Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
4-01-2026, 12:40
Şaxta olacaq, yollar buz bağlayacaq


Şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
4-01-2026, 11:31
Görmə məhdudiyyətli şəxslər üçün yeni peşə kursu


Görmə məhdudiyyətli şəxslər üçün yeni peşə kursu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən görmə məhdudiyyətli şəxslərin məşğulluğuna dəstək məqsədilə növbəti peşə hazırlığı kursuna başlanıb.
Bu barədə agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.
Kurs Agentliyin Bərdədə yerləşən Qarabağ Peşə Hazırlığı Mərkəzində Qarabağ "DOST Evi" filialı ilə birgə İnklüziv yanaşma əsasında kompüter operatoru peşəsi üzrə təşkil olunub. Görmə məhdudiyyətli bir qrup şəxsin cəlb edildiyi kursda müdavimlərə xüsusi proqram əsasında rəqəmsal bacarıqlar öyrədilir.
Qeyd edilən şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edən peşə kursunun müddəti bir aydır. Tədris prosesini uğurla başa vuran müdavimlərə sertifikatlar veriləcək və onların müvafiq sahə üzrə işlə təmin olunmalarına dəstək göstəriləcək.

4-01-2026, 10:50
Sumqayıtda 11 köşkü sökdülər


Sumqayıtda 11 köşkü sökdülər

Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub.
Aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbir zamanı ərazidə qanunsuz şəkildə quraşdırılmış 11 ədəd köşk sökülərək xüsusi texnikaların köməyi ilə daşınıb.
Bildirilib ki, şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı müntəzəm reydlər davam etdiriləcək və bu istiqamətdə nəzarət tədbirləri gücləndiriləcək.
3-01-2026, 23:29
“Qarabağ”ın rəqibləri müəyyənləşdi


“Qarabağ”ın rəqibləri müəyyənləşdi

“Qarabağ” klubunun qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.
Bu barədə klub məlumat yayıb. Beləliklə, komandanın hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Klub bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.
Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.
3-01-2026, 22:51
"Fənərbağça" yeni transferini açıqladı


"Fənərbağça" yeni transferini açıqladı

Türkiyənin “Fənərbağça” klubu “Samsunspor”un futbolçusu Entoni Musabanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləğini ödəyərək keçidi rəsmiləşdirib.
Onunla 4,5 illik müqavilə imzalanıb.
3-01-2026, 21:46
Qayadan aşan maşındakılar Namiq Mənanın qızı və ailəsi imiş


Qayadan aşan maşındakılar Namiq Mənanın qızı və ailəsi imiş

Quba rayonunda yağan qar səbəbi ilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub.
Hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb.
Avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu üzə çıxıb.
Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.
Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.
3-01-2026, 18:34
Mikroavtobus dirəyə çırpıldı - Ölən var


Mikroavtobus dirəyə çırpıldı - Ölən var

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.
Hadisə rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.
3-01-2026, 18:22
Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır


Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.
Martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.
Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.
3-01-2026, 17:32
Din pərdəsi altında diktatura - İran rejimi öz sonuna yaxınlaşır?


Din pərdəsi altında diktatura - İran rejimi öz sonuna yaxınlaşır?

İran İslam Respublikası bu gün öz tarixinin ən ağır və həlledici böhranlarından birini yaşayır.
Ölkənin yerli valyutası olan rialın dollar qarşısında kəskin və qarşısıalınmaz şəkildə dəyər itirməsi artıq sadəcə iqtisadi geriləmə deyil, rejimin təməllərini sarsıdan böyük bir siyasi partlayışa çevrilib.
Küçələrə axışan insanlar artıq yalnız çörək və iş naminə deyil, onilliklərdir davam edən molla diktaturasının sona çatması və fundamental siyasi dəyişikliklərin edilməsi tələbi ilə çıxış edirlər. Rejim isə hər zaman olduğu kimi, xalqın fəryadına islahatlarla deyil, qan və zorakılıqla cavab verir. Alınan son məlumatlara görə, etirazların başladığı qısa müddət ərzində azı 10 nəfər nümayişçi qətlə yetirilib, yüzlərlə insan isə ağır işgəncələrə məruz qalaraq zindanlara atılıb. Xüsusilə Tehran, Təbriz, Məşhəd, İsfahan və digər bölgələrdə etirazçıların üzərinə odlu silahlardan atəş açılır, "Bəsic" və SEPAH-ın xüsusi təyinatlı dəstələri vasitəsilə dinc əhaliyə qarşı terror tətbiq edilir. Bu amansızlıq İran rejimi üçün bir idarəetmə metodudur; xatırladaq ki, 2022-ci ildə Mahsa Əmininin hicabsız olduğu üçün əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan kütləvi etirazlar zamanı 2 mindən çox insan rejim qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüş, minlərlə gənc həbsxanalarda fiziki və mənəvi təzyiqlərə məruz qalmışdı.



Bu hadisələrin mərkəzində dayanan maraqlı məqamlardan biri Prezident Məsud Pezeşkianın mövqeyidir. Pezeşkianın xalqın etirazlarına qarşı daha anlayışlı yanaşmağa çalışması, etirazçıların tələbləri ilə müəyyən mənada razılaşması və iqtisadi vəziyyəti düzəltmək üçün əlindən gələni etməyə çalışdığı müşahidə olunur. Lakin İrandakı mövcud teokratik idarəetmə sistemi daxilində prezidentin səlahiyyətləri olduqca məhduddur. Əsl güc və son qərar vermə səlahiyyəti dini liderin və onun nəzarətində olan SEPAH-ın əlində cəmləşib. Pezeşkianın xalqla dialoq qurmaq cəhdləri, əslində ölkəni idarə edən "kölgə dövləti" və radikal qanad tərəfindən bloklanır. Bu da göstərir ki, İranda islahat cəhdləri sistemin daxili strukturu tərəfindən boğulur və xalqın qəzəbi birbaşa bu aşılmaz divarlara yönəlir.
İran cəmiyyətindəki qəzəbin kökündə əslində dözülməz sosial ədalətsizlik və korrupsiya dayanır. Bir tərəfdə SEPAH və hakim elitaya yaxın olan zümrələr ölkənin neft, qaz və digər təbii resurslarını inhisara alaraq milyardlarla dollarlıq sərvət içində üzür, digər tərəfdə isə sıravi vətəndaşlar ən elementar ərzaq məhsullarını və yanacağı almaqda çətinlik çəkir. Müntəzəm olaraq artan qiymətlər, hiperinflyasiya və işsizlik xalqı səfalət həddinə çatdırıb. SEPAH təkcə iqtisadiyyatı talamaqla kifayətlənmir, həm də ölkənin ekoloji gələcəyini məhv edir. Bunun ən bariz nümunəsi Urmiya gölünün qurudulmasıdır. SEPAH-ın nəzarətində olan şirkətlərin apardığı plansız su siyasəti, tikilən çoxsaylı bəndlər və gölün ətrafındakı resursların qeyri-qanuni istismarı bu nadir təbiət incisini yox olmaq təhlükəsi ilə üz-üzə qoyub. Bu, bölgədə yaşayan milyonlarla insanın, xüsusilə Azərbaycan türklərinin həyatına və sağlamlığına qarşı yönəlmiş şüurlu bir ekoloji terrordur.



Eyni zamanda, İran xalqı artıq ölkənin milyardlarla dollar vəsaitinin Suriya, Livan, Yəmən və İraq kimi ölkələrdə destruktiv fəaliyyətlərə, proksi qruplaşmaların silahlandırılmasına xərclənməsindən cana doyub. Tehranın regional hegemonluq eşqi ilə yürütdüyü bu siyasət daxildə "Nə Qəzzə, nə Livan, canım İrana qurban" şüarı ilə kəskin şəkildə rədd edilir. Xalq öz pulunun xarici ölkələrdəki terror ocaqlarına və raket proqramlarına deyil, ölkə daxilindəki xəstəxanalara, məktəblərə və infrastrukturun yenilənməsinə xərclənməsini tələb edir. İnsanlar anlayırlar ki, rejimin "xarici düşmən" obrazı yaratmaq cəhdləri, əslində daxili uğursuzluqları ört-basdır etmək üçün bir manipulyasiyadır.
Rejimin bu təcavüzkar və müdaxiləçi siyasəti Azərbaycandan da yan keçməyib. İranın rəsmi media orqanları, xüsusilə "Səhər" telekanalı və müxtəlif sosial şəbəkə seqmentləri vasitəsilə ölkəmizə qarşı apardığı çirkin ideoloji təbliğat hər kəsə məlumdur. Rejim, dini təriqət birliyi adı altında Azərbaycandakı müəyyən kütlələri manipulyasiya etməyə, dövlətimizin dünyəvi quruluşunu hədəf almağa və ölkə daxilində qarışıqlıq yaratmağa cəhd göstərirdi. Lakin Azərbaycan dövlətinin qətiyyətli siyasi iradəsi, xalqın dövlətçilik ənənələrinə sadiqliyi və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi effektiv tədbirlər sayəsində bu "inqilab ixracı" cəhdləri və xəyanətkar şəbəkələr ifşa olunmuşdu. Azərbaycanın müstəqil xarici siyasəti və inkişaf yolu İranın teokratik rejimi üçün bir təhdid kimi qəbul edilir, çünki bu, "İslam modeli"nin uğursuzluğunu daha qabarıq şəkildə üzə çıxarır.



Nəticə etibarilə, 1979-cu ildə "ədalət" və "azadlıq" vədləri ilə qurulan, İslam dəyərlərini siyasi alətə çevirən bu sistem, bu gün öz xalqının qanını tökən, qonşuları ilə düşmənçilik yürüdən və daxildən tamamilə çürümüş sıradan bir avtoritar rejimə çevrilib. Pezeşkian kimi fiqurların fədakar cəhdləri belə bu böyük dağıntının qarşısını ala bilmir, çünki sistem artıq öz-özünü bitirməkdədir. Daxili dayaqları tamamilə laxlayan, gənclərin nifrətini qazanan və beynəlxalq aləmdə təcrid olunan İran rejimi artıq yolun sonuna yaxınlaşır. Tarix sübut edir ki, xalqın iradəsinə və qonşu dövlətlərin suverenliyinə hörmət etməyən heç bir diktatura əbədi ola bilməz. İranın gələcəyi artıq hakimiyyət daxilindəki intriqalarda deyil, küçələrdə öz azadlığı üçün canını fəda edən insanların əlindədir.
3-01-2026, 16:25
Prezident ailəsi ilə birgə Şahdağda - FOTO


Prezident ailəsi ilə birgə Şahdağda - FOTO

Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şahdağa gedib.
Bu barədə dövlət başçısının nəvəsi Əli Ağalarov sosial şəbəkə hesabında paylaşım edib.
O, Prezident İlham Əliyev və anası Leyla Əliyevanın da yer aldığı fotoya “Bu gün babamla xizək sürdük” - sözlərini əlavə edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!