Ukraynada nazir ölkədən qaçdı - İDDİA .....                        Rusiyanın ən böyük neft zavodu bağlandı .....                        Xankəndiyə köç başlayır - PÜŞK ATILACAQ .....                        İranla razılaşmaya açığıq - TRAMP .....                        Ukrayna Rusiyanı bu raketlərlə vurdu .....                        Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU .....                        5 il ərzində Qarabağda görülən işlər - AÇIQLANDI .....                        Vardanyan hakim qarşısında - Məhkəmədə nələr danışıldı? .....                        Səudiyyə şahzadəsi Trampla görüşdü .....                       
2-05-2023, 12:00
İTV-nin Yayım Şurasına yeni üzv seçildi


İTV-nin Yayım Şurasına yeni üzv seçildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlər müəyyənləşib. Bununla bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.
2-05-2023, 11:30
İlham Əliyev Səmərqənd Sazişini təsdiq etdi


İlham Əliyev Səmərqənd Sazişini təsdiq etdi

Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Dövlət başçısı həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb. Qeyd edək ki, sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.
2-05-2023, 11:00
Parlamentdə Fəridin ölümüylə bağlı məsələ qaldırıldı


Parlamentdə Fəridin ölümüylə bağlı məsələ qaldırıldı

İdman zalındakı görüntülər sarsıdıcıdır. Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib. “Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərində müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Eyni zamanda uşaqlara da səslənirik ki, belə hallarla qarşılaşdıqda polisə bildirsinlər”, - deyə deputat vurğulayıb. Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
2-05-2023, 10:30
Məhkəmə ölümə səbəb olan məşqçi ilə bağlı qərar qəbul etdi


Məhkəmə ölümə səbəb olan məşqçi ilə bağlı qərar qəbul etdi

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib. Məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb. Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür. Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir. Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
1-05-2023, 21:00
ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir


ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir

ABŞ Azərbaycanla Ermənistanı barışdırmaq istəyir. Bunu Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da keçirilən görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. "Bu, Vaşinqtonun 22 ildən sonra ikinci cəhdidir. 2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü olub. Danışıqlar intensiv olaraq 4 gün davam etdi və nəticəsiz qaldı. Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi. Hazırda rollar dəyişib. İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üçtərəfli müzakirələrə başlayıblar. Nazirlərin görüşündə irəliləyiş əldə edilərsə, Vaşinqton liderlərin görüşünə də ev sahibliyinə iddialı olacaq. Kolin Paulell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, bu dəfə Entoni Blinkendə alınacaqmı? Bu, Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır", - deyə politoloq vurğulayıb. Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
1-05-2023, 20:30
İrandan tapşırıq alan dəstənin 16 üzvü məsuliyyətə cəlb olundu


İrandan tapşırıq alan dəstənin 16 üzvü məsuliyyətə cəlb olundu

Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən 16 nəfər polis əməkdaşları tərəfindən həbs edilib. Onlar dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitlərin satışını təşkil etməklə “kərimə dövlət”nin əlaqələrini dərinləşdirməyə çalışıblar. Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub. Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar aşkarlanıb. Müəyyənləşib ki, həmin şəxslər radikal əməllərini heç vaxt inkar etməyiblər, vətəndaşı olduqları ölkənin qanunlarına yox, özlərinə lider hesab etdikləri “ağanın qaydaları”na uyğun həyat tərzi sürüblər. Qeyd olunan faktlar üzrə araşdırmalar davam etdirilir.
1-05-2023, 20:00
Mina hadisəsiylə bağlı cinayət işi açıldı


Mina hadisəsiylə bağlı cinayət işi açıldı

Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə prokurorluqdan məlumat verilib. İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1-05-2023, 19:30
Vaşinqtonda baş tutan görüş bir neçə gün davam edəcək


Vaşinqtonda baş tutan görüş bir neçə gün davam edəcək

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüşü keçirilir. Danışıqların bir neçə gün davam edəcəyi bildirilir. Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.
1-05-2023, 19:00
Cəbrayıl rayonunda çoban minaya düşərək həlak oldu


Cəbrayıl rayonunda çoban minaya düşərək həlak oldu

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib. Maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.
1-05-2023, 17:00
Yaponiyayla ikiqat vergitutma aradan qaldırıldı


Yaponiyayla ikiqat vergitutma aradan qaldırıldı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanunu imzalayıb. Konvensiya 2022-ci il dekabrın 27-də Bakıda imzalanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!