Yolumuzu gözləyən var... .....                        İrandan ABŞ ilə danışıqlara dair İLK AÇIQLAMA .....                        Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə ÇAĞIRILDI .....                        Bütün həyatının qayəsi Azərbaycan olan dahi .....                        İki milli park haqqında Əsasnamə təsdiqləndi .....                        Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO .....                        QHT sədri yol qəzasında ölüb .....                        Baş redaktor həbs edildi: 5 il 6 ay .....                        “Temu” şərtlərini dəyişdi - FOTO .....                       
Tarix : 13-02-2017, 19:29
Nərimanovda 219 bina söküləcək

Nərimanov rayonunda qəzalı vəziyyətdə olan 219 yaşayış binası sökülərək, yenidən qurulacaq.

Butov.az xəbər verir ki, Rayon icra hakimiyyətindən Axar.az-a bildirilib ki, rayon üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması planlaşdırılıb və artıq qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşası işləri davam etdirilir.

Eyni zamanda, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilib.

Sərəncama əsasən, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işləri artıq başa çatdırılıb və tikinti işlərinə başlanılıb. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakinlərin köçürülməsi işləri davam etdirilib.

Nəticədə, orada yaşayan sakinlər əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacaq, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!