Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
19-09-2022, 19:12
Lerikdə ağac kəsənlər 30 min manat cərimələndi


Lerikdə ağac kəsənlər 30 min manat cərimələndi

Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı ağacların kəsilməsi faktı aşkarlanıb: "Araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29 900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
19-09-2022, 19:10
Krana çıxan 23 yaşlı oğlan 7 saat sonra intihar edib


Krana çıxan 23 yaşlı oğlan 7 saat sonra intihar edib

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır qəsəbəsində gənc krana çıxaraq intihar edəcəyini bildirib, bu fikrindən daşındırmaq üçün xilasedicilər onunla saatlarla söhbət aparıblar. Butov.az xəbər verir ki, bu cəhdlərin faydası olmayıb. Belə ki, həmin şəxs 7 saat sonra özünü atıb və hadisə yerində vəfat edib. Araşdırmalar nəticəsində intihar edən gəncin, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Yusifov Mikayıl Mehman oğlu olması məlum olub. Onun intiharı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edək ki, Mikayıl Yusifov sentyabrın 17-də səhər saat 08 radələrində Masazırda yeni tikilən binanın kənarındakı yük kranının üstünə çıxıb. Onun intiharının qarşısını almaq üçün əraziyə xilasedicilər, psixoloqlar və Mikayılı tanıyan şəxslər dəvət edilsə də, 6-7 saat ərzində aparılmış söhbətlər nəticə verməyib. Yekunda 23 yaşlı oğlan saat 14 radələrində özünü ataraq həyatına son qoyub. M.Yusifovin sevdiyi xanıma görə bu addımı atdığı bildirilir.
19-09-2022, 19:07
Azərbaycanla İsrail arasında yeni saziş imzalanacaq


Azərbaycanla İsrail arasında yeni saziş imzalanacaq

"Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. Butov.az-ın məlumatına görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının günədliyinə daxil edilib. Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib. Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları eyni zamanda Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir. Həmçinin, Sazişə əsasən bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər.
19-09-2022, 19:03
Şəhid Səbuhinin qardaşı ilə bağlı yeni açıqlama


Şəhid Səbuhinin qardaşı ilə bağlı yeni açıqlama

Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış 14-15 sentyabr 2022-ci il tarixli videomüraciətləri ilə əlaqədar araşdırma davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib."Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.
19-09-2022, 18:32
Təxribat məqsədilə Laçında basdırılmış minalar aşkarlandı


Təxribat məqsədilə Laçında basdırılmış minalar aşkarlandı

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.


19-09-2022, 18:29
ANS-ÇM radiosu açılır? - Vahid Mustafayev: "Ümid edirəm ki, bu dəfə..."


ANS-ÇM radiosu açılır? - Vahid Mustafayev: "Ümid edirəm ki, bu dəfə..."

“Audiovizual Şura (keçmiş Milli Televiziya və Radio Şurası) birdən-birə üç radio tezliyini tenderə çıxarıb. Və sözsüz ki, ANS-ÇM də bu müsabiqədə iştirak edir. Düşünürəm ki, bu dəfə Azərbaycanı və azərbaycanlıları ən qabaqcıl dövlət və millət kimi göstərən, Qafqazda və Orta Asiyada ilk FM Radio olan ANS-ÇM tenderdə qalib gələ biləcək”. Bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Mustafayevin adını daşıyan ANS-ÇM Radiosu həm də bütün şəhidlərə olan xalq hörməti və ehtiramıdır.“Hamı bilir ki, ANS-ÇM Radiosu Çingizin qardaşları Vahid və Seyfulla Mustafayevlər tərəfindən yaradılıb və bütün fəaliyyət boyu yalnız Azərbaycan xalqının vətənpərvərliyi, özünüdərketmə prinsiplərini dəyərləndirməsinə, milli-mədəni irsimizin bu dinamik inkişaf edən dünyada layiqli yerini qazandırmağa və ümumiyyətlə, müasirliyə qulluq edib”.V.Mustafayev deyib ki, ANS-ÇM Radiosu "Döyüş Alnınıza Yazılıb" şüarının elçisi və daşıyıcısıdır.“Bu şüarla bizim daimi dinləyicilərimiz indi də hər an Vətəni qorumağa və bizə aid olan hər şeyi almağa qadirdir!”. V.Mustafayevin sözlərinə görə, Milli Qəhrəman Çingiz Mustafayev adına Radio eyni zamanda böyük bir media məktəbi idi.“Bu gün əksər radiolara rəhbərlik edən peşəkarlar məhz ANS-ÇM-in şinelindən çıxıb, fəaliyyətlərini bu sahədə peşəkarcasına davam etdirirlər. ANS-ÇM daim təlim və təhsil məsələlərinə diqqətlidir, şəxsən mən daim əməkdaşlarımın müasir media texnologiyalarına uyğun fəaliyyət göstərməsi üçün dayanmadan təlimlər keçirirdim. ABŞ, Böyük Britaniya, Almaniya və s. ölkələrdən mütəxəssisləri gətirərək Azərbaycan Radiosunun dünya birinciləri ilə bir sırada durmasına müvəffəq olmuşdum!”, - V.Mustafayev əlavə edib. Şirkət rəhbəri onu da deyib ki, Audiovizual Şuranın (keçmiş MTRŞ) nümayəndələri onların ofisinə gəlib baxış da keçiriblər.“Gəldilər, radiomuzun və ən müasir texnologiyalara arxalanan avadanlığı ilə tanış oldular və dedilər: "Siz həmişəki kimi hamıdan irəlidəsiniz. Xahiş edin yuxarıdan ki, sizə tezlik versinlər! Biz də ANS-ÇM-in fəaliyyətinin bərpasının tərəfdarıyıq, amma bu qərarı biz vermirik...".Hörmətli Audiovizual Şura əməkdaşları, bu dediklərinizi də etdik. Həmişəki kimi, müsbət qərarınıza inamla, Allah Azərbaycanı qorusun!”. Xatırladaq ki, keçmiş Milli Televiziya və Radio Şurasının 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS-ÇM radiosunun lisenziyası ləğv edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.
ANS Şirkətlər Qrupuna məxsus digər jurnallar da o vaxtdan fəaliyyətini dayandırıb.
19-09-2022, 18:13
Vətən müharibəsi qazisi vəfat etdi


Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib. Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
19-09-2022, 18:10
UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb


UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb

UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb. Butov.az xəbər verir ki, UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.
19-09-2022, 18:03
Nensi Pelosinin İrəvandakı açıqlamaları separatizmə dəstəkdir


Nensi Pelosinin İrəvandakı açıqlamaları separatizmə dəstəkdir

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir. Bir müddət öncə Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirmişdi. O növbəti belə səfəri Ermənistana edərək sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərdi. Heç şübhəsiz ki, bu səfərdə Pelosinin əsas məqsədi seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaqdır. Artıq 85 yaşı olan Pelosi təqaüdə çıxmaq barədə deyil, hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Əslində reallıq, məsələnin mahiyyəti budur. Onun Ermənistanda verdiyi açıqlamalar bu fikri bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, Pelosi hər zaman ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfər zamanı bütün diplomatik çərçivələri aşan açıqlama və iddiaları bir daha bunu göstərir. Ermənistanın ərazi bütövlüyünə belə təəssüb və dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə, 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı, Azərbaycana səfər etmədi, ölkəmizə dəstək nümayiş etdirmədi, Azərbaycanlılara qarşı erməni vəhşiliyini pisləmədi? Əgər Pelosi haqqın və ədalətin tərəfdarıdırsa ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məskənlərini, infrastrukturu, qəbirləri, dini-tarixi abidələri dağıdarkən niyə bu vəhşiliyi pisləyən bəyanatlar vermədi? Azərbaycan 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışdı. Ancaq Ermənistan hər zaman bu cəhdləri pozdu. Nəhayət Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yetirərək torpaqlarını azad etdi. Həmin dövrdə biz Ermənistana qarşı hər hansı ittihamların səsləndirildiyinin şahidi olmadıq. Azərbaycan torpaqlarını azad etdikdən sonra ona qarşı bu cür ədalətsiz yanşamanın nümayiş etdirilməsinin səbəbi nədir? Sonda onu da qeyd edək ki, Pelosinin etdikləri səlibçi təfəkkürün parlaq nümunəsidir. Onun «timsah göz» yaşları isə bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribatdır. Tarixdən hər kəsə məlumdur ki, tarix boyu türk xalqlarına qarşı soyqırımın; məhz ermənilər törədiblər. Ermənistanın soyqırımına məruz qalmasını iddia etmək ən azından saxtakarlıqdır. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane olur.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
19-09-2022, 17:58
Laçında mərmi aşkarlanıb


Laçında mərmi aşkarlanıb

Laçında mərmi aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Rəsmi məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!