Daha bir İŞİD lideri öldürüldü .....                        İsrail Qəzzada əməliyyata başladı .....                        5 ay əvvəl itkin düşmüşdü: öldürülüb basdırılıbmış .....                        Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək .....                        Netanyahudan Makrona sərt sözlər .....                        Hövsanda cinayət - 31 yaşlı kişi öldürüldü .....                        Zəngəzur dəhlizi üçün önəmli gün .....                        Azərbaycan xalqına davamlı sülh və rifah arzulayıram - Mirziyoyev .....                        Daha iki ünvanda minib-düşmə yeri yaradıldı .....                       
7-05-2025, 17:51
Ceyhun Bayramov İraqın Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTO


Ceyhun Bayramov İraqın Nümayəndələr Şurasının sədri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.
Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlı səfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqi baxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


7-05-2025, 17:44
Evi yararsız hala düşən ailəyə yaşayış üçün çadır quruldu - VİDEO


Evi yararsız hala düşən ailəyə yaşayış üçün çadır quruldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Mingəçevir şəhəri, Günəşli bağ massivi adlanan ərazidə yaşayan vətəndaş Arzu Yusubovaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

7-05-2025, 17:27
IV və VI siniflərdə monitorinq təşkil olunacaq


IV və VI siniflərdə monitorinq təşkil olunacaq

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə 18 may tarixində IV, 19 may tarixində isə VI sinif şagirdləri üçün monitorinqlər təşkil ediləcək.
Bu barədə MÜTDA-dan bildirilib.
Monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.
Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.
Dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
7-05-2025, 17:19
Prezidentin To Lam ilə geniş tərkibdə görüşü başlayıb


Prezidentin To Lam ilə geniş tərkibdə görüşü başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə geniş tərkibdə görüşü başlayıb.
Bu barədə Prezidenti Mətbuat Xidməti məlumat yayıb.
7-05-2025, 17:08
Mallarını gömrükdən keçirmək məqsədilə sərnişinlərə payladı - YAXALANDI


Mallarını gömrükdən keçirmək məqsədilə sərnişinlərə payladı - YAXALANDI

Sərnişinlərə paylanılaraq gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd göstərilən mallar aşkar edilib.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
Qeyd edilib ki, nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev adına Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.
Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlər hüquqpozma predmeti kimi götürülüb.
İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.
Dövlət Gömrük Komitəsi tərəfindən bildirilir ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Faktla bağlı araşdırma aparılır.
7-05-2025, 17:01
Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrdəki əhalisi köçür


Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrdəki əhalisi köçür

Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrdə yerləşən Sünik (Zəngəzur), Geqarkunik (Basarkeçər) və Tavuş rayonlarının əhalisi 7 ildə 41,5 min nəfər azalıb.
Bu barədə “Yaşayacaq torpaq” partiyasının həmtəsisçisi “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bildirib. O, aşağıdakı rəqəmləri təqdim edib:

Sünik (Zəngəzur) – 21.700 nəfər;

Geqarkunik (Basarkeçər) - 14.000 nəfər;

Tavuş – 5.800 nəfər.

“Bu, hökumətin təhlükəsizlik və sosial-iqtisadi siyasətinə verilən ən bariz qiymətdir”, - deyə Mesrop Arakelyan qeyd edib.
7-05-2025, 16:45
Prezidentin To Lamla məhdud tərkibdə görüşü başlayıb


Prezidentin To Lamla məhdud tərkibdə görüşü başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə məhdud tərkibdə görüşü başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
7-05-2025, 16:40
Kür Qazaxda məcrasından çıxdı - Əraziləri su basdı


Kür Qazaxda məcrasından çıxdı - Əraziləri su basdı

Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub.
Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.
Fəsadlar əsasən rayonun Aşağı Salahlı kəndi ərazisini əhatə edib. Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində hektarlara örüş və əkin sahələrinə ziyan dəyib. Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatları sonuncu dəfə ötən ilin may ayında da sel suları altında qalmışdı. Bu ilki fəsadlar ötən ilkindən dəfələrlə az olsa da gündəlik mal-qaralarını örüşə aparan sakinlər həmin ərazilərin su altında qalması səbəbindən indi heyvanları ot az olan dərələr və boşluq ərazilərdə otarmaq məcburiyyətində qalıblar.
Aşağı Salahlı kənd icra nümayəndəliyindən bildirldi ki, təbii fəlakət nəticəsində 4 ha günəbaxan sahəsinə və 10 hektarlıq örüş torpaqlarına ziyan dəyib.
Kürün su basma ehtimalı olan ərazilər nəzarətdə saxlanır və lazim gəldikdə texnikalarla da müdaxilə ediləcək. Suyun səviyyəsində isə ötən günlərə nisbətən enmə müşahidə edilir.
Qazax rayon İcra Hakimiyyətindən bildirilib ki, 14-16 aprel 2025-ci il tarixlərində yağan güclü yağışlar səbəbindən Kür çayında suyun həcminin artması nəticəsində Qazax rayonunun Aşağı Salahlı kəndində 5 hektar örüş və Orta Salahlı kəndində sakinlərə məxsus 15 hektar biçənək sahələrinə ziyan dəymiş, Coğaz və Ehram çaylarında suyun həcminin artması nəticəsində Dəmirçilər kəndində uzunluğu 27 metr və İkinci Şıxlı kəndində uzunluğu 204 metr olan körpülər qəzalı vəziyyətə düşmüşdür.
7-05-2025, 16:32
İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibini qarşıladı


İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibini qarşıladı

Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verdi.
Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qarşısından keçdi.
Sonra rəsmi foto çəkdirildi.
7-05-2025, 16:27
Moskvada tutulan Elman Paşayevdən xəbər var


Moskvada tutulan Elman Paşayevdən xəbər var

Rusiyanın Moskva Hərbi Prokurorluğu azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı irəli sürülən ittihamları təsdiqləyib.
O, külli miqdarda dələduzluq və dələduzluq etməyə cəhd (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 159-cu maddəsinin 4-cü hissəsi) maddələri ilə təqsirləndirilir.
İstintaqın versiyasına görə, Paşayev 2024-cü ildə iş adamı Aleksey Blinovskidən onun həyat yoldaşı Yelena Blinovskayanın vergidən yayınma ittihamı ilə başladılmış cinayət işindən azad edilməsi üçün 300 min ABŞ dolları və 20 milyon rubl alıb. Lakin vəkilin bu prosesə təsir imkanı olmayıb və o, pulu mənimsəyib.
Bundan əlavə, 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər Elman Paşayev şəriki ilə birlikdə Petrozavodsk sakininin 15 milyon rublunu ələ keçirməyə cəhd edib. Əvəzində isə həmin şəxsə Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də pulların yuyulması ilə bağlı məsuliyyətdən yayınmaqda kömək edəcəyi vəd olunub. Bu razılaşma çərçivəsində Paşayev 10,5 milyon rubl və 500 min rubl dəyərində kompüter texnikası alıb.
Elman Paşayev 2024-cü ilin sentyabrındasaxlanılıb. Bu ilin mart ayında Rusiya İstintaq Komitəsi iş üzrə istintaqın başa çatdığını bildirib. Təqsirləndirilən şəxs özünü günahkar saymır.
Hadisə üzrə məhkəmə işi Donetsk Qarnizon Hərbi Məhkəməsinə göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!