-aliləri, əmin olun ki, Serbiya Respublikası da öz növbəsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirəcəkdir.
Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!