TƏBRİK EDİRİK! .....                        Hacı Oruc Quliyevin həyat hekayəti .....                        Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                       
4-07-2023, 13:27
Qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur - Nazir müavini


Qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur - Nazir müavini

Səhiyyə Nazirliyinin qarşıya qoyduğu bir neçə məsələ var. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib. “Bizim hədəfimiz Azərbaycandakı dərman vasitələrinin qiymətinin bütün dünya ölkələri ilə müqayisədə ən aşağı olmasıdırmı, yoxsa əlçatan olmasıdır? Qeyd edim ki, qiymətlər hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlər başqa olur. O zaman dərman vasitələrinin qiymətinin aşağı salınması ilə bağlı necə fikir demək olar? Bu kimi məsələlərə aydınlıq gətirilməlidir”, - deyə o bildirib.
4-07-2023, 13:13
Dərmanların uzun müddət gömrükdə qalması məsələsi işıqlandırıldı


Dərmanların uzun müddət gömrükdə qalması məsələsi işıqlandırıldı

Dərman vasitələrinin uzun müddət gömrükdə qalması məsələsinə aydınlıq gətirilib. Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxışı zamanı bu məsələyə toxunub. “Milli Məclisdə dərman vasitələrinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı məsələ qaldırılıb. Bu məsələni aydınlaşdıracağıq. Müvafiq qurumla da danışıqlar aparacağıq. Aylarla dərmanların gömrükdə qalması həqiqətən də ciddi problemdir”, - deyə o bildirib.
4-07-2023, 13:05
Balaxanıda hərbi sursat aşkarlandı


Balaxanıda hərbi sursat aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



4-07-2023, 12:26
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində gözlənilən hava şəraiti: mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.
4-07-2023, 11:04
Prezident amerikalı həmkarına təbrik məktubu yolladı


Prezident amerikalı həmkarına təbrik məktubu yolladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir. Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk. Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk.
Hörmətli cənab Prezident, Bu gün biz bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Fürsətdən istifadə edərək bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim rifah diləyirəm".
4-07-2023, 10:20
Azərbaycanlı deputat ATƏT PA-da Komitə sədri vəzifəsinə təyin olundu


Azərbaycanlı deputat ATƏT PA-da Komitə sədri vəzifəsinə təyin olundu

İyulun 3-də ATƏT PA-nın Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühüt, elm və teknologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin və yaşıllar partiyasının üzvü David Stüqmüller iştirak edib. Gizli səsvermənin nəticəsində Azay Quliyev 50 səs, David Stüqmüller 23 səs toplayıb. Beləliklə, azərbaycanlı deputat böyük səs fərqi ilə avstriyalı deputatı məğlub edərək ATƏT PA-nın Komitə sədri və büro üzvü seçilib.

3-07-2023, 17:30
Qəbul imtahanlarında 600-dən yüksək bal yığanların sayı açıqlandı


Qəbul imtahanlarında 600-dən yüksək bal yığanların sayı açıqlandı

2022-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7078 abituriyent 500-dən, o cümlədən 2077 abituriyent 600-dən yuxarı bal toplayıb. Bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat yer alıb.
600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 52.05%-i (1081 nəfəri) I qrupun, 6.84%-i (142 nəfəri) II qrupun, 16.56%-i (344 nəfəri) III qrupun, 24.55%-i (510 nəfəri) IV qrupun abituriyentləridir.
Yüksək bal toplayanlar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt, Mingəçevir və Bakı şəhərləri, Qəbələ, Abşeron və Şəki rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–13-ü imtahanlarda 500-dən yuxarı bal toplayıb.
500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb. 600-dən yuxarı bal toplayan abituriyentlər dövlət ali təhsil müəssisələri arasında ən çox Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
600 baldan yuxarı nəticə göstərən abituriyentlər özəl ali təhsil müəssisələri arasında ən çox Xəzər Universitetini (26 nəfər) seçib. 600 və ondan yuxarı bal toplayıb qəbul olanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 51.89%-i (1057 nəfəri) I qrupun, 6.68%-i (136 nəfəri) II qrupun, 16.89%-i (344 nəfəri) III qrupun, 24.55%-i (500 nəfəri) IV qrupun abituriyentləridir.
3-07-2023, 17:24
Qəbul imtahanlarında 0-100 bal toplayanların faiz göstəriciləri açıqlandı


Qəbul imtahanlarında 0-100 bal toplayanların faiz göstəriciləri açıqlandı

2022-ci ildə Azərbaycanın təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib.
Bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat yer alıb. Bildirilib ki, onların 16.12%-i 0-100, 26.67%-i 100-200, 21.96%-i 200-300, 25.61%-i 300-500, 9.64%-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 2077 nəfər 600 və daha çox bal toplayıb. Yüksək bal toplayanlar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 1081, II qrupda 142, III qrupda 344, IV qrupda 510 nəfərdir.
3-07-2023, 13:14
Ermənilər Ağdam istiqamətindəki mövqelərimizi atəşə tutdu


Ermənilər Ağdam istiqamətindəki mövqelərimizi atəşə tutdu

İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
3-07-2023, 13:02
Sabahın havası


Sabahın havası

Azərbaycanda iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 35-45 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti: şimal küləyi əsəcək, dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!