Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 27-10-2023, 21:51
Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibə verdi - VİDEO


Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibə verdi - VİDEO

27 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media qurumlarından olan Anadolu Agentliyinə müsahibə verib.
XİN-dən bildirilib ki, Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibədə nazir Ceyhun Bayramov Türkiyə Respublikasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd olunan tarixin yalnız Türkiyə üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyi olduğunu bildirib.
Türkiyənin bu gün müxtəlif istiqamətlərdə bütün dünyaya liderliyini nümayiş etdirən, beynəxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran, ölkə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşməsinə baxmayaraq bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edən bir dövlət olduğunu qeyd edib.
Qardaş Türkiyənin dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdən biri kimi bu gün beynəlxalq miqyasda uğurlu vasitəçilik siyasəti həyata keçirdiyini diqqətə çatdırıb.
Müsahibəsində nazir Ceyhun Bayramov son illərdə sürətlə inkişaf edən Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələri barədə fikirlərini bölüşüb. Türkiyənin ölkəmizin müstəqilliyini ilk tanıyan ölkə olduğunu məmnunluqla xatırladan nazir qardaş ölkə ilə mövcud tarixi, mədəni, milli və dini bağlılıqlardan söz açıb.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir kəlamlarına istinad edən nazir Ceyhun Bayramov strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin arxasında xalqlarımızın iradəsinin, liderlərimizin qardaşlıq münasibətlərinin dayandığını, Türkiyənin siyasi və mənəvi dəstəyinin daima gücümüzə güc qatdığını xüsusilə vurğulayıb.
Müsahibəsində Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunan nazir qeyd olunan sənədi iki ölkə arasında bütün istiqamətlərdə fəaliyyətin yol xəritəsi kimi xarakterizə edib, bu xüsusda reallaşdırılan mühüm nəqliyyat layihələri, mövcud əməkdaşlıq perspektivlərindən söz açıb.
Həmçinin, müsahibəsində nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasında bir-birinə qarşılıqlı dəstək məsələlərinə toxunaraq ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal rolundan, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarında genişlənən əməkdaşlığımızdan bəhs edib.
Şuşa bəyannaməsinin həyata keçirilməsi ilə mövcud imkanların daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibə barədə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!