Türkiyəni var gücümüzlə dəstəkləyirik - Zakir Həsənov
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Başsağlığında deyilir: "Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirir. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin".
Samux rayonunun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüşə, həmçinin Gürcüstan nümayəndə heyəti də qatılıb. 27 iyun 2022-ci il tarixində Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Bakıda keçirilmiş birinci üçtərəfli görüşünün davamı olaraq təşkil edilən bu konfransın gündəliyində duran əsas məsələ bölgənin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin müzakirəsi və tərəfdaşlığın daha da genişləndirilməsi olub. Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirilib. Görüşdə çıxış edən Azərbaycanın Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qeyd edilən formatın yüksək səviyyədə qardaşlıq və tərəfdaşlıq münasibətlərinə malik bu ölkələr arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün vacib platformalardan olduğunu vurğulayıb. Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə qeyd edilən ölkələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivlərinin böyük olduğu vurğulanıb. Bu dəhlizin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində nəqliyyat imkanlarını daha da artırmaq potensialına malik olduğu diqqətə çatdırılıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub. C.Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi səyləri barədə məlumatlandırıb. Münaqişənin bitməsinin iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib. Nazir azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün səylərdən bəhs edib. Post-münaqişə dövründə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq fəaliyyətinə ən böyük maneədən birinin mövcud mina təhlükəsi olduğu diqqətə çatdırılıb. Bu xüsusda, Ermənistan tərəfinin post-münaqişə dövründə də Azərbaycanın ərazilərində yeni minalar basdırmaqla, Azərbaycana qarşı təhdidləri davam etdirdiyi bildirilib. Üçtərəfli görüşün yekununda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb.

Azərbaycanda Qoşulmama Hərəkatının görüşü keçiriləcək
Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşü keçiriləcək. Bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda deyib. “Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq”, - dövlət başçısı qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib. Nazirlikdən verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Bundan əvvəl, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, noyabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Beləliklə, bütün sosial təminat növləri üzrə noyabr ayının ödənişləri bu gün yekunlaşıb.
“Bizdə hibrid və elektrik mühərrikli avtomobillərin sayı artır. Buna səbəb aparılan stimullaşdırıcı tədbirlərdir”. Bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib. R.Səttarzadə qeyd edib ki, 2019-cu ildə hibrid avtomobillərin bütün idxalda payı cəmi 8% idi: “Növbəti ildə 10%, 2021-ci ildə isə bu, artıq 14-15% oldu. Bu il bir az da artıb. Amma təəssüf ki, bu hibrid avtomobillərin böyük əksəriyyəti istifadə olunmuş avtomobillər olub. Digər tərəfdən, faizlə bu artım çox görünə bilər, amma say baxımından milyon ədəd avtomobil olan ölkədə 100-200 hibrid avtomobilin olması çox azdır. Bir sözlə, hazırda hibrid avtomobillərin sayı çox azdır. Bizim məqsədimiz ümumi nəqliyyat parkımızda hibrid avtomobillərin payının artmasıdır”.
“Ümid edirəm ki, tezliklə qərar qəbul ediləcək” - Prezident
Azərbaycan Trans-Adriatik boru kəməri vasitəsilə qaz nəqlinin artırılması üçün mümkün olanı edir. Biz enerji daşıyıcılarının təchizatının artırılması üçün əlimizdən gələni edirik. Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib. “TAP boru kəmərinin inşası zamanı meydana gələn problemlər bizə məlumdur, lakin qeyd etmək istəyirəm ki, onlar süni xarakter daşıyırdı. Ancaq Azərbaycanın bu problemlərə ciddi yanaşması sayəsində ölkəmiz İtaliyaya enerji daşıyıcılarının təchizatını yaxşılaşdıra bilib. Bizim İtaliyada Azərbaycan qazına artan tələbatdan xəbərimiz var. Lakin bunun üçün TAP boru kəmərinin ötürmə qabiliyyətinin artırılmasına ehtiyac var. Biz bunu birtərəfli qaydada edə bilmərik, çünki TAP layihəsində bizim payımız 20 faiz təşkil edir. Buna baxmayaraq, ümid edirəm ki, bununla bağlı tezliklə qərar qəbul ediləcək, çünki TAP onsuz da tam gücü ilə işləyir”, - deyə dövlət başçısı bildirib.
"Azərsu" ASC Neftçala şəhəri və rayonun bir sıra kəndlərinin içməli su təminatı üçün yeni magistral su kəməri çəkir. Bu barədə qurumdan bildirilib. Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür. 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə yeni magistral su kəmərinin çəkilməsi ilə rayon mərkəzi və bir neçə kənd içməli su ilə təmin edilib. Şəhərin su təchizatında etibarlılığın artırılması, eləcə də su çatışmazlığından əziyyət çəkən digər yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışını təmin etmək məqsədilə Şirvan-Muğan qrup su kəmərindən ikinci magistral kəmərin tikintisinə başlanılıb. 38 km uzunluğunda layihələndirilən magistral su kəməri 450 və 560 mm diametrli polietilen borularla inşa edilir. Artıq kəmərin tikintisi üzrə işlərin 30 faizə qədəri icra olunub. Kəmərin inşaasının qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Yeni kəmər 2020-ci ildə inşa edilmiş birinci Salyan-Neftçala magistral su kəməri ilə əlaqələndiriləcək. Bu da gələcəkdə baş verə biləcək qəzalar zamanı, eləcə də suya tələbatın artdığı yay aylarında bütün yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq. 2020-ci ilin yayında Xəzər dənizinin suyunun Kür çayı istiqamətində axması suyun keyfiyyətinin pisləşməsinə səbəb olub, bu mənbədən qidalanan sutəmizləyici qurğuların fəaliyyəti dayandırılıb. Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər, Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib.
Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılacaq. Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!