İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : Bu gün, 17:03
Minlərlə insan bayram günü niyə qazsız qalıb?


Minlərlə insan bayram günü niyə qazsız qalıb?

“Artıq iki gündür ki, “Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə “kart boşdur” mesajı ilə qarşılaşıblar. Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, “Azəriqaz”ın mərkəzi sistemində olub”.
Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, “Azəriqaz”ın “backend” sistemi ödənilmiş vəsaiti smart karta yaza bilməyib. Ödəniş sistemlərinin sahibləri və terminallar da problemin “Azəriqaz”dan qaynaqlandığını bildiriblər.
Ekspert əlavə edib ki, “Azəriqaz” ilkin mərhələdə problemin terminallarla bağlı olduğunu açıqlasa da, sonradan kütləvi müraciətlər zamanı sistem yenidən çöküb: “Qış olduğu, ilin sonu olduğu, limitlərin sıfırlanacağı və müraciətlərin artacağı əvvəlcədən məlum idi. Buna baxmayaraq, “Azəriqaz”ın sistemi real yüklə test edilməyib və nəticədə minlərlə insan bayram günü qazsız qalıb. Pul ödənilib, amma balans karta yüklənməyib. Həyati əhəmiyyət daşıyan infrastruktura sahib qurum üçün bu vəziyyət yolverilməzdir”.
O.Gündüz xatırladıb ki, illər əvvəl kommunal xidmətlər üzrə vahid informasiya sisteminin yaradılması ilə bağlı fərman imzalansa da, bu illər ərzində heç nə dəyişməyib: “Təxminən 5 ilə yaxındır bu sistem real olaraq ortada yoxdur. Əgər belə bir sistem mövcud olsaydı, nə bu xaos yaranardı, nə də vətəndaşların ödədiyi vəsaitlər havada qalardı”.
O xatırladıb ki, hər il bu qurumda eyni mahiyyətli problemlər müxtəlif formalarda təkrarlanır: “Azəriqaz” gah uzun müddət evdən çıxanda xəbər etməyi tələb edir, gah da sayğac göstəricilərinin vatsapla göndərilməsini istəyir, bu dəfə də mexaniki sayğacların smart sayğaclardan “daha ağıllı” olduğu iddia edilir və s.
Ümumilikdə isə görünən odur ki, problem təkcə texniki nasazlıqda deyil. Problem bütün xidmət zəncirinin - xidmətin təqdim edilməsinin, “billing” sisteminin qurulmasının, məlumatların idarə olunmasının, sayğacların proqram təminatına müdaxilənin və sayğacların tədarükünün - təbii inhisarçının əlində cəmləşməsindədir. Eyni zamanda xatırladıram ki, ötən il, daha doğrusu 2024-cü ilin sonunda SOCAR ilə BƏƏ arasında Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin süni intellekt əsasında tətbiqini nəzərdə tutan 480 milyon dollar məbləğində müqavilə imzalanmışdı. Bütün bunlara baxmayaraq, “Azəriqaz”da bu tip problemlərin davam etməsi ciddi təəssüf doğurur.
Artıq üçüncü gündür davam edən bu problem bir daha göstərdi ki, ictimai əhəmiyyət daşıyan kommunal sahədə idarəetmə və rəqəmsal transformasiya ilə bağlı hələ də çox ciddi boşluqlar qalmaqdadır”.
Xatırladaq ki, bu gün “Azəriqaz” İB smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən problem yarandığını, yaranmış problemin həmin gün axşam saat 20:00-da aradan qaldırıldığını açıqlayıb. Qeyd olunub ki, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olduğuna görə, müraciət sayının çoxluğundan sistemdə yenidən müəyyən xətalar yaranıb. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində iş aparılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!