İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
27-11-2022, 14:26
DİN-dən sosial şəbəkədəki video ilə bağlı açıqlama


DİN-dən sosial şəbəkədəki video ilə bağlı açıqlama

İsmayıllı meşəsində at və eşşəklərin kütləvi şəkildə kəsilməsi ilə bağlı video yayılıb. Videonu çəkən şəxs kəsilən heyvanların ətinin İsmayıllı rayonu ərazisində əhaliyə satılmasını iddia edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda rayon ərazisində 3 fakt aşkarlanıb. Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunub, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir. Rayonda yararsız ətlərin satılması ilə bağlı iddialara və yayılan videoya gəlincə isə bununla bağlı keçirilən monitorinq zamanı qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.
27-11-2022, 14:23
Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi


Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Şəhid balasına Zeyd adı verilib. Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Xatırladaq ki, hərbi qulluqçunun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib, hospitala çatdırılsa da, dünyasını dəyişib.


27-11-2022, 14:18
Ermənilər 4 rayonu atəşə tutdular


Ermənilər 4 rayonu atəşə tutdular

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
27-11-2022, 01:00
Fransa Danimarkaya qalib gəldi


Fransa Danimarkaya qalib gəldi

Fransa-Danimarka görüşü başa çatıb. Qarşılaşma Fransa millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, Fransa millisinin üzvü Mbappe 61-ci dəqiqədə adını qol siyahısına yazdırıb. Cəmi 7 dəqiqə sonra Danimarka komandası hesabı bərabərləşdirib. Gərgin keçən matçın 87-ci dəqiqəsində Mbappe özünün və komandasının ikinci qolunu vurub.
Fransa - Danimarka - 2:1 (İkinci hissə)
Qollar: Mbappe, 61 (1:0), Kristensen, 68 (1:1), Mbappe, 86 (2:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Stadium 974"
27-11-2022, 00:34
Polşa Səudiyyəni məğlub etdi


Polşa Səudiyyəni məğlub etdi

Futbol üzrə dünya çempionatında Polşa milli komandası ilk qələbəsini qazanıb. Polşa kollektivi C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur.
27-11-2022, 00:22
Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi


Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında yazıb. “İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, - hökumət başçısı bildirib. Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.
26-11-2022, 17:36
Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi


Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında yazıb. “İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, - hökumət başçısı bildirib. Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.
26-11-2022, 17:29
İlham Əliyevdən Albaniya ilə bağlı sərəncam


İlham Əliyevdən Albaniya ilə bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb. Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir. Dövlət başçısı eyni zamanda, "Azərbaycanın Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu təsdiqləyib.
26-11-2022, 17:26
Azərbaycan İsraildə səfirlik açır - Prezident təsdiqlədi


Azərbaycan İsraildə səfirlik açır - Prezident təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir. Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir. Dövlət başçısı eyni zamanda, Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
26-11-2022, 15:42
Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib


Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib", - məlumatda vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!