Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                        Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər .....                       
7-02-2023, 15:29
Xaricdə verilən diplomların tanınmasıyla bağlı yeni qaydalar müəyyənləşdi


Xaricdə verilən diplomların tanınmasıyla bağlı yeni qaydalar müəyyənləşdi

Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən qaydalar xarici dövlətlərdə ali təhsil sahəsində diplom sahibi olmuş şəxslərin kvalifikasiyalarının tanınması ilə bağlı aşağıdakı yenilikləri əks etdirir:
1. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə xaricdə əldə edilmiş kvalifikasiyalarla yanaşı, həmçinin ali təhsil pilləsinə qəbul olmaq hüququ verən, yəni xarici dövlətdə tam orta təhsil və ya orta ixtisas təhsili almış şəxslərin kvalifikasiyalarının tanınması da həyata keçiriləcək;
2. Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bununla belə, qaydalara əlavədə nəzərdə tutulmuş tənzimlənən peşə ixtisasları üzrə xarici dövlətlərdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Əlavə olaraq, səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub;
3. Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək;
4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri ilə yanaşı, xarici dövlətlərdə tam orta və orta ixtisas təhsili üzrə əldə edilmiş sənədlərə də apostil verilməsi (leqallaşma) tələb olunacaq;
5. Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq;
6. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək;
7. Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar;
8. Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq;
9. Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.
6-02-2023, 18:50
FHN-nin çevik xilasetmə qrupu artıq Türkiyədədir


FHN-nin çevik xilasetmə qrupu artıq Türkiyədədir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

6-02-2023, 18:38
İran rəhbərinin nümayəndəsi Xoy şəhərinə getdi


İran rəhbərinin nümayəndəsi Xoy şəhərinə getdi

İran İslam Respublikasının ali rəhbəri ayətullah Xameneinin nümayəndəsi höcətülislam Abdolhossein Moezzi Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə gedib. Xameneinin nümayəndəsi 28 yanvar tarixli zəlzələ nəticəsində Xoyda yaranmış vəziyyət və görülən tədbirlərlə tanış olub. Abdolhossein Moezzinin zəlzələdən dağılmış şəhəri gəzərək problemləri və çətinlikləri öyrənəcəyi qeyd olunur. Hadisə nəticəsində yaralananların vəziyyətinin araşdırılması da gündəmdədir. Xoy şəhərində zəlzələdən zərər çəkənlər əsasən azərbaycanlı əhalidir. On minlərlə yerli sakin evlərinin dağılması səbəbindən hazırda çadırlara sığınıb.
6-02-2023, 18:35
Zəlzələ bölgəsindəki azərbaycanlılarla bağlı məlumat verildi


Zəlzələ bölgəsindəki azərbaycanlılarla bağlı məlumat verildi

Bu gün səhər saatlarında Türkiyədə baş verən dəhşətli zəlzələnin episentri olan Kahramanmaraş şəhərində yaşayan azərbaycanlıların vəziyyəti necədir? Müsahibəni tam şəkildə aşağıdakı linkdən izləmək mümkündür:

[media=https://youtu.be/MuHMcGjiXdg]
6-02-2023, 18:17
İrandan tələbimizə hələ də əsaslı cavab gəlməyib - XİN


İrandan tələbimizə hələ də əsaslı cavab gəlməyib - XİN

"Səfirliyə hücum edən terrorçunun cəzalandırılmasını İrandan tələb etmişik. Amma indiyə qədər İrandan heç bir əsaslı cavab gəlməyib". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirilən mətbuat brifinqində deyib. XİN rəsmisi bildirib ki, İran tərəfindən səsləndirilən bəyanatlar əsassızdır. A.Hacızadənin sözlərinə görə, İran tərəfi səfirliyimizdə törədilmiş terror aktından sonra hər hansı vacib tədbir görməyib: "Bu da onu göstərir ki, İran tərəfi tutarlı iş ortaya qoymaq istəmir. Növbəti mərhələlərdə hansı addımların atılacağı hələlik məlum deyil. İran tərəfi addımlar atmayacağı təqdirdə diplomatik münasibətlərin hansı istiqamətdə davam edəcəyi hələ dəqiq deyil". Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.
6-02-2023, 17:43
Prezident Ərdoğana başsağlığı verdi


Prezident Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq. Prezident İlham Əliyev vurğuladı ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.
6-02-2023, 17:14
Türkiyədə müalicə alan qazilər vətənə qayıtdı


Türkiyədə müalicə alan qazilər vətənə qayıtdı

Ağır yaralanan 8 nəfər qazi Türkiyə Respublikasında davam edən müalicələrini tamamlayaraq Vətənə qayıdıb. Onlardan yeddi nəfərinin müalicə müddəti müvafiq olaraq 2 il, Cəlal Sadıqov Elfaq oğlunun müalicəsi isə 1 il müddətində davam etdirilib. Təqdim olunan həkim rəyinə əsasən Samir Əliyev Daşqın oğlu, Elşən Xanəliyev Çingiz oğlu, Elmar Nəsirov Elmir oğlu, Etiram Musayev Nağı oğlu, Valeh İsayev Mehrac oğlu, Əzim Qafarov Rafik oğlu, Əfsər Ataxanlı Tələt oğlu və Calal Sadıqov Elfaq oğlunun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəssisələrində davam etdiriləcək.

6-02-2023, 17:05
Fövqəladə Hallar Nazirliyinin qüvvələri qardaş ölkəyə yollandı


Fövqəladə Hallar Nazirliyinin qüvvələri qardaş ölkəyə yollandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2 323 nəfər yaralanıb. 1 710 bina dağılıb.


6-02-2023, 17:02
Sabahın havası - Buludlu, yağmursuz olacaq


Sabahın havası - Buludlu, yağmursuz olacaq

Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, duman ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
6-02-2023, 16:59
Zəlzələ qurbanı olan soydaşlarımızın son durumuyla bağlı görüntülər


Zəlzələ qurbanı olan soydaşlarımızın son durumuyla bağlı görüntülər

İranın Qərbi Azərbaycan vilayətindəki Xoy şəhərində bir həftə əvvəl - yanvarın 28-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsinə azərbaycanlıların yaşadığı bu bölgə güclü dağıntılara məruz qalıb. 175 min əhalisi olan Xoy şəhərində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatoru bildirib ki, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Evləri dağılan soydaşlarımız arasında 25 mindən çox çadır paylanıb. Zəlzələ qurbanları olan azərbaycanlıların mətbuata söylədiklərinə görə, İran hökuməti onların problemlərinə ciddi diqqət yetirmir. Butov.az xəbər verir ki, “İsna” agentliyinin fotoqrafı dünən - fevralın 5-də Xoy şəhərindəki vəziyyəti lentə alıb. Təqdim edtdiyimiz bu fotoşəkillər zəlzələdən bir həftə sonra Xoy şəhərindəki zərər çəkmiş soydaşlarımızın vəziyyətini göstərir.












����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!