3-06-2023, 21:55
Mərasimdə İlham Əliyev və Paşinyan bir arada görüntülənibAnkarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib. Liderlər mərasimdən sonra şam yeməyinə gedərkən qeyri-rəsmi formada görüşüblər. Qeyd edək ki, bu, Paşinyanın Türkiyəyə ilk səfəridir. Digər fotoda İlham Əliyevin ATA İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan və NATO-nun Baş katibi Yens Stoltenberqlə söhbət etdiyi görünür.
3-06-2023, 21:44
PSJ Messiylə yollarını ayırdığını rəsmi olaraq açıqladıFransanın PSJ futbol klubu argentinalı hücumçu Lionel Messi ilə yollarını ayıracağını rəsmən açıqlayıb. Bu barədə klubun rəsmi saytında məlumat yayılıb. O, bu mövsümün sonunda komandanı tərk edəcək. Messinin karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. “Fransa paytaxtında keçirdiyi iki mövsümdən sonra Lionel Messinin PSJ-dəki macərası başa çatacaq. Klub Leoya gələcək karyerasında daha böyük uğurlar arzulayır. Klub PSJ ilə iki liqa titulunu da qazanan Qızıl topun yeddiqat qalibinə səmimi təşəkkürünü bildirir", - açıqlamada deyilir. Argentinalı futboçu PSJ ilə iki mövsümdə 57 liqa oyununda iştirak edib, 22 qol vurub və 30 məhsuldar ötürmə edib.
3-06-2023, 21:21
Mərasim qonaqlarına xatirə sikkəsi hədiyyə olundu
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilib. Mərasimdə iştirak edən qonaqlara Ərdoğanın andiçmə mərasimi münasibəti ilə zərb edilən xatirə sikkəsi hədiyyə olunub. Xatırladaq ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
3-06-2023, 20:22
İlham Əliyev xanımı ilə andiçmə mərasiminə qatıldıİyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamladılar. Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirildi. Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirdi. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd etdi. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirərək dedi: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”. Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğuladı. Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirdi. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, dualar edildi. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib.
3-06-2023, 19:04
Ərdoğandan İlham Əliyevə təşəkkürTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevə təşəkkür edib. Bu barədə Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində danışıb. "Dəyərli qardaşım, Azərbaycan Prezidentinə “xoş gəldin!” deyir, təşəkkür edirəm", - o deyib. O, mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər dövlət başçılarına, Pakistan Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib. “Mərasimə qatılan hər kəsə xüsusi təşəkkür edirəm”, - Ərdoğan bildirib. Türkiyə lideri sonda "Cümhur İttifaqı"na daxil olan partiya sədrlərinə, ATA İttifaqının namizədi Sinan Oğana minnətdarlıq edib.
3-06-2023, 16:25
Prezident xanımı ilə andiçmə mərasimiylə bağlı səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib. Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
3-06-2023, 14:11
Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlamaİyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 14:11
Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlamaİyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 13:24
Şuşa şəhərində kütləvi məzarlıq aşkar edildiAzərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb. Bu, bir daha onu göstərir ki, Şuşa həbsxanasında azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir. Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.
3-06-2023, 13:07
İlham Əliyev İndoneziyayla bağlı Anlaşma Memorandumunu təsdiqlədiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək.