Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
Tarix : Bu gün, 15:18
Azərbaycanda elan olunmuş illərin SİYAHISI


Azərbaycanda elan olunmuş illərin SİYAHISI

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu siyasi, iqtisadi, sosial, mədəni, idman və mənəvi prioritetlərin müəyyənləşdirilməsi ilə seçilir. Hər il Prezident İlham Əliyevin sərəncamı ilə müəyyən bir sahəyə həsr olunur. Bu təşəbbüs həm dövlət siyasətinin əsas hədəflərini cəmiyyətə aydın göstərir, həm də insanların həmin sahəyə diqqətini artırır, eyni zamanda həmin istiqamətdə dövlət və vətəndaş təşəbbüslərini birləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, bu ənənənin əsası 2007-ci ildən qoyulub. Ölkə başçısının imzaladığı sərəncamlar dövlətin strateji istiqamətini göstərməklə yanaşı, milli-mənəvi dəyərlərə önəm verildiyini də nümayiş etdirir. Məsələn, "Sənaye ili" və ya "Könüllülər ili"nin elan olunmasında məqsəd bu sahələrin inkişafına diqqəti artırmaq idisə, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili" həmin görkəmli şəxslərin yubileyini qeyd etmək üçün idi.
“Multikulturalizm ili”nin elan edilməsi Azərbaycanın tolerantlıq dəyərlərini dünyaya tanıtmaq, müxtəlif din və millətlərin sülh içində yaşadığı ölkə obrazını daha da möhkəmləndirmək məqsədi daşıyırdı. “Nəsimi ili” isə elm, poeziya və humanizmin təntənəsi kimi yadda qaldı.
“Şuşa ili”nə gəldikdə, o, Qarabağın azad edilmiş mədəni paytaxtının 270 illiyinə həsr olunmuşdu.
Bu illərin elan edilməsi yalnız rəmzi xarakter daşımır. Hər belə qərardan sonra müvafiq dövlət proqramları, layihələr, tədbirlər və sosial təşəbbüslər həyata keçirilir. Dövlət başçısının sərəncamlarına əsasən, elan olunmuş illə bağlı keçiriləcək tədbirlər planı Prezident Administrasiyası və ya Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.
İllərin tematik elan olunması ənənəsi artıq Azərbaycan üçün bir dövlətçilik simvoluna çevrilib. Hər yeni ilin adı Azərbaycanın sabahına bir mesaj, ya da yol xəritəsi kimi cəmiyyətə istiqamət verir.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda Prezident seçkilərinin keçirilməsinin ölkə miqyaslı tədbir olması ilə əlaqədar oxşar sərəncam imzalanmayıb.
2026-cı ilin nə ili elan olunacağı maraqla gözlənilirdi.
Nəhayət Prezident bu gün gözləntilərə nöqtə qoydu. 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi.
Dövlət başçısının budəfəki Sərəncamı Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycanda elan olunmuş illərin siyahısı:

2007-ci il - Gənclər ili;
2009-cu il - Uşaq ili;
2010-cu il - Ekologiya ili;
2011-ci il - Turizm ili;
2012-ci il - İdman ili;
2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili;
2014-cü il - Sənaye ili;
2015-ci il - Kənd təsərrüfatı ili;
2016-cı il - Multikulturalizm ili;
2017-ci il - İslam Həmrəyliyi ili;
2018-ci il - Azərbaycan Xalq Cümhuriyyəti ili;
2019-cu il - Nəsimi ili;
2020-ci il - Könüllülər ili;
2021-ci il - Nizami Gəncəvi ili;
2022-ci il - Şuşa ili;
2023-cü il - Heydər Əliyev ili;
2024-cü il - Yaşıl dünya naminə həmrəylik ili;
2025-ci il - Konstitusiya və Suverenlik ili:
2026-cı il - Şəhərsalma və Memarlıq İli.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!