Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
3-01-2026, 15:38
Məntəqə rəisi və maşinist dövlət qurumunun yanacağını mənimsəyib


Məntəqə rəisi və maşinist dövlət qurumunun yanacağını mənimsəyib

“Azərbaycan Dəmir Yolları” QSC-nin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib. Belə ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib".
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd olunub ki, ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət edib və müraciətə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
Müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəmiş, bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.
Qeyd edilib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib: "Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb. ADY bu cür qanunsuz hallarla mübarizə tədbirlərini gücləndirməyə davam edəcək".
3-01-2026, 14:45
Qədim Azərbaycan kəndində 37 dərəcə şaxta qeydə alınıb


Qədim Azərbaycan kəndində 37 dərəcə şaxta qeydə alınıb

Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində yerləşən Qızıl Qoç kəndində (indiki Aşotsk) ötən gecə mənfi 37 dərəcə şaxta qeydə alınıb.
Bu barədə Ermənistanın Hirometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb.
Xatırladaq ki, 1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər ərazidə məskunlaşdırılıb.
3-01-2026, 14:03
Sabah külək güclənəcək - XƏBƏRDARLIQ


Sabah külək güclənəcək - XƏBƏRDARLIQ

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Xızı, Mingəçevir, Oğuz, Şəki, Şamaxı, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
3-01-2026, 13:24
Qubada avtomobil qayadan aşdı - Bir ailənin 3 üzvü...


Qubada avtomobil qayadan aşdı - Bir ailənin 3 üzvü...

Qubada yol-nəqliyyat hadisəsi baş verib.
“KIA” markalı minik avtomobili hərəkətdə olarkən qarlı hava şəraiti səbəbindən sürüşərək idarəetmədən çıxıb və qayadan aşıb.
Hadisə zamanı bir ailənin 3 üzvü - sürücü, onun həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
2-01-2026, 18:50
Qızıl ucuzlaşacaq?


Qızıl ucuzlaşacaq?

Bir ildən çoxdur rekord həddə çatan qızılın qiyməti ilə bağlı proqnozlar açıqlanıb. İqtisadçılar qiymətin artacağını bildirirlər.
İqtisadçı ekspert Elman Sadıqov 2026-cı ildə qızılın qiymətində texniki olaraq artım tempinin davam edəcəyini gözləyir.
O bildirib ki, son 10 il ərzində dolların yığılmış (kumulyativ) inflyasiya göstəriciləri demək olar ki, artıq qızılın qiymətinə öz təsirini göstərib. Bundan sonra baş verəcək qiymət artımlarına isə digər amillər təsir edəcək. Nəticə etibarilə, bu faktorlar qızılın qiymətinin artımına təsir edən amillər sırasındadır.
İqtisadçı qeyd edib ki, qiymətin artımına təsir edən əsas amil bazardakı tələbatdır. Bundan sonra qızılın qiymətinə təsir edən tələb amili daha çox dövlətlərin, mərkəzi bankların, fondların və investisiya banklarının tələbindən irəli gələcək. Ən böyük amillərdən biri isə ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini 2026-cı ildə tənzimləməsi olacaq.
Elman Sadıqov əlavə edib ki, faiz dərəcələrinin azaldılacağı proqnozlaşdırılsa da, ABŞ-də 3 faiz ətrafında qalan inflyasiya təzyiqi bu sürəti müəyyən qədər aşağı salır. Yəni qızılın qiyməti qalxsa da, 2025-ci ildə müşahidə olunan yüksək templi artım ehtimalı aşağıdır.
2-01-2026, 17:53
Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var


Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var

Bakının Xətai rayonunda mənzildə yanğın olub.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2-01-2026, 17:35
Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi


Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi

Rusiyanın Zabaykalye diyarında azərbaycanlılarla bağlı insident yaşanıb.
Rusiya vətəndaşlığını yenicə qəbul etmiş 3 azərbaycanlının sənədləri ləğv olunub.
Onlar sosial şəbəkələrdə Rusiya ordusunu nüfuzdan salmaqla bağlı fikirlər paylaşdığı üçün təzyiqlə üzləşiblər.
Yerli miqrasiya orqanları həmyerlilərimizi bölgədə yaşayan müəyyən miqrant qrupları arasında hərbi xidmətə mənfi münasibətə sövq etməkdə də ittiham edirlər.
Təhlükəsizlik orqanları vətəndaşlığı ləğv edilən azərbaycanlıları deport etməyə hazırlaşır.
2-01-2026, 17:03
Minlərlə insan bayram günü niyə qazsız qalıb?


Minlərlə insan bayram günü niyə qazsız qalıb?

“Artıq iki gündür ki, “Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə “kart boşdur” mesajı ilə qarşılaşıblar. Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, “Azəriqaz”ın mərkəzi sistemində olub”.
Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, “Azəriqaz”ın “backend” sistemi ödənilmiş vəsaiti smart karta yaza bilməyib. Ödəniş sistemlərinin sahibləri və terminallar da problemin “Azəriqaz”dan qaynaqlandığını bildiriblər.
Ekspert əlavə edib ki, “Azəriqaz” ilkin mərhələdə problemin terminallarla bağlı olduğunu açıqlasa da, sonradan kütləvi müraciətlər zamanı sistem yenidən çöküb: “Qış olduğu, ilin sonu olduğu, limitlərin sıfırlanacağı və müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, “Azəriqaz”ın sistemi real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib. Həyati əhəmiyyət daşıyan infrastruktura sahib qurum üçün bu vəziyyət yolverilməzdir”.
O.Gündüz xatırladıb ki, illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalansa da, bu illər ərzində heç nə dəyişməyib: “Təxminən 5 ilə yaxındır bu sistem real olaraq ortada yoxdur. Əgər belə bir sistem mövcud olsaydı, nə bu xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər havada qalardı”.
O xatırladıb ki, hər il bu qurumda eyni mahiyyətli problemlər müxtəlif formalarda təkrarlanır: “Azəriqaz” gah uzun müddət evdən çıxanda xəbər etməyi tələb edir, gah da sayğac göstəricilərinin vatsapla göndərilməsini istəyir, bu dəfə də mexaniki sayğacların smart sayğaclardan “daha ağıllı” olduğu iddia edilir və s.
Ümumilikdə isə görünən odur ki, problem təkcə texniki nasazlıqda deyil. Problem bütün xidmət zəncirinin - xidmətin təqdim edilməsinin, “billing” sisteminin qurulmasının, məlumatların idarə olunmasının, sayğacların proqram təminatına müdaxilənin və sayğacların tədarükünün - təbii inhisarçının əlində cəmləşməsindədir. Eyni zamanda xatırladıram ki, ötən il, daha doğrusu 2024-cü ilin sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin süni intellekt əsasında tətbiqini nəzərdə tutan 480 milyon dollar məbləğində müqavilə imzalanmışdı. Bütün bunlara baxmayaraq, “Azəriqaz”da bu tip problemlərin davam etməsi ciddi təəssüf doğurur.
Artıq üçüncü gündür davam edən bu problem bir daha göstərdi ki, ictimai əhəmiyyət daşıyan kommunal sahədə idarəetmə və rəqəmsal transformasiya ilə bağlı hələ də çox ciddi boşluqlar qalmaqdadır”.
Xatırladaq ki, bu gün “Azəriqaz” İB smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən problem yarandığını, yaranmış problemin həmin gün axşam saat 20:00-da aradan qaldırıldığını açıqlayıb. Qeyd olunub ki, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olduğuna görə, müraciət sayının çoxluğundan sistemdə yenidən müəyyən xətalar yaranıb. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində iş aparılır.
2-01-2026, 16:11
DİN-dən xəbərdarlıq: Bir zənglə bütün pullarınızı itirə bilərsiniz!


DİN-dən xəbərdarlıq: Bir zənglə bütün pullarınızı itirə bilərsiniz!

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. “WhatsApp”, “Telegram” və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Daxili İşlər Nazirliyi bununla bağlı bir daha diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir. Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur.
Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.
Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.
Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər.
2-01-2026, 15:29
Bakıda binanın fasadı uçub


Bakıda binanın fasadı uçub

Külək Bakıda dağıntıya səbəb olub.
Güclü külək Nərimanov rayonundakı çoxmərtəbəli binalardan birinin fasadı uçurub.
Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsindəki binanın yuxarı mərtəbələrinin üzlük hissəsi qoparaq həyətə və yola düşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!