Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
1-08-2023, 14:20
Paytaxtın bir çox ictimai yerlərində dezinfeksiya tədbirləri həyata keçirildi


Paytaxtın bir çox ictimai yerlərində dezinfeksiya tədbirləri həyata keçirildi

Ölkə başçısı İlham Əliyev tapşırıqlarına uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni parklar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud parklar təmir edilir, yenilənir. İnsanların istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edən bu parklarda sakinlərimizin və şəhərimizin çoxsaylı qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən xəbərə görə, isti yay günlərində parklardakı yaşıllıqlara qulluq göstərilməsi, burada təmizlik-sanitariya qaydalarına riayət olunması və sakinlərimizin normal istirahətinin təşkili məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtın kommunal xidmətləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində paytaxtın park və istirahət bağlarında kommunal xidmət əməkdaşları tərəfindən təmizlik-dezinfeksiya tədbirləri görülür. İlk növbədə parklarda idman qurğuları, uşaq əyləncə avadanlıqları, mövcud tikili və pavilyonların ətrafı dezinfeksiya edilir, cücü və həşəratlara qarşı dərmanlanır, skyamya və oturacaqlar yuyulur və digər təmizlik işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərdə məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında təmizlik-dezinfeksiya işləri görülür.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən parklardakı ağacların dibi yumşaldılır, həmişəyaşıl ağaclar yuyulur. Eyni zamanda yaşıllıq zolaqları və parklarda qazon örtüyünə daimi qulluq göstərilir.
Bu kimi təmizlik-dezinfeksiya tədbirləri şəhərdəki park və istirahət bağlarında, yaradılan abad məhəllələrdə mütəmadi olaraq keçiriləcək, parklarda təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.







1-08-2023, 13:42
“Azparking” mobil tətbiqi istifadəyə verildi


“Azparking” mobil tətbiqi istifadəyə verildi

Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
Nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçiriləcək. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib.
İstifadəçilər tətbiqə mobil nömrə ilə qeydiyyatdan keçib daxil ola bilərlər. Tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malik olacaq.
Həmçinin əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı məlumat əldə edə biləcək. Belə ki, boş, qismən və ya tam dolmuş, xidmətin müvəqqəti dayandırıldığı yerlər müxtəlif rənglərlə işarələnib. Fiziki imkanları məhdud sürücülər də diqqətdən kənarda qalmayıb. Onlar üçün nəzərdə tutulan yerlər xüsusi rənglə göstərilir.
Qeyd edək ki, proqram təminatının “Ödənişlər” bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. “Azparking”ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar. “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsilə virtual balansı artırmaq imkanı yaradılıb.
İstifadəçilərə 3 dildə xidmət təqdim edən tətbiqdə 1, 7 və 30 gün ərzində edilən ödənişləri görmək mümkündür.
Tətbiqdəki “Fərdi parklanma talonu” bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir. Mobil tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yükləmək olar.







1-08-2023, 13:21
Boks üzrə millimizin sabiq baş məşqçisi həyatını itirdi


Boks üzrə millimizin sabiq baş məşqçisi həyatını itirdi

Uzun müddət Azərbaycanın müxtəlif yaş qrupları üzrə boks millilərinin baş məşqçisi vəzifəsində çalışmış Şamil Əlimzanov vəfat edib.
SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi 77 yaşında dünyasını dəyişib.
Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi bu gün Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şamil Əlimzanov Ədalət Məmmədov, Fərhad Acalov, Emil Məhərrəmov, Zaur Teymurov və digər bir çox titullu boksçunun məşqçisi olub.
1-08-2023, 13:15
Prezident Mərkəzi Bankla bağlı fərman imzaladı


Prezident Mərkəzi Bankla bağlı fərman imzaladı

Mərkəzi Banka yeni səlahiyyət verilib. Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq bəzi hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı məlumatları Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankına:
- kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və nizamnamə, kommersiya hüquqi şəxslərinin idarəetmə orqanlarının rəhbərləri, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları;
- fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların təsisçilərinin (iştirakçılarının) iştirakçısı olduğu hüquqi şəxslər və belə hüquqi şəxslərin nizamnamə kapitalındakı payları;
- fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların idarəetmə orqanlarının rəhbərlərinin, təsisçilərinin (iştirakçılarının) və bu şəxslərin iştirakçısı olduğu hüquqi şəxslərin mənfəəti (gəlir və zərəri).
1-08-2023, 12:51
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.
1-08-2023, 11:53
Qubad İbadoğlunun ev dustaqlığıyla bağlı vəsatəti təmin olunmadı


Qubad İbadoğlunun ev dustaqlığıyla bağlı vəsatəti təmin olunmadı

İyulun 23-də saxlanılan Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.
Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.
31-07-2023, 23:41
XİN Başçısı Ərdoğanın baş müşaviri ilə görüşdü


XİN Başçısı Ərdoğanın baş müşaviri ilə görüşdü

31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb.
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Vətən müharibəsindən sonra yeni reallıqların yaranması və Azərbaycan tərəfindən sülh gündəliyinin irəli sürülməsi ilə bölgədə regional əməkdaşlıq üçün imkanların yarandığını diqqətə çatdırıb. Bununla yanaşı, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının zəruri olduğu vurğulanıb.
Nazir, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə bə suverenliyinə zidd olaraq davam etdirdiyi hərbi-siyasi təxribatları barədə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğunu bildirib.
Baş müşavir Akif Çağatay Kılıç, bugün Azərbaycan və Türkiyənin iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin fəlsəfəsinə uyğun olaraq uğurla əməkdaşlıq etməsinin hər iki ölkənin, o cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-07-2023, 20:02
Sürət Hüseynov vəfat etdi


Sürət Hüseynov vəfat etdi

Sabiq Baş nazir Surət Hüseynov vəfat edib. O, İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
31-07-2023, 19:39
Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmalı olduğunu bildirdi


Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmalı olduğunu bildirdi

Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.
O, Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini bildirib.
31-07-2023, 19:07
İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı


İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 - 29.07.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!