16-09-2022, 18:33
Elnur borca görə təhsilini yarımçıq qoyub? - AçıqlamaErmənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan 77 şəhiddən biri Elnur Nərbala oğlu Məhərrəmovdur. O 2018-2021-ci illərdə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi olub. Yayılan məlumatlara görə, ödənişli əsaslarla oxuyan Elnur III kursun yarısında təhsilini dondurub və hərbi xidmətə yollanıb. Bildirilib ki, onun bu addımı atmasına səbəb təhsilhaqqını ödəyə bilməməsi olub. Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Bilalova cavab olaraq, deyilənlərin həqiqəti əks etdirmədiyini söyləyib. Universitet rəsmisinin sözlərinə görə, Elnur ödənişləri tam vaxtında ödəyirmiş:“Tələbə kənarlaşdırılma ərizəsi ilə müraciət edirsə, biz bunu qəbul etməliyik. Elnur da bizə belə ərizəylə müraciət etmişdi. O, təhsil aldığı müddətdə ödənişlərini tam ödəyib. Həmin ixtisasın illik təhsil haqqı 2 min manat idi. Elnur ərizə yazıb yenidən universitetə gələ bilərdi, bu mümkün idi”.
Şəhidin əmisi Zaur Məhərrəmov isə universitetdən verilən açıqlamanı yalanlayıb:
“Elnur oxumaq istəyirdi, müəllim yanına hazırlığa getdi və qəbul oldu. Təhsili ödənişli idi, müəyyən müddət oxumağı üçün köməklik edildi. Ailəsi kasıb olduğu üçün təhsil haqqını davamlı ödəyə bilmədi. Ona görə təhsilini yarımçıq qoyub, ordu sıralarına yazıldı. Əsgərliyini bitirəndən sonra orduda qalıb xidmətini davam etdirmək istəyirdi. Bu barədə mənə də demişdi". Z.Məhhərəmov özünün də həbçi olduğunu vurğulayıb: "Elnur bu yolu özü könüllü seçmişdi, heç kim məcbur etməmişdi”.
16-09-2022, 18:28
Müdafiə Nazirliyi Ermənistana çağırış etdiAzərbaycan Müdafiə Nazirliyi Ermənistana çağırış edib. Bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub."Yanlış məlumatlar yaymaq əvəzinə, Ermənistan tərəfini atəşkəs haqqında əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - Müdafiə Nazirliyi bəyan edib.
16-09-2022, 18:23
Hərbçilərimizin mühasirəyə düşməsi xəbəri yalandır - RəsmiErmənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.
16-09-2022, 18:21
Pensiyalarla bağlı qanun yenidən dəyişdirilir“Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Sosial xidmətlər haqqında” qanunlara dəyişiklik ediləcək. Bununla bağlı sənədlər birinci oxunuşda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək. Bununla əlaqədar olaraq, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək. Qanun layihələri müzakirələrdən sonra birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
16-09-2022, 18:01
Döyüşdə çəkiliş edilməməsi üçün qanun dəyişəcək"Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik". Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Bəxtiyat Sadıqov deyib. Onun sözlərinə görə, son təxribatlar zamanı hərbçilərin videoçəkilişlər edib yaydığı müşahid olunub. “Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir. Hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişiklik etməliyik”.
16-09-2022, 17:53
İctimai TV-də kadr və struktur dəyişikliyiSentyabrın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.
Butov.az xəbər verir ki, iclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şirkətin Baş Direktoru Balakişi Qasımov İctimai Teleradionun yeni mövsümə hazırlıq məsələləri, həyata keçirilməsi planlaşdırılan layihələr barədə Şura üzvlərinə ətraflı məlumat verib. Ayrı-ayrı verilişlərin ictimai əhəmiyyəti, aktuallığı haqqında ayrıntılı müzakirələr aparılıb. Çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə fikir və təkliflərini səsləndiriblər. Daha sonra Baş Direktorun təqdimatına əsasən, bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib. Yayım Şurasının qərarı ilə Osmanova Günel Aslan qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Yusifzadə Aynur Firuddin qızı İnsan Resursları departamentinin direktoru, Dadaşov Əfsər Əziz oğlu isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin ediliblər. Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.


16-09-2022, 17:50
Hərbi qeydiyyata alınma qaydası dəyişir"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilir. Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib. Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir. Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
16-09-2022, 17:40
"Yüngül xəsarətə görə 550 manat alıb" - Dilənən qazilə bağlı rəsmi açıqlamaSentyabrın 15-də sosial şəbəkələrdə Bakıdakı marketlərdən birinin qarşısında əlil arabasında oturmuş vəziyyətdə, maddi kömək istədiyi görüntüsü yayılan Ağdaş rayon sakini, Vətən müharibəsi iştirakçısı Quliyev Samit Samir oğlu ona əlillik verilmədiyini bildirib. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov sosial şəbəkə hesabında yazıb. Agentlik rəsmisi qeyd edib ki, Samit Quliyev əlillik üçün indiyədək heç bir müraciət etməyib:"Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o tam sərbəst hərəkət edir. Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq. Məlumat üçün deyək ki, müharibədə aldığı yüngül xəsarətə görə “Azərsığorta” tərəfindən 550 manat sığorta ödənişi alıb".
16-09-2022, 17:33
Qarabağda tikiləcək məktəblərin sayı açıqlandı2022-2023-cü tədris ili üzrə Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində orta ümumtəhsil məktəblərinin tikintisi aparılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhərində 960 yerlik 1 nömrəli tam orta məktəbin tikintisi davam etdirilir. Həmçinin Ağdam şəhərində 1 nömrəli tam orta məktəbin tikintisi aparılır. Füzuli şəhərində artıq 960 yerlik tam orta məktəbin inşasına başlanılıb. Yaxın zamanda isə Cəbrayıl şəhərində 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəb, həmçinin Şuşa Real Məktəbi və Füzuli Peşə liseyinin binalarının tikintisinə start veriləcək.
16-09-2022, 17:27
Tuğ kəndinin bərpasına başlanılırDövlət Turizm Agentliyi Xocavənd rayonunun Tuğ kəndində bərpa və tikinti işləri üçün layihə-smeta sənədlərinin hazırlanması üçün təkliflər sorğusu elan edib.
Butov.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini sentyabrın 28-i, saat 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 134 ünvanına təqdim edə bilərlər. Təkliflərə sentyabrın 29-da, saat 12:00-da Bakı şəhəri, Nizami küçəsi 96E ünvanında (I "Landmark" iş mərkəzi) baxılacaq.