Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi - FOTO .....                        Millimiz İsrail yığması ilə heç-heçə etdi .....                        Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib? .....                        Avtomobil kanala aşdı - 5 nəfər yaralandı .....                        Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi .....                        ANAMA sədrinə birinci müavin təyin edildi - FOTO .....                        Mingəçevirdə 19 yaşlı qızın meyti tapıldı .....                        Votsapda yeni qayda tətbiq ediləcək .....                        Viktor Orban Tramp-Putin sammitinə nikbin baxır .....                       
28-08-2022, 19:43
Sabah hava küləkli olacaq


Sabah hava küləkli olacaq

Azərbaycanda avqustun 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.
28-08-2022, 19:35
ABŞ və Fransa səfirlərinin əsas niyyəti


ABŞ və Fransa səfirlərinin əsas niyyəti

Ötən gün Şuşada xarici diplomatlar və hərbi atteşelərin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Butov.az-ın xəbərinə görə, konfransa dəvət edilsələr də, ABŞ və Fransa səfirləri Şuşaya getməkdən imtina ediblər. “ABŞ və Fransa səfirlərinin Şuşaya səfərdən imtina etməsi onların şəffaf siyasət yürütmədiyinin bariz nümünəsidir” – bu fikirləri AzTV-nin efirində millət vəkili Cavanşir Feyziyev səsləndirib.


28-08-2022, 19:18
Laçının girişindəki lövhə söküldü


Laçının girişindəki lövhə söküldü

Laçının gişirindəki erməni dilində “Berdzor” yazılan löhvə sökülüb. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Laçın işğalda olduğu müddətdə ermənilər tərəfindən “Berdzor” adlandırılırdı. Xatırladaq ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
28-08-2022, 19:15
Dağlıq ərazidəki yanğın söndürüldü


Dağlıq ərazidəki yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən dünən axşam saatlarında söndürülüb. Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində təxminən 5,5 hektar sahədə kol-kos və ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup yerli sakin iştirak edib.
28-08-2022, 19:13
“Qarabağ”ın futbolçusu Fransa klubuna keçir


“Qarabağ”ın futbolçusu Fransa klubuna keçir

“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunur. Butov.az xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvardın transferinə görə Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil. Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.
28-08-2022, 18:47
Türkiyədə qalan terrorçuların sayı açıqlandı


Türkiyədə qalan terrorçuların sayı açıqlandı

29 oktyabr 2023-cü ildə Cümhuriyyətin 100-cü ildönümündə Türkiyəni terrordan təmizləyəcəyik. Bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib. "Hazırda Türkiyədə 120 terrorçu qalıb. Bir dənə də olsun terrorçu buraxmadan ölkəmizi təmizləyəcəyik. “Zeytun budağı” əməliyyatı zamanı Amerika “buraya girə bilməzsiniz” dedi. Bütün Avropa paytaxtları “Afrinə girə bilməzsiniz” dedi. Bizim problemimiz Hakurk idi. İraqın Hakurk bölgəsi. Həmin ərazini terror dəhlizinə çevirəcəkdilər. Rəcəb Tayyib Ərdoğan cəsarətli olmasaydı, biz ora girə bilməzdik", - Soylu bildirib.
28-08-2022, 18:41
Türk PA-dan Laçın bəyanatı


Türk PA-dan Laçın bəyanatı

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq davam etməkdə olan prosesin bir hissəsi kimi, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edir. Butov.az xəbər verir ki, təşkilatın bu münasibətlə yaydığı bəyanatda deyilir: "TÜRKPA qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha xatırladaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması üçün səylərə dəstəyini ifadə edir və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və dayanıqlı inkişafa nail olunmasına töhfə verəcəyinə inanır".
28-08-2022, 18:37
Nərimanovda 5 mərtəbəli bina alovlandı


Nərimanovda 5 mərtəbəli bina alovlandı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, X.Abbasov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Butov.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində vətəndaş Rüstəmova Xatirə İslam qızına məxsus üçotaqlı mənzilin eyvanında baş verdiyi və hər an mənzilə, eləcə də qonşu mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək mənzilə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində mənzilin eyvanının lambirindən ibarət üzlük hissəsi və əşyaları 3kv.m sahədə yanıb, yüksək temperaturdan eyvanın qapısı və eyvanda quraşdırılmış kombi aparatı qismən əriyib. Mənzil yanğından mühafizə edilib.
28-08-2022, 18:26
3 yaşlı uşaq atasını öldürdü


3 yaşlı uşaq atasını öldürdü

Türkiyədə 3 yaşlı uşaq atasını öldürüb. Butov.az xəbər verir ki, hadisə Türkiyənin Kayseri vilayətində baş verib. Məlumata görə, 3 yaşlı uşaq tapança ilə oynayarkən qəfil açılan atəş 24 yaşlı atasının başını hədəf alıb. İnsident Kayserinin Melikqazi rayonunun Fatih Məhəlləsi - Qurbanlı prospektində 5 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, 24 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
28-08-2022, 06:58
"Traxtur" klubu hakimlərdən şikayət verib

"Traxtur" klubu hakimlərdən şikayət verib

Təbrizin “Traxtur” klubu avqustun 26-da Xuzistanın "Fulad" komandası arasında keçirilmiş oyunun hakimlərindən şikayət verib.
Bu barədə klubun icraçı direktoru Əyyub Behtac mediaya verdiyi açıqlamada bildirib.
Əyyub Behtac oyunda hakimin yanlış qərarlarından topladıqları sənədlərlə birgə etiraz məktubunu İran Futbol Federasiyasına göndərəcəklərini deyib.
İranın birinci futbol liqasının üçüncü həftəsinin oyunları çərçivəsində avqustun 26-da yerli vaxtla axşam saat 21:00-da Əhvazda baş tutan qarşılaşmada “Traxtur” Xuzistanın "Fulad" klubuna 3:2 hesabı ilə məğlub olub.
Bu oyunda Xuzistan komandasının iki qolu penaltidən vurulub.

Timur
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!