Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək? .....                        Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır .....                        30 ukraynalı uşaq Azərbaycana əmanət edildi .....                        Saray körpüsü yaxınlığındakı obyektlər sökülür .....                        Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər... .....                        Zelenski Putinin təklifinə YOX dedi .....                        Mirzoyan iranlı həmkarı ilə görüşdü .....                        Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq .....                        Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan təklif .....                       
14-05-2025, 16:33
II və III ixtisas qruplarının imtahanı keçiriləcək


II və III ixtisas qruplarının imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.
Qeyd: III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək və həmin imtahan üçün “İmtahana buraxılış vərəqəsi” növbəti həftəsonu saytımıza yerləşdiriləcək.
14-05-2025, 15:50
72 qəpiyə görə 4 min manat cərimələndi


72 qəpiyə görə 4 min manat cərimələndi

“Tek süd Holland” pendiri üzərində 1 kq-nın qiyməti 13.99 manat göstərilməsinə baxmayaraq, kassada 17 manata satılıb. Bu səbəblə mağazaya İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə tətbiq edilən protokol təsdiq edilib.
Mağazaya məxsus qəbzdən görünür ki, “Tek süd Holland” adlı məhsulun kq-ı 17 manatdan vurulub və 0,242 kq-ı 4.11 manata satılıb.
Fotoşəkildən görünür ki, “Tek süd Holland” pendirinin 1 kq-ı 13,99 AZN olmaqla, 0,242 kg-nın qiyməti 3,39 AZN hesablanıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə mağaza İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilib.
14-05-2025, 15:44
“Avtoş”luq edən şəxs həbs olundu


“Avtoş”luq edən şəxs həbs olundu

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.
Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
14-05-2025, 15:09
SSRİ bayrağına görə işdən çıxarılan sədrin yerinə kim təyin edildi?


SSRİ bayrağına görə işdən çıxarılan sədrin yerinə kim təyin edildi?

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı keçmiş SSRİ-nin bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Tədbirdə həmçinin, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində Rusiya imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.
Artıq ötən gün Azərbaycan Ağsaqqallar Şurası Saleh Səmədova görə toplaşıb. Onunla bağlı qərar verilib və Azərbaycan Ağsaqqallar Şurasından kənarlaşdırılıb.
Onun əvəzinə müvəqqəti olaraq İdarə Heyətinin üzvü Vahid Tağıyev gətirilib.
Belə ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi seçki konfransı keçirilənə qədər müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.
14-05-2025, 14:35
Yeni hərbi prokuror işə başladı - FOTO


Yeni hərbi prokuror işə başladı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilmiş Bəhruz Əhmədov, Baş prokuror Kamran Əliyev tərəfindən Hərbi Prokurorluğun kollektivinə təqdim edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev, prokurorluq orqanlarına göstərilən yüksək etimada, daima olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mütərəqqi nəticələrini qeyd edib, bu islahatların prokurorluq orqanlarında daha da dərinləşdiyini və prokurorluq fəaliyyətinin təkmilləşdiyini vurğulayıb.
Baş prokuror, həmçinin Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlərin icrasının davam etdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədilə zəruri tədbirlərin görülməsi, Konstitusiya və qanunlarla nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsi, eləcə də bu sahədə digər dövlət qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Bundan sonra çıxış edən Hərbi prokuror Bəhruz Əhmədov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qanunla Hərbi Prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin layiqli şəkildə icra ediləcəyinə əminliyini bildirib. Hərbi Prokurorluğun bundan sonra da dövlətimiz və xalqımıza sədaqət və məsuliyyətlə xidmət edəcəyini deyib.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.



14-05-2025, 14:26
Sertifikasiya ilə bağlı yenilik - Qanun dəyişir


Sertifikasiya ilə bağlı yenilik - Qanun dəyişir

Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası ilə bağlı bir sıra dəyişikliklər ediləcək.
Məsələ ilə bağlı "Əmək məcəlləsi"nə dəyişiklik təklif edilir.
Qanuna dəyişiklik layihəsində deyilir ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər.
Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Hazırkı qanunvericiliyə əsasən, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Qanuna dəyişiklikdən sonra sertifikasiya tələb edilməyəcək.
Digər dəyişikliyə görə, tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur.
Qanunun müvafiq maddəsində deyilir ki, sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Yeni dəyişiklikdən sonra isə “Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilməyəcək. Həmçinin, yeni dəyişikliyə görə, sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.
14-05-2025, 14:17
Narkokuryerliyə cəlb olunan iki nəfər saxlanıldı - VİDEO


Narkokuryerliyə cəlb olunan iki nəfər saxlanıldı - VİDEO

Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.
DİN-dən bildirilib ki, onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

14-05-2025, 14:09
Qubada iki nəfəri "tok" vurdu - Biri öldü


Qubada iki nəfəri "tok" vurdu - Biri öldü

Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
14-05-2025, 13:54
Trampın nümayəndəsindən Azərbaycanla Ermənistana təklif


Trampın nümayəndəsindən Azərbaycanla Ermənistana təklif

ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News”a müsahibəsində deyib ki, Vaşinqton “Avraam razılaşması”nın genişləndirilməsinə icazə verib.
Stiv Vitkoff Azərbaycan və Ermənistanın da yazın gələcəkdə “Avraam razılaşması”na qoşula biləcəyini qeyd edib.
"Mən təxmin edirəm ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada vəziyyətin normallaşması potensialını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəldi. Bu, Liviya ilə də baş verə bilər. Mən “Avraam razılaşması”na qoşulmaqdan danışıram. Bu, Azərbaycan və Ermənistanla da baş verə bilər, hansı ki, onlar arasındakı münaqişəni həll etməyə çox yaxın olduğumuza inanırıq. Hesab edirəm ki, bu ölkələrin hər ikisi “Avraam razılaşması”na qoşulmaq istəyir", - Stiv Vitkoff deyib.
ABŞ-ın xüsusi nümayəndəsinin sözlərinə görə, “Avraam razılaşması”nın genişlənməsi prezident Donald Tramp üçün çox mühüm təşəbbüsdür və o buna inanır:
“Mən həqiqətən əminəm ki, yaxın bir neçə ay ərzində 4 və ya 5, bəlkə də 6 ölkə “Avraam razılaşması”nı imzalayacaq. Bu, Prezident Trampın dünyada sülh və sabitliyi təşviq etmək üçün xarici siyasət təşəbbüsləri haqqında mühüm siqnal olacaq”.
“Avraam razılaşması” 2020-2021-ci illərdə İsrail və bir sıra ərəb dövlətləri arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış bir sıra sazişlərdir. Müqavilənin adı yəhudilik, xristianlıq və islamda adı keçən İbrahim peyğəmbərə istinaddır.
14-05-2025, 13:23
İlham Əliyev onu yenidən direktor təyin etdi


İlham Əliyev onu yenidən direktor təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorun təyin edilməsi barədə Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.
Qeyd edək ki, Tural Piriyev ilk dəfə 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib. O, əvvəllər “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Fondun icraçı direktorunun və müavinin (müavinlərin) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!