25-01-2023, 16:09
Sağlamlıq arayışının qiyməti olduqca bahadır - DeputatAzərbaycanda keçən il 2021-ci ilə nisbətən dializə gedən xəstlərin sayı 13% artıb. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, dializ xəstələrinin sayının artması araşdırılmalıdır: "Bunu araşdırmaq lazımdır ki, səbəb nədir. Çünki 13% eləcə də kiçik rəqəm deyil". M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından da şikayətlənib: “Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil”.
25-01-2023, 15:57
Sabah hava buludlu, yağmursuz olacaqYanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
25-01-2023, 15:53
Azərbaycan əsgəri odlu silahla həyatına son qoyduAzərbaycan Ordusunun əsgəri özünü öldürüb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
24-01-2023, 22:55
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb. Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub. Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
24-01-2023, 22:45
İlham Əliyev Rusiya ilə sazişi təsdiqlədiAzərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş təsdiq edilib. Azərbaycan Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş” təsdiqlənib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
24-01-2023, 22:32
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşübDaşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, bu gün C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.
24-01-2023, 22:16
Xarici İşlər Nazirliyində dilimizi bilən adam yoxdur - DeputatXarici İşlər Nazirliyində Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Nizami Cəfərov deyib. Deputat bəzi sözlərin tərcüməsində səhvlərin olduğunu bildirib: “Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir?.Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur”.
24-01-2023, 15:07
XİN rəhbəri Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətindən danışdıZəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir, həmçinin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.
24-01-2023, 14:59
Sabaha olan hava şəraiti - Buludlu, yağmursuz olacaqAzərbaycanda yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
24-01-2023, 14:55
Dərmanların qiymət artımını aradan qaldırmaq lazımdır - DeputatQiymətlər günü-gündən artır. Dünən bir dərman alırsan, bu gün görürsən ki, həmin dərmanın qiyməti iki qatına çıxıb. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib. Dərmanların bahalaşmasından şikayətlənən deputat dövlət qurumlarını bunun qarşısını almağa çağırıb: “Bunun qarşısını almaq lazımdır. Mənim təklifim budur ki, bəzi dövlət qurumlarını bura dəvət etməliyik. Onlardan soruşmaq lazımdır ki, fikirləri nədir, nə etmək istəyirlər? Onlar hara baxırlar, Səhiyyə Nazirliyinə dərman qiymətinin artımı ilə bağlı zəng edirsən, deyirlər ki, bu işə Tarif Şurası baxır. İndi biz bununla bağlı kimə müraciət etməliyik?”.