Məhkəmədən İmamoğlu barədə qərar .....                        27 azərbaycanlı deportasiya edildi .....                        Zelenskinin istədiyi kimi olmadı... .....                        “Beşiktaş” öz meydanında məğlub olub .....                        Ersin Tatardan Azərbaycanla bağlı paylaşım .....                        Zakir Həsənov Bred Kuperlə görüşdü .....                        Ərdoğan Azərbaycanı təbrik etdi .....                        Amerika admiralı Bakıda - İlham Əliyev qəbul etdi .....                        Ramiz Mehdiyevin ailəsi də dindiriləcək? .....                       
20-08-2022, 22:43
Nazir müavini yanğınlardan danışdı: "Məsuliyyətsizlik göz qabağındadır”


Nazir müavini yanğınlardan danışdı: "Məsuliyyətsizlik göz qabağındadır”

Ölkədə quru, isti hava şəraiti başlanandan yanğınlar da dərhal özünü göstərdi və isti hava axını böyük ərazilərdə yanğınlarla müşayiət olundu. Qlobal istiləşmə, iqlim dəyişmələri fonunda planetdə baş verən yanğınlar zamanı, təəssüf ki, yaşıllıqlar yanır, biomüxtəlifliyə, kənd təsərrüfatına, ətraf mühitə ciddi zərər dəyir. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. “Bəli, isti hava axını var və demək olar ki, hər il müşahidə olunur. Amma yanğınların baş verməsində əsas faktor insanların ehtiyatsızlığıdır. Xatırlayırsınızsa, qızmar istilərin başlanacağı ilə əlaqədar təbiətdə olarkən odla ehtiyatlı davranmaq barəsində əhaliyə xəbərdarlıq edilmişdi. Lakin yenə də, məsuliyyətsizliyin nəticəsi göz qabağındadır”. Nazir müavini bildirib ki, bu cür ürəkağrıdan mənzərə ilə qarşılaşmamaq üçün verilmiş xəbərdarlıqları ciddiyə almaq, təbiətdə olarkən maksimum dərəcədə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir. “Yanğının söndürülməsində iştirak etməyənlər, bəlkə də, bunun necə ağrılı-acılı və çətin vəziyyət olduğunu bilmirlər. Gözümüzün qabağında yaşıllıqların alovlar içərisində bir anda məhv olmasını görmək çox çətindir. Bunu sözlə ifadə etmək mümkün deyil. Ona görə də, hər kəsdən xahiş və tələb edirik ki, yanğının böyük fəlakət olduğunu nəzərə alsınlar və buna səbəb olmasınlar”.
20-08-2022, 22:41
BMT baş katibi Türkiyəyə gəlib


BMT baş katibi Türkiyəyə gəlib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Türkiyəyə səfər edib. Butov.az xəbər verir ki, Quterreş əvvəlcə Zeytinburnudakı limana baş çəkib. BMT baş katibi burada Ukraynadan taxıl daşıyan gəmilərə baxıb. Daha sonra taxıl ixracı ilə bağlı yaradılmış Birgə Koordinasiya Mərkəzində müzakirələr aparacağı gözlənilir.
20-08-2022, 22:31
Ermənidən vandalizmin etirafı: “Ağdamı söküb-dağıtdıq, yaşamadıq”


Ermənidən vandalizmin etirafı: “Ağdamı söküb-dağıtdıq, yaşamadıq”

Laçın rayonunun Zabux kəndində məskunlaşan daha bir erməni dünən səhər saatlarında tərk etdiyi evi yandırıb. Amma bir neçə dəqiqə sonra hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını alıblar. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadası ərazidəki rusiyalı sülhməramlıların tələbi ilə göndərilib. Bunu Zabuxdakı erməni icmasının rəhbəri Andranik Çavuşyan da təsdiqləyib. Qarabağdakı separatşı-terrorçulardan nümayəndəsi isə “Hraparak”a bildirib ki, onsuz da azərbaycanlılar ermənilərin Zabuxda qoyub getdikləri evlərdə yaşamayacaqlar. O, vaxtilə Ağdamda törətdikləri vandalizmdən də danışıb: “Azərbaycanlılar ermənilərin Ağavnoda (Zabuxda-red.) qoyub getdikləri evlərdə yaşamayacaq, onların nəzarətinə keçəndən sonra həmin tikililəri sökəcəklər. Yəqin ki, bununla 30 il əvvəlki qələbəmizə cavab verməyə çalışacaqlar. Vaxtilə biz də Ağdamı, qəsəbələrini dağıtdıq, torpaqlarından istifadə etdik, yaşamadıq, amma örüş-tarlaya çevirdik, bağlar saldıq, binaların, tikililərin uyğun yerlərini çıxarıb istifadə etdik, indi qisas alırlar. Bizim evlərdə yaşamayacaqlar, amma kəndlərin ərazilərindən istifadə edib, qazanc götürəcəklər”.
20-08-2022, 22:27
Paşinyan Əli Əsədovla görüşə bilər


Paşinyan Əli Əsədovla görüşə bilər

Növbəti həftədə Ermənistan və Azərbaycan baş nazirləri arasında görüş keçirilə bilər. Butov.az xəbər verir ki, belə bir informasiya ilə Ermənistanın "Pastinfo" agentliyi çıxış edib. Məlumatda bildirilir ki, Nikol Paşinyanla Əli Əsədov arasında görüş avqustun 25-də və ya 26-da Bişkekdə baş tuta bilər. Görüş baş tutarsa, orada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilir. Hələlik tərəflərin informasiyaya rəsmi münasibəti məlum deyil.
20-08-2022, 22:24
Hərbçilərimiz tapşırıqların öhdəsindən bacarıqla gəldilər


Hərbçilərimiz tapşırıqların öhdəsindən bacarıqla gəldilər

Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda 9 ölkənin iştirakı ilə keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin sonuncu mərhələsi icra olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, estafet yarışında komandamızın hər iki heyəti peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bacarıqla gəliblər. Hərbi qulluqçularımız növbəli şəkildə maneələr zolağını və minalanmış ərazini keçib, pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunan hədəfləri sərrast atəşlə məhv ediblər. Mərhələni müvəffəqiyyətlə başa vuran artilleriyaçılarımız hakimlər komissiyasının qərarına əsasən müsabiqədə üçüncü yerə layiq görülüblər. Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiya komandaları tutub. Qeyd edək ki, avqustun 23-də “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçiriləcək.
20-08-2022, 22:20
Nazirlik İsmayıllıdakı yanğının qəsdən törədildiyini bildirir


Nazirlik İsmayıllıdakı yanğının qəsdən törədildiyini bildirir

19 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qaraqaya kənd sakini Abbasov İsa Mürsəl oğluna məxsus bağ sahəsində və ətraf ərazilərdə yanğın baş verməsi barədə məlumat daxil olub. Butov.az xəbər verir ki, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb və yaxınlıqdakı meşə yanğından mühafizə olunub. Yanğın nəticəsində 3 hektardan artıq ərazi yanıb. "Hadisə ilə bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş operativ tədbirlərlə yanğının qəsdən törədildiyi müəyyən olunub. Belə ki, yanğın hadisəsinin 1951-ci il təvəllüdlü Abbasov İsa Mürsəl oğlu tərəfindən törədildiyi aşkar edilib və vətəndaş törətdiyi əməli etiraf edib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib", - nazirliyin açıqlamasında bildirilib.
20-08-2022, 22:13
Bakıda su çəkən fırıldaqçılar aşkarlandı


Bakıda su çəkən fırıldaqçılar aşkarlandı

Bakının Xəzər rayonunda qeyri-qanuni içməli su şəbəkəsinin yaradılmasına cəhdlərin qarşısı alınıb. Bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlum olub ki, özlərini səhmdar cəmiyyətinin əməkdaşı kimi təqdim edən bir qrup şəxs pul müqabilində vətəndaşların evlərinə su xətləri çəkir. Belə ki, Mərdəkan qəsəbəsində Raco adlı şəxs əsasən gecə saatlarında asfalt küçələrdə xüsusi texnika ilə qazıntı işləri aparıb, yol örtüyünü dağıdılaraq 600 metr uzunluğunda su xətti çəkib. Buzovna qəsəbəsində isə qanunsuz su xətti çəkən şəxs bir neçə fərdi yaşayış evinə birləşmə verilməsi üçün sakinlərdən pul tələb edib. Bəzi vətəndaşlar onların vədlərinə aldanaraq tələb olunan pulu veriblər. Qanunsuz olaraq su xətləri çəkilib, evlərə birləşmələr verilib. Həmin şəxslər sayğacların qoyulacağını və abonent kodu veriləcəyini vəd etsələr də yoxa çıxıblar. Bu cür hallar ərazidə yaşayan digər sakinlər üçün də problemlər yaradır. Belə ki, qeyri-qanuni su xətlərinin çəkilməsi hidravliki rejimlərin pozulmasına səbəb olur. Nəticədə içməli sudan qanuni istifadə edən abonentlər normal su ala bilmirlər. Araşdırmalardan məlum olub ki, Xəzər rayonunun digər yaşayış məntəqələrində, xüsusilə Binə qəsəbəsində belə hallara daha çox rast gəlinir. Raco, Şaiq, Ramin, Lazım və digər şəxslər vətəndaşlarla sövdələşməyə gedərək pul müqabilində qanunsuz su xətləri çəkir. "Vətəndaşlara tövsiyə edirik ki, bu cür təkliflərə aldanıb sövdələşməyə getməsinlər. Çünki belə hallarda sənədləşmə aparılmır, abonentlər sayğacla təmin edilmir və kod verilmir. Üstəlik qanunsuz çəkilmiş su xətləri ləğv edilir. İçməli su şəbəkəsinə qoşulma yalnız yeni mərkəzləşdirilmiş içməli su şəbəkələrinin yaradılması layihələri çərçivəsində, həmçinin mövcud şəbəkələrə qoşulmaq üçün alınmış texniki şərt əsasında həyata keçirilir. Şəbəkələrə özbaşına müdaxilə edənlərin əməllərinə hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün bundan sonra da hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda qeyd olunub.
20-08-2022, 22:10
Nazirliyin Tədris Mərkəzi ləğv edilib


Nazirliyin Tədris Mərkəzi ləğv edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 may tarixli 84 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edib. Butov.az xəbər verir ki, Prezidentin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilib. Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib. Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranmışdı.
20-08-2022, 22:05
Nazir müavini yanğına görə Siyəzənə gedib


Nazir müavini yanğına görə Siyəzənə gedib

Siyəzən rayonunun Dağ Quşçu kəndindəki meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir. Butov.az xəbər verir ki, yanğın kəndin mürəkkəb relyefli dağlıq ərazisində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. FHN-in yanğınsöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. Hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib. O, müvafiq göstəriş və tapşırıqlarını verir. Bildirilib ki, kəndin təxminən 40 hektara yaxın ərazisində yanğın baş verib və hazırda tədbirlər aparılır. Qeyd edək ki, Siyəzən rayonunun Dağ Quşçu kəndinin meşəlik ərazidəki yanğın avqustun 19-u axşam saatlarından başlayıb.
20-08-2022, 21:58
İki azyaşlı övladını xilas etməyə çalışan ata və əmi suda boğulub


İki azyaşlı övladını xilas etməyə çalışan ata və əmi suda boğulub

Saatlıda azyaşlıları boğulmaqdan xilas etməyə çalışan 2 nəfərin ölüm faktı ilə bağlı araşdırma aparılır. Saatlı rayon prokurorluğundan verilən məlumata görə, avqustun 19-u, saat 19 radələrində Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən iki azyaşlı uşağını xilas edərkən özləri suda boğularaq ölüb. Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir. Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!