Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq" .....                        6 il əvvəl yanan "Diqlas"ın yerinə nə tikilir? .....                        "Əsirlikdən qayıdanların birinin başına "kislota" vurmuşdular" - MƏHKƏMƏ .....                        Rusiya-Ukrayna danışıqları sabah keçiriləcək .....                        Dənizdə boğulduğu ehtimal edilirdi - 7 ay sonra sağ tapıldı .....                        Zelenskidən danışıqlarla bağlı yeni format .....                        Marko Rubio Türkiyədə .....                        Zelenski Ərdoğanla bağlı paylaşım etdi .....                        İlham Əliyev Albaniyaya getdi - FOTO .....                       
19-02-2022, 20:03
Almaniya şirkəti Kiyevə uçuşları dayandırdı
Almaniya şirkəti Kiyevə uçuşları dayandırdı

Almaniyanın "Lüfthansa" aviaşirkəti Kiyevə uçuşları müvəqqəti olaraq dayandırıb.
Butov.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Qərarın fevralın 21-dən 28-dək qüvvədə olacağı bildirilib.
19-02-2022, 12:38
Aslan İsmayılov: "QAZ LİMİTİNİN XEYRİ YOXSA ZƏRƏRİ?!"

Aslan İsmayılov: "QAZ LİMİTİNİN XEYRİ YOXSA ZƏRƏRİ?!"
Hakimiyyət rəsmilərinin qanunsuz əməlləri nəticəsində 2013-cü ildən vəkillik fəaliyyətimdən məhrum edilmişəm. Bu səbəbdən vaxtımı əsasən insanları narahat edən problemlərin araşdırılmasına yönəltmişəm. Bacardığım qədər bu mövzuları işıqlandırmağa çalışıram. Gördüyüm odur ki, insanları ən çox boğaza yığan Qaz Limiti məsələsidir. Başa düşürəm ki, bu təşəbbüsü büdcə doldurmaq məqsədi ilə irəli sürüblər. Ancaq bunun fəsadları barədə düşünən olubmu?!
Onsuz da ekoloji fəlakət yaşayan meşələrimiz bu limit məsələsindən sonra kütləvi qırılmağa başlayıb. Qaz pulu dərdindən hərə əlinə bir balta alıb həyətində olan ağacları, meşələri qırırlar. Bu gün Avropanın qaz təhlükəsizliyinə təminat verən, nefti 2014-cü ildən sonra ilk dəfə 100 ABŞ dollarından yuxarı qiymətə satılan Azərbaycan niyə öz vətəndaşlarına qaz limiti tətbiq etməlidir?! Bundan başqa, niyə mülayim havası olan Kürdəmirdə, Saatlıda yaşayan vətəndaşla sərt soyuğu olan Qusarda, Lerikdə yaşayan vətəndaşa (misal üçün) eyni qaz limiti tətbiq edilməlidir?! Başa düşmək lazımdır ki, rayonlarda insanlar əsasən həyət evlərində yaşayırlar və orada evlərin sahələri böyükdür. Bu limiti təklif edənlər apartamentlərdə oturublar və hesab edirlər ki, kasıb əhali Bakıda olduğu kimi ancaq 30-40 kvadratlıq evlərdə yaşayır.
Hesab edirəm ki, bu məsələlər nəzərə alınmalı, qaz limiti məsələsinə yenidən baxılmalıdır. Büdcəni doldurmağın kifayət qədər alternativ yolları var. Tətbiq edilən qaz limiti isə ancaq sosial partlayışa gətirən addımdır.
Qeyd: qaz limitindən əziyyət çəkənlərdən yazını maksimum paylaşıb şərhlərdə bu barədə fikirlərini bölüşmələrini xahiş edirəm.
19-02-2022, 08:40
Ermənilər Tovuzu ATƏŞƏ TUTDU
Ermənilər Tovuzu ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
19-02-2022, 08:35
Cüdoçumuz qızıl medal qazandı
Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.
19-02-2022, 08:24
Rusiya qazı kəsilsə, ehtiyat yanacaq 2 aya bəs edər:
Ehtiyat yanacaq 2 aya bəs edər

Avropa ölkələrinin ay yarımlıq qaz ehtiyatı var, sərt sanksiyalar və Rusiyadan tədarükdən imtina olunarsa, qitə ciddi böhranla üzləşəcək.
Bu barədə Böyük Britaniyanın “Teleqraf” qəzetinin yazarı Tom Ris qeyd edib.
O bildirib ki, Rusiyadan enerji idxalı dayandırılacağı təqdirdə Almaniya iqtisadiyyatı ən ağır zərbəni alacaq.
Müəllifin sözlərinə görə, hazırda qitədəki anbarların 67 faizi boşdur, cəmi 33 milyard kubmetr ehtiyat qaz var ki, bu da aprelə qədər çata bilər. Son bir ildə qazın qiyməti üç dəfə artıb. Neqativ geosiyasi ssenarilərin baş verəcəyi təqdirdə Rusiya yanacağının Avropa Birliyinə axını dayanacaq və qiymət daha da artacaq
18-02-2022, 15:19
Tərtərdə iki nəfər minaya düşdü

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
18-02-2022, 09:43
Natiq müəllim onu özü qədər  sevirdi...


VİDA SÖZÜ...

"Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi, müəllim ömrü."


Natiq müəllim onu özü qədər sevirdi...

Maksim Qorki deyirdi ki, insan kəlməsi əzəmətlə səslənir. Müəllim kəlməsi də əzəmətlə, bir qədər də ehtiramla səslənir. Bu gün o müəllimi xatırladıqca gözlərimizin önündə qayğılı, nigaran çöhrəsi canlanır. Daim axtarışda idi, elə bil nəyisə düşünür, gözlərinin dərinliyində düşüncələri ilə qoşa yol getdiyi sezilirdi. Bəli, indi o, ruhlar dünyasının sakinidir. Fevralın 10-da gözlərini bu dünyaya əbədi yumub, torpaq əmanəti olsa da, amma onun işıqlı xatirəsi və xeyirxah əməlləri bizimlə yaşamaqda davam edir. Bizi görür, ondan danışıb, yazdığımızı hiss edir. Müdriklərin təbirincə desək, bizim dünya ömrünü xalqının xoşbəxt sabahı, rifahı üçün şam tək əridən belə ziyalıların nuru ilə işıqlanır.
Haqqında sayğı və böyük ehtiramla danışdığımız Natiq Teymur oğlu Əliyev 17 iyun 1949-cu ildə Biləsuvar rayonunda dünyaya göz açmışdı. İstər orta məktəb illərində, istərsə də ali təhsil aldığı zaman riyaziyyatı çox sevərdi. Elə sevərdi ki, rəqəmlər, düsturlar dünyasının romantikası onun düşüncələrini tamamilə bürümüşdü. Bu sevgi onu Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil aldığı dövrdən - 1971-ci ildən doğma rayonu Biləsuvarda təhsil alan (keçmiş Puşkin rayonu) şagirdlər aləminə çəkib gətirir. Natiq müəllim əvvəlcə şəhər 1 saylı 8 illik orta məktəbdə, sonradan isə şəhər 4 saylı tam orta məktəbdə öz ixtisası üzrə riyaziyyat fənnini tədris edir. Rayonun ən savadlı və təcrübəli pedaqoqlarından biri olur. Kifayət qədər dünyagörüşə və geniş erudisiyaya malik bu ziyalının dünya ədəbiyyatına bələdliyi, onu ünsiyyətdə olduğu hər bir adama sevdirirdi. Natiq Əliyev Çalışdığı kollektivlərdə həmişə qabaqcıllar sırasında olmuş, dəfələrlə rayon Maarif şöbəsi adından diplomlara, Fəxri fərmanlara layiq görülmüşdür.
Onun 43 illik pedoqoji fəaliyyəti boyunca təkcə ixtisası üzrə yetirdiyi yüzlərlə şagirdi bu gün ayrı-ayrı sahələrdə aparıcı vəzifələrdə, elm-təhsil ocaqlarında çalışmaqla Natiq müəllimin qarşısında əbədi ehtiramlarını ifadə edirlər. Bu gün onun yoxluğu yalnız doğmalarının, ailəsinin deyil, həm də müəllim kollektivinin, saysız-hesabsız şagirdlərinin könlünü sızladır. O, çox səmimi bir insan idi. Hər dəfə bizimlə görüşəndə məktəb illərində baş vermiş maraqlı hadisələri gülərək yada salar, keçmiş şirin xatirələrini həvəslə bölüşərdi. Amma son günlərinin bir səmimi etirafını məncə heç unutmaq olmaz.
Natiq müəllim: "Dərs dediyim- sinif rəhbəri olduğum məzunlarımız çox olub, amma 1988-ci il buraxılış sinfinin şagirdlərinin hər birini adla tanıyıram, qəlbimdə silinməz izləri var o uşaqların. Onlarda riyaziyyat fənninə olan sonsuz həvəs məni sanki, yenidən gəncləşdirmişdi, bilmirdim o ruh, o enerji məndə hardan idi. Dərsdən sonra da sinfin riyaziyyatdan əlaçı uşaqları ilə məşqul olurdum. Həmin il bir sinifdən 15-ə yaxın oğlan və qızlar riyaziyyat imtahanından ən yüksək nəticə ilə ali təhsil ocaqlarına daxil oldular. Sevincimin həddi-hüdudu yox idi. Amma yanılmamışdım, çox etibarlı çıxdılar. Harda çalışmaqlarından asılı olmayaraq, mənimlə hər gün maraqlanırlar, darıxmağa qoymurlar -Vüqar Kərimov, Xalid Əliyev, Vüqar Mirzəyev, İmran Qurbanov, Faxrəddin Mansurov, Mikayıl Abışov... Sağ olsunlar!"

Natiq müəllim bu dünyada izini yaddaşlarda qoyub getmiş İlahinin sevimli bəndələrindən biridir. Burda belə bir deyim də yada düşür: "Natiq müəllim kimi insanlar təkcə evindən yox, həm də elindən gedir". Eldən gedənlər isə ruhən elin, obanın qəlbində həmişə yaşayır, xatırlanır. Şagirdi-1988-ci il məzunu Vüqar Kərimov da həyatda tutduğu mövqeyə, uğur və nailiyyətlərə görə məhz Natiq müəllimə daim borclu olduğunu deyir:
"Sinif rəhbərim, həm də riyaziyyat müəllimim idi, Natiq müəllim. Müəllimimdən eşitdiyim "Riyaziyyatı bilənə zaval yoxdur" - kəlmələri məni bu sehirli dünyayla doğmalaşdırdı. Peşəkar pedaqoqun, dərin zəka sahibinin, erudisiyalı ziyalının düşüncələrinin doğmalığında düşüncələrimə köçürürdüm. 10-cu sinfi bitirəndə artıq riyaziyyat fənni üzrə mükəmməl biliyə sahib idik. Bu mükəmməlliyimiz özünü qəbul imtahanlarında da ilk anda göstərdi. Əla qiymətlərlə instituta daxil oldum. Müvəffəqiyyətlə də bitirib müstəqil həyat yollarında doğru-dürüst yol seçmək şansı qazandıq. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu daim şad olsun!
Natiq müəllim 1971-ci ildən 2014-cü ilədək-65 yaşı tamam olanadək ömrünün tam 43 ilini sərasər gənc nəslin sağlam və savadlı böyüməsinə, xalqına millətinə sərf etmişdir. 2019-cu ildə onun 70 illik yubileyi çalışdığı şəhər 4 saylı orta məktəbdə sevimli kollektivinin, şagirdlərinin böyük coşqusu ilə qeyd olunmuşdur. 5 övlad, 13 nəvə sahibi olan Natiq müəllim, onu tanıyanların yaddaşında qayğıkeş insan, bacarıqlı müəllim, gözəl ailə başçısı, yüksək intellekt sahibi və mədəni bir insan kimi qalmışdır. Şair İbrahim Yusifoğlu müəllim haqqında bu şeiri yazanda, sanki, onu məhz Natiq müəllimin ruhuna ithaf edib:

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.


Ömrünün 73-cü baharında haqqa qovuşan Natiq müəllim, həqiqətən də, Biləsuvar təhsil aləminin bir parlaq ulduzu idi. O, qaranlıqlara nur saçan ay, dalğalı dəniz, ömründən, gözünün nurundan kəsib sonrakı nəsillərə pay verən böyük, möhtəşəm bir ürəyə sahib əsl müəllim idi. Dünya bundan sonra nə qədər duracaqsa, zaman nə qədər ölçüləcəksə, bütün bunlar riyaziyyat elminin rəqəmlərindən, düsturlarından kənarda qalmayacaq. O riyaziyyat ki, Natiq müəllim onu özü qədər sevirdi... Ruhu şad olsun!

Dərin ehtiramla,
1998-ci il məzunları adından:

Surxay ŞAHBAZOV, Samir QURBANOV


17-02-2022, 13:07
Qatı duman hərəkəti məhdudlaşdıracaq

Fevralın 18-nə avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevral ayının 18-də gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Xankəndi-Xocavənd, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli Göyçay-Ucar, Xaldan-Mingəçevir, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
16-02-2022, 21:29
MİT və MOSSAD-dan ŞOK ƏMƏLİYYAT


İranın planının qarşısı belə alındı – MİT və MOSSAD-dan ŞOK ƏMƏLİYYAT
İranın İstanbulda israilli iş adamı Yair Gellerə sui-qəsd planlaşdırdığı xəbərindən sonra İsrail mediasından daha bir iddia gündəmə gəlib.
“Kanal 12” telekanalı İsrail kəşfiyyatının (MOSSAD) son iki ildə Türkiyədə yaşayan israillilərə qarşı 12 hücumun qarşısını aldığını iddia edib.
Məlumatda Türkiyə və İsrail arasında diplomatik münasibətlərin gərgin olmasına baxmayaraq, MOSSAD-la Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında son illərdə əlaqələrin gücləndiyi bildirilib. Məlumata görə, bu hücum planlarının əksəriyyəti İŞİD terror təşkilatı ilə bağlı olub və Türkiyədə yaşayan israilliləri hədəfə almaq məqsədi daşıyıb.
İranın nüvə proqramının memarı Möhsün Fəxrizadənin qisasını almaq üçün israilli iş adamı Yair Gellerin hədəfə alındığı sui-qəsd planının qarşısının da MİT-lə birlikdə alındığı deyilib.
16-02-2022, 21:03
Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.
Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin dövlət büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğunu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.
Kənd təsərrüfatı naziri İnam Kərimov son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini, kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.
Nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.
Sonra dinləmədə təqdimatlar həyata keçirilib. Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.
Tədbirə yekun vuran Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!