9-10-2022, 18:44
Ordumuzun mövqeləri atəşə tutulduOktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-10-2022, 17:37
Sabah yağış yağacaqAzərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
8-10-2022, 22:52
Günün ikinci mina partlayışı - Bu dəfə Füzulidəİşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib. Nəticədə traktora ziyan dəyib və hər hansı şəxs xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.
8-10-2022, 22:51
Mina partlayışında yaralananların vəziyyəti açıqlandı Ağdamda minaya düşərək xəsarət alan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, onların hər üçünə aşağı ətrafların və bədənin çox saylı qəlpə yaraları diaqnozu qoyulub. Hər birinə dərhal ilkin tibbi yardım göstərilib. Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi aparılan pasientlərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
8-10-2022, 22:48
DİN-dən Ağdamdakı mina partlayışı ilə bağlı açıqlamaBu gün saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı ilə bağlı araşdırma aparılır. DİN-in Mətbuat xidmətindən verilən məlumat görə, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər daxili işlər orqanları əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.
8-10-2022, 22:34
Prokurorluq mina partlayışını araşdırırOktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
8-10-2022, 22:29
Ağdamda şirkət işçiləri minaya düşdü - Yaralılar varAğdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.
Butov.az xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb. Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır. Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.
8-10-2022, 22:24
Prezident sərəncam imzaladı - Abidə ucaldılacaqGörkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə birgə abidəsi ucaldılacaq.
Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılacaq. Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
8-10-2022, 22:21
Donetskdə azərbaycanlılar atəşə tutulub, 4 nəfər ölübUkraynada Zərdab sakinləri öldürülüb.
Butov.az-ın verdiyi xəbərə görə, ölənlərin qohumu İsaməddin Əhmədov bildirib ki, hadisə Donetsk şəhərində baş verib. Onun sözlərinə görə, əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan Gülağa Həsən oğlu Uğurliyev, qardaşı Fəqan Uğurliyev və adı məlum olmayan daha 2 nəfər atəş altına düşüb. İsaməddin Əhmədov qeyd edib ki, bazarda alverlə məşğul olan həmyerlilərimiz Donetskdən yük avtomobili ilə mal alıb qayıdarkən atəşə tutulublar. Nəticədə həmyerlilərimiz hadisə yerində ölüb. Hadisənin necə baş verdiyi dəqiqləşdirilir. Meyitlər hazırda Ukraynadadır, Zərdab rayonuna gətirilməsi üçün iş aparılır.
8-10-2022, 16:48
Son sutkada 77 yeni yoluxma - Ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 77 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 822 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 580 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 166, bu günə qədər isə ümumilikdə 7 271 311 test icra olunub.