TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
14-01-2026, 18:46
Şamaxı–Qonaqkənd yolunda sürüşmə - asfalt çökdü


Şamaxı–Qonaqkənd yolunda sürüşmə - asfalt çökdü

Şamaxı–Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi aktivləşib.
Avtomobil yolunda yenidən torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə ciddi çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrdə isə hərəkət zolağı tamamilə dərəyə doğru sürüşərək dağılıb. Bu səbəbdən yolun müəyyən sahələrində nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yolun təxminən 30-40 metr hissəsi uçqun vəziyyətindədir.
14-01-2026, 18:07
Yol Polisinə 35 milyon ayrıldı


Yol Polisinə 35 milyon ayrıldı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi 2026-cı ilin tələbatını qarşılamaq məqsədilə irihəcmli satınalma proseduruna start verib.
Müsabiqə sürücülük vəsiqələrinin, avtomobil nömrələrinin və qeydiyyat şəhadətnamələrinin hazırlanması üçün zəruri olan xüsusi materialların və ehtiyat hissələrinin tədarükünü nəzərdə tutur.
Tenderdə müəyyən olunan dəqiq məbləğ 34 779 043,82 AZN-dir.
Dövlət qeydiyyat nişanları, sürücülük vəsiqələri və qeydiyyat şəhadətnamələri, və digər irəli gələn zəruriyyətlər satınalmanın predmetidir.
Müsabiqə ölkə üzrə yol hərəkəti təhlükəsizliyi və sənədləşmə xidmətlərinin fasiləsizliyini təmin etmək baxımından strateji əhəmiyyət kəsb edir.
14-01-2026, 17:41
Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA


Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi avqustun 8-də Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sözügedən sənədi şərh edərkən deyib.
O bildirib ki, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir:
"Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir. TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir".
14-01-2026, 17:37
Məktəblərdə yeni fənn tədris ediləcək


Məktəblərdə yeni fənn tədris ediləcək

Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Belə ki, 2026–2030-cu ilə qədər mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməlidir.
İcraçı qurumlar Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyidir.
14-01-2026, 17:29
Xırdalanın su təhlükəsizliyi strateji səviyyədə təmin olunacaq


Xırdalanın su təhlükəsizliyi strateji

səviyyədə təmin olunacaq


Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasında mühüm mərhələdir. Bu proqram Bakı şəhəri ilə yanaşı Abşeron yarımadasını, o cümlədən Xırdalan şəhərini əhatə etməklə əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı infrastruktur layihələri uğurla icra olunub. Elektrik enerjisi, qazlaşdırma, avtomobil yolları, su təchizatı və digər strateji sahələrdə əsas problemlər həllini tapıb. Bu gün ölkəmizin enerji generasiya gücü daxili tələbatı üstələyir, qazlaşdırma səviyyəsi 96 faizə çatıb, yol infrastrukturu tamamilə yeni mərhələyə qədəm qoyub. Dörd böyük su anbarının inşası isə ölkənin su təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də su resurslarının qorunması və səmərəli idarə olunmasıdır. Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi su terroru, xüsusilə “Sərsəng” və “Suqovuşan” su anbarları ilə bağlı problemlər bu gün artıq tarixdə qalıb. Azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası və yeni su anbarlarının tikintisi su təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir.
Yeni qəbul edilən Dövlət Proqramının əsas məqsədi Bakı və Abşeron yarımadasını, o cümlədən Xırdalan şəhərini dayanıqlı və fasiləsiz içməli su ilə təmin etmək, yağış və tullantı sularının idarə olunmasını müasir tələblər səviyyəsinə çatdırmaqdır. Proqram çərçivəsində təxminən 30-a yaxın yeni su anbarının tikilməsi, su təsərrüfatında sayğaclaşdırmanın 100 faizə çatdırılması, su itkilərinin hazırkı 40–45 faizdən kəskin şəkildə azaldılması nəzərdə tutulur.
Xüsusilə qeyd etmək lazımdır ki, proqramın icrası nəticəsində fasiləsiz içməli su ilə təmin olunan əhalinin payı 70 faizdən 95 faizə yüksələcək. Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində, o cümlədən Xırdalan şəhərində su təchizatı əsaslı şəkildə yaxşılaşdırılacaq, 200 kilometrdən artıq magistral kanallar və paylayıcı şəbəkələr tikiləcək və yenidən qurulacaq.
Yağış sularının idarə olunması məsələsi də proqramın prioritet istiqamətlərindəndir. Bakının 30 küçəsində yeni kollektor şəbəkələrinin qurulması şəhər təsərrüfatına ciddi töhfə verəcək, leysan yağışları zamanı yaranan problemlərin qarşısının alınmasına imkan yaradacaq. Kanalizasiya xidmətləri ilə əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması isə həm ekoloji vəziyyətin, həm də şəhər mühitinin sağlamlaşdırılmasına xidmət edəcək.
Dövlət Proqramı çərçivəsində dənizə buraxılan tullantı sularının 100 faiz təmizlənməsi, Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və ölkəmizdə ilk dəfə olaraq duzsuzlaşdırma zavodunun inşası xüsusi əhəmiyyət daşıyır. Bu layihələr Abşeron yarımadasının, o cümlədən Xırdalan şəhərinin su təminatında alternativ və etibarlı mənbələrin formalaşmasına şərait yaradacaq.
Eyni zamanda, proqram su sektorunda rəqəmsal idarəetmənin tətbiqini, SCADA və IoT sistemləri vasitəsilə su itkilərinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Bu isə şəffaflığın artırılmasına, resurslardan daha səmərəli istifadəyə və uzunmüddətli dayanıqlığa zəmin yaradır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən bu Dövlət Proqramı Bakı və Abşeron yarımadasının, o cümlədən Xırdalan şəhərinin su təsərrüfatında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Xırdalan şəhər bələdiyyəsi olaraq biz bu proseslərin icrasında yaxından iştirak edəcək, yerli səviyyədə görülən işlərin effektiv və vaxtında həyata keçirilməsinə öz töhfəmizi verəcəyik.
Bu proqramın uğurlu icrası Xırdalan sakinlərinin rifahının yüksəldilməsinə, şəhərin davamlı inkişafına və gələcək nəsillər üçün etibarlı su təminatının formalaşdırılmasına xidmət edəcək.

Anar Abbasov

Xırdalan şəhər bələdiyyəsinin sədri
14-01-2026, 17:28
Xəzərdə gəmi qəzaya uğradı


Xəzərdə gəmi qəzaya uğradı

Göyərtəsində 14 heyət üzvü olan İran quru yük gəmisi "Rona" Xəzər dənizində qəzaya uğrayıb.
Bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, gəmidən SOS siqnalı Türkmənistanın sahil xidmətləri tərəfindən qəbul edilib.
"Türkmənistanın fövqəladə halların aradan qaldırılması və qarşısının alınması ilə bağlı fəaliyyət göstərən dövlət orqanları tərəfindən dəniz səyahəti qaydalarını tənzimləyən beynəlxalq normalara uyğun olaraq insanların xilas edilməsi üçün bütün zəruri tədbirlər görülüb", - məlumatda qeyd edilir.
Nazirliyin məlumatına görə, gəmidə olan 14 nəfərin hamısı uğurla təxliyə edilib. İlkin məlumatlara görə, onlar İran və Hindistan vətəndaşlarıdır.
"Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdə tutulmuş müvafiq prosedurları həyata keçirir", - XİN bildirib.
14-01-2026, 17:17
Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi


Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşərək strateji tərəfdaşlığı müzakirə edib.
Bu barədə səfir "X" hesabında yazıb.
Bildirilib ki, görüş çərçivəsində 2025-ci il nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığı daha da gücləndirmək üçün addımlar müzakirə edilib.
"Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq",-Y.Qusev qeyd edib.
14-01-2026, 17:13
Bakıda “brend saat” satan dələduz saxlanıldı


Bakıda “brend saat” satan dələduz saxlanıldı

Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.
Zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orjinal olmadığı ortaya çıxıb.
Bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb.
Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.
Araşdırmalar aparılır.
14-01-2026, 16:52
Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq


Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq

2040-cı ilə qədər milli kino fondu, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılması nəzərdə tutulub.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Məlumata əsasən, milli kino fondunun azı 60 faizinin, dövlət televiziya və radio arxivlərinin hər birinin isə azı 50 faizinin rəqəmsallaşdırılması planlaşdırılıb.
Bununla yanaşı sözügedən dövrdə mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə "e-culture" platformasının yaradılmasının təmin edilməsi nəzərdə tutulub.
14-01-2026, 16:47
"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" idarəetməyə verilir


"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" idarəetməyə verilir

Prezident İlham Əliyev "Şuşa Otel-Konqres Mərkəzi Kompleksi"nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşa şəhərində yerləşən, İqtisadiyyat Nazirliyinin balansında olan Kompleksin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib.
Azərbaycan hökuməti nazirliyin bununla bağlı müqaviləni iki ay müddətində bağlamasını təmin etməli, sonra onu təsdiq etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi isə sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!