Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi .....                        Gənclər şəhərciyində partlayış .....                        Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI .....                        Lavrov Fidanla danışıqlar apardı .....                        Xocalı cəlladı HƏBS EDİLİR? .....                        Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian .....                        General Xəlil Arslanova 17 il həbs .....                        Sürücülərin nəzərinə! - Bu küçələrə yenilik var .....                        Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT .....                       
31-08-2022, 23:12
Növbəti üçtərəfli görüş bu tarixədək keçiriləcək


Növbəti üçtərəfli görüş bu tarixədək keçiriləcək

"Nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik”. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir. Mişel qeyd edib ki, hər iki tərəfin xalqları uzunmüddətli davamlı sülhə hazırlaması vacibdir. “İctimai mesajlar bu baxımdan vacibdir, belə həssas vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəfdən dinlənilir və diqqətə alınır. Avropa İttifaqı uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”, - deyə bəyanatda qeyd olunub. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
31-08-2022, 23:09
Brüssel görüşünün detalları - Sülh müqaviləsi ilə bağlı razılığa gəlindi


Brüssel görüşünün detalları - Sülh müqaviləsi ilə bağlı razılığa gəlindi

"Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik. Xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq". Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir. “Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq” - bəyanatda deyilir. Həmçinin qeyd olunub ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə Komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçirilsin. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
31-08-2022, 23:02
Qorbaçov 3 gün sonra dəfn ediləcək


Qorbaçov 3 gün sonra dəfn ediləcək

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq. Bu barədə “İnterfaks“ agentliyi Qorbaçovun qızına istinadən məlumat yayıb. Bildirilir ki, Moskvada İttifaqlar Evinin salonunda vida mərasimi keçiriləcək, daha sonra o, Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq. Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da vəfat edib.
31-08-2022, 22:57
48 mindən artıq abituriyent tələbə adını qazandı


48 mindən artıq abituriyent tələbə adını qazandı

Bu il Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin sayı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
31-08-2022, 22:53
Gəncədə yanğın - 20 nəfər təxliyə olundu


Gəncədə yanğın - 20 nəfər təxliyə olundu

Gəncə şəhərinin Əziz Nəzərov küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğınla əlaqədar 20 nəfər təxliyə olunub. Butov.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə bölməsinin yanğınsöndürənləri və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər binalara keçməsinin qarşısı alınıb.
31-08-2022, 22:49
Zaqatalada yanğın belə söndürülür


Zaqatalada yanğın belə söndürülür

Xəbər verildiyi kimi, ötən gün Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq yanğınla mübarizə tədbirlərinə başlanılıb. Bu barədə FHN məlumat yayıb. Bildirilib ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir. Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

31-08-2022, 22:42
Buster doza vurduranların sayı


Buster doza vurduranların sayı/size]

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 608 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 866, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 134 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 860 396 təşkil edir.
31-08-2022, 22:24
Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası dəyişdi


Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyat qaydası dəyişdi

“Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xüsusi qeydiyyata alınacaqlar. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidməti isə siyahıdan çıxarılıb. Beləliklə, son dəyişiklikdən sonra çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xüsusi qeydiyyata alınacaqlar.
31-08-2022, 22:21
Yoluxma sayı yenə 600-ü keçdi


Yoluxma sayı yenə 600-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 621 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ölkədə ümumilikdə 813 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 127 nəfər müalicə olunaraq sağalıb, hazırda 3505 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4032, indiyədək isə ümumilikdə 7 155 246 test icra olunub.

31-08-2022, 22:18
Qorbaçov Azərbaycanda necə xatırlanacaq...


Qorbaçov Azərbaycanda necə xatırlanacaq...

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun ölümü Azərbaycanda da müzakirə mövzusuna çevrilib. Qərb dünyasının haqqında təriflər yağdırdığı, rusların nifrət etdiyi 92 yaşlı Qorbaçov Azərbaycanda əli günahsız insanların qanına bulaşmış 20 yanvar qatili kimi xatırlanır. İllər ötsə də, SSRİ-ni dağıdan lənətlənmiş siyasətçi nifrətlə yad olunur. Bu barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Mixail Qorbaçov Azərbaycan tarixində mənfi obraz kimi yadda qalacaq. Çünki 20 yanvar qırğınında onun bilavasitə rolu olub. Bu, hər kəs tərəfindən qəbul edilən faktdır. Deputatın sözlərinə görə, dünyanın və Azərbaycanın Qorbaçovun fəaliyyətinə münasibəti bir-birindən kəskin fərqlənir: "Dünyanın Qorbaçovun fəaliyyətinə yanaşması müsbətdir. Onun SSRİ-nin dağılmasına səbəb olması dünya tərəfindən mütərəqqi tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycan isə onu haqlı olaraq cəllad, Azərbaycan xalqının qanını içən cinayətkar kimi qiymətləndirir”.



Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə vurğulayıb ki, Mixail Qorbaçov 20 yanvar qırğınını törətdiyinə, Azərbaycan xalqını satdığına və SSRİ-ni dağıtdığına görə həmişə lənətlənəcək.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, SSRİ-nin ilk və son prezidenti olmuş Qorbaçov tək Azərbaycan xalqı tərəfindən deyil, bütün keçmiş sovet xalqları tərəfindən cinayətkar, boşboğaz siyasətçi kimi xatırlanacaq. Q.Hüseynli Qorbaçovun cinayətlərindən bəhs edərək deyib: “SSRİ-nin birinci və sonuncu prezidenti olmuş bu şəxs Gürcüstanda, Lativayada və xüsusilə də, Azərbaycanda qırğınlar törədilməsinə görə məsuliyyət daşıyırdı. Xüsusilə də, Azərbaycana konstitusiyaya zidd olaraq fövqəladə vəziyyət elan etmədən qoşun yeritməsi minlərlə günahsız insanın ölümünə səbəb oldu. Bu insanın Azərbaycana qarşı yürütdüyü siyasətin fəsadlarını bu gün də aradan qaldırmamışıq. Onun dəstəyi ilə Qarabağda üstünlük əldə etmiş separatçı ermənilər hələ də Xankəndidə məskunlaşırlar. Bütün bu əməllərinə görə, o, təbii ki, mənfi siyasətçi kimi Azərbaycan xalqının yaddaşına həkk olunacaq”.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!