Bakıda daha bir ərazidə yaşayış binası plana düşdüBakıda daha bir ünvanda yaşayış binası söküləcək.
Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu, 92/352 ünvanındakı binadan gedir
Bildirilib ki, 1908-ci ildə inşa olunan yaşayış binası hazırda qəzalı vəziyyətdə olduğu üçün plana düşüb.
Qeyd edək ki, evlərin hər kvadratmetrinə 1 340 AZN kompensasiya təklif olunur. Sakinlərlə razılıq əldə olunduqdan sonra söküntü işlərinə başlanacaq.
Xatırladaq ki, paytaxtın Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.