Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-04-2023, 21:30
Məhv edilən erməni hərbiçilərin sayı açıqlandı


Məhv edilən erməni hərbiçilərin sayı açıqlandı

Bu gün Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistanın 4 hərbçisi məhv edilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərhəddə baş vermiş atışma zamanı Ermənistan ordusunun 6 hərbi qulluqçusu yaralanıb. Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.
11-04-2023, 19:30
Ermənistan tərəfi artilleriya və PUA-lardan istifadə edib


Ermənistan tərəfi artilleriya və PUA-lardan istifadə edib

Ermənistan tərəfi artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir, düşmənin canlı qüvvəsi və ağır texnikasının Laçın istiqamətində cəmləşməsi qeydə alınıb. Bu barədə “Caliber” internet-nəşri özəl mənbələrə istinadən yazıb. Nəşrin məlumatına görə, Ermənistan artilleriya və zirehli tank qoşunlarını toplayır, güman etmək olar ki, Ermənistan tərəfi ciddi hərbi əməliyyata hazırlaşır. “Bu gün baş verənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Ermənistan buna görə çox ciddi cavab verəcək”, - məlumatda qeyd olunub.
11-04-2023, 19:00
Ordumuz təxribatçıların layiqli cavabını verib - Müdafiə Nazirliyi


Ordumuz təxribatçıların layiqli cavabını verib - Müdafiə Nazirliyi

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır. "Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
11-04-2023, 18:00
Təxribat törədən ermənilər məhv edildi


Təxribat törədən ermənilər məhv edildi

Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Təxribata əl atan Ermənistan tərəfi də itkilər verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, sərhəddə baş vermiş atışma zamanı erməni hərbçiləri arasında ölənlər və yaralananlar var. Rəsmi məlumatda itki sayı ilə bağlı konkret rəqəm açıqlanmayıb. Lakin sosial şəbəkələrdə Ermənistanın 3 hərbçisinin öldüyü, xeyli sayda yaralının olduğu bildirilib. Bəzi teleqram kanallarında isə ölü sayının daha çox olduğu qeyd edilib. Təxribat zamanı Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Qyozalyan da yaralanıb.
11-04-2023, 17:00
Erməni təxribatı nəticəsində hərbiçilərimiz şəhid oldu


Erməni təxribatı nəticəsində hərbiçilərimiz şəhid oldu

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
11-04-2023, 13:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
11-04-2023, 13:35
Dərmanlar aşağı qiymətə satılsın ki, əhali ala bilsin - Deputatdan təklif


Dərmanlar aşağı qiymətə satılsın ki, əhali ala bilsin - Deputatdan təklif

Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxış edib. “Mümkünsə bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın. Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər. Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”,- deyə deputat bildirib.
11-04-2023, 13:25
İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə


İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə

İran küçələrində molla rejiminə etiraz edən soydaşlarımız "Zəngəzur Azərbaycandır" şüarları yayıblar. Bu barədə "Mouze" teleqram kanalı paylaşım edib. Bildirilib ki, güneyli soydaşlarımız Zəngəzurla bağlı şüarları şəhərin müxtəlif yerlərinə yerləşdiriblər. Şüarlarda "Zəngəzur və Təbriz qardaşlığı əbədidir", "Zəngəzur Azərbaycandır!", "Zəngəzur bizim qırmızı çizgimizdir" deyə fikirlər yer alıb.
10-04-2023, 22:40
Dünya iqtisadiyyatı çətinliklə üz-üzə qalıb


Dünya iqtisadiyyatı çətinliklə üz-üzə qalıb

Dünya iqtisadiyyatı yüksək qeyri-müəyyənliklə xarakterizə olunur, bərpası çətin olaraq qalır və parçalanma dərinləşir. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) baş icraçı direktoru Kristalina Georgiyeva bildirib. “İqtisadiyyatın ümid etdiyimiz səviyyədə bərpası əvvəlki kimi çətin olaraq qalır”, - o deyib. Kristalina Georgiyevanın sözlərinə görə, 2023-cü ildə dünya iqtisadiyyatının artımı 3 faizdən az olacaq: "Ən çox narahatlıq doğuran odur ki, bu artım növbəti beş ildə dəyişməyəcək. Bizi bir yerdə tutan əlaqələr son illər daha çox zəifləyib. Parçalanma şiddətlənir”.
10-04-2023, 22:29
İş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir - Prezident


İş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir - Prezident

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında bildirib. “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”, - dövlət başçısı qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!