Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb .....                        Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var .....                        Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub .....                        Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü .....                        “Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək .....                        Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? .....                        İsrail HƏMAS-a 60 gün vaxt verəcək .....                        Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                       
8-07-2023, 18:16
Litvayla əməkdaşlıq haqqında Saziş təsdiq olundu


Litvayla imzalanan əməkdaşlıq haqqında Saziş təsdiq olundu

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il mayın 22-də Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Litva Respublikası Hökumətinə bildiriş göndərsin”.
8-07-2023, 18:03
Səudiyyə Ərəbistanıyla imzalanmış Fərman təsdiqləndi


Səudiyyə Ərəbistanıyla imzalanmış Fərman təsdiqləndi

Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda deyilir:
2023-cü il mayın 24-də Ər-Riyad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında energetika sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilsin. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə bildiriş göndərməlidir.
8-07-2023, 15:21
Xızı meşələrində güclü yanğın


Xızı meşələrində güclü yanğın

İyulun 8-i günorta saatlarında Xızı rayonu ərazisində meşədə və biçilmiş əkin sahələrində yanğın başlayıb. Meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Yanğının söndürülməsinə FHN-lə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. Hazırda yanğının nəzarətə götürüldüyü bildirilir. Yanğın Xızı rayon mərkəzinə və Tıxlı kəndinə yaxın ərazidə qeydə alınıb.
8-07-2023, 13:11
XİN Başçısı və müavinlərinə səlahiyyətli səfir rütbəsi verildi


XİN Başçısı və müavinlərinə səlahiyyətli səfir rütbəsi verildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Eyni zamanda xarici işlər nazirinin müavinləri Elnur Məmmədov və Fariz Rzayevə də fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
8-07-2023, 11:44
Taekvondoçularımız Ankarada keçirilən çempionatda 4 medal qazandı


Taekvondoçularımız Ankarada keçirilən çempionatda 4 medal qazandı

Azərbaycanın gənc taekvondoçuları Ankarada keçirilən açıq Türkiyə çempionatında 4 medal qazanıblar. Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, yarışın ikinci günündə mübarizəyə qoşulan yığmamız aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırıb. Millimizin üzvü Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medalla kifayətlənib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə G-2 kateqoriyalı çempionatı bürünc mükafatla başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmə taekvondoçuları 4 qızıl və 4 bürünc medal əldə ediblər.


8-07-2023, 10:11
Gəncədə bədbəxt hadisə: Beton metal yığan şəxsin üzərinə düşdü


Gəncədə bədbəxt hadisə: Beton metal yığan şəxsin üzərinə düşdü

Gəncədə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb. Hadisə şəhərin "çay qırağı" deyilən ərazidə baş verib. Belə ki, satmaq məqsədi ilə metal yığan 33 yaşlı R.Heydərov dəmir parçasını götürmək istəyən zaman beton parçası onun üzərinə aşıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
8-07-2023, 03:10
FHN-ə yeni səlahiyyət verildi


FHN-ə yeni səlahiyyət verildi

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı "Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası"na dəyişiklik edib. İndiyə qədər idarənin müdiriyyəti və ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi fərdi dozaların üzərində radiasiya nəzarətinin vaxtında və keyfiyyətlə keçirilməsinə, habelə şüalanma yüklərinin uçotu üzrə sənədlərin düzgün aparılmasına müntəzəm nəzarət etməli idilər. Dəyişikliyə əsasən, müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının 15-dək) ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim edilməlidir. Əgər indiyə qədər fərdi dozaların normadan artıq yüksək olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs bu barədə idarənin rəhbərliyinə, idarə rəhbərliyi isə öz növbəsində ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsinə məlumat verməli idisə, dəyişikliyə əsasən artıq fərdi şüalanma dozalarının normadan artıq olması müəyyən edilən bütün hallarda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs dərhal bu barədə müəssisənin (və ya təşkilatın) rəhbərliyinə, müəssisənin (və ya təşkilatın) rəhbərliyi isə öz növbəsində Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir. İndiyə qədər əhali və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə təbii və ya texnogen dəyişdirilmiş radiasiya fonu normadan artıq olan yerlərdə kollektiv fərdi dozimetrlərdən istifadə etməklə həmin ərazidə radiasiya nəzarəti müvafiq olaraq ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi və idarə müdiriyyəti tərəfindən aparılıb. Artıq əhalinin və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə görə yerinə yetirilən qiymətləndirmə əsasında müvafiq olaraq Fövqəladə Hallar Nazirliyi və müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən aparılacaq.
7-07-2023, 21:12
Yeniyetmə güləşçimiz tarixi medalın sahibi oldu


Yeniyetmə güləşçimiz tarixi medalın sahibi oldu

Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanıb. 46 kq-da çıxış edən idmançı finalda yerli Mariya Jitovoza 0:7 hesabı ilə uduzub və qitə ikincisi olub. Bununla da Məmmədli qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.
7-07-2023, 20:15
Prezident qaz ixracıyla bağlı mühüm açıqlama verdi


Prezident qaz ixracıyla bağlı mühüm açıqlama verdi

Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir. Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. “Bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir. Bu ilin sonunadək biz Aİ-yə üzv olan daha çox sayda ölkənin Azərbaycandan təbii qazı alacağını gözləyirik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
7-07-2023, 19:19
Bayram Beqay xanımıyla Heydər Əliyev Mərkəzində


Bayram Beqay xanımıyla Heydər Əliyev Mərkəzində

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay və birinci xanım Armanda Beqay iyulun 7-də Heydər Əliyev Mərkəzində olublar. Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir. Albaniya Prezidenti Bayram Beqay Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya Respublikasının Prezidenti Bayram Beqayda böyük maraq doğurub. Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. Prezident Bayram Beqay və birinci xanım Armanda Beqay "Kukla incəsənətdə” sərgisinə baxıblar. Diqqətə çatdırılıb ki, ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivallarının qalib olub. Qonaqlar “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı kolleksiya ilə də tanış olublar. Bayram Beqay və Armanda Beqay Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!