Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Toy tortundan 60 nəfər zəhərləndi .....                       
13-04-2025, 12:51
Qlobal maliyyə böhranı riski artır - Fridrix Merts


Qlobal maliyyə böhranı riski artır - Fridrix Merts

Almaniyanın gələcək kansleri Fridrix Merts hesab edir ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti qlobal maliyyə böhranı riskini artırır. O, bu təhlükələrin aradan qaldırılması üçün əsas variantları açıqlayıb.
Bu barədə o, "Handelsblatt" qəzetinə müsahibəsində bildirib.
Fridrix Merts, Trampın tarif siyasətinin maliyyə böhranı riskini artırdığını vurğulayaraq, ABŞ və Avropa ölkələri arasında azad ticarət sazişinin bağlanmasını təklif edib. O, "Bəli, mən yeni transatlantik azad ticarət sazişinə ümid edirəm. Bütün məhsullara sıfır tariflər tətbiq edilsin. Bu, hər iki tərəf üçün daha yaxşı olardı" deyə bildirib.
Fridrix Merts əlavə edib ki, əgər ABŞ qlobal ticarətdən tamamilə çəkilmək qərarına gələrsə, Avropa üçüncü ölkə bazarlarına yönəlməlidir. "Prezident Trampın siyasəti növbəti maliyyə böhranının gözləniləndən daha tez baş verməsi riskini artırır. Biz, avropalılar, inandırıcı bir cavab verməliyik" deyə o qeyd edib.
13-04-2025, 12:40
Gənc oğlan dəm qazından zəhərləndi


Gənc oğlan dəm qazından zəhərləndi

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayon ərazisində baş verib.
Məlumata görə, 25 yaşlı H.İsmayılov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edilir ki, H.İsmayılov yaşadığı evin vanna otağında zəhərlənib.
13-04-2025, 12:25
ABŞ-də qızılca: Yoluxanların sayı 700-ü keçdi


ABŞ-də qızılca: Yoluxanların sayı 700-ü keçdi

ABŞ-də qızılcaya yoluxanların sayı 700-ü keçib.
Bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Federal Mərkəzlərinin (CDC) məlumatında deyilir.
Qeyd olunur ki, qızılca epidemiyası ölkənin ştatlarının yarısını əhatə edib. Rəsmilər 25 ştatda 712 nəfərin virusa yoluxduğunu təsdiqləyib.
Xəstəliklərin təxminən üçdə biri 5 yaşa qədər uşaqlarda, digər 38 %-i isə 5-19 yaş qrupunda qeydə alınıb. Bundan başqa, yoluxanların 97 %-i qızılcaya qarşı peyvənd olunmayıb.
Hesabata görə, yoluxanların 11 %-i xəstəxanaya yerləşdirilməli olub. Xəstəliyin yalnız üç halı ölümlə nəticələnib.
Bundan əvvəl ABŞ-nin səhiyyə naziri Robert Kennedi bütün ölkə üzrə insanları qızılcaya qarşı peyvənd etməyə çağırıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, xəstəliklə bağlı vəziyyət pisləşsə, hakimiyyət qəti tədbirlər görəcək.
13-04-2025, 11:43
Turizm vizası ilə Həcc ziyarəti QADAĞANDIR


Turizm vizası ilə Həcc ziyarəti QADAĞANDIR

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:
"Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib".
Onun sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu, qeyd edilib.
"Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və "qara siyahı"ya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar", - QMİ-nin şöbə müdiri vurğulayıb.
13-04-2025, 11:17
Şuşa, Xankəndi və Xocalıda ilk buraxılış imtahanı


Şuşa, Xankəndi və Xocalıda ilk buraxılış imtahanı

13 aprel 2025-ci il tarixində işğaldan azad olunmuş Şuşa, Xankəndi və Xocalı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ilk dəfə olaraq buraxılış imtahanı keçirilir.
İşğaldan azad olunmuş təhsil bərpa olunan Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda

- Xankəndi şəhəri 4 N-li tam orta məktəb- 49 şagird

- Xocalı şəhəri 1 N-li tam orta məktəb – 6 şagird

- Şuşa şəhəri 1 N-li tam orta məktəb- 14 şagird buraxılış imtahanında iştirak edir.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunmub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edəcək.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.
12-04-2025, 22:13
Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı


Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı

Naxçıvanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.
Hadisə Naxçıvan-Sədərək magistral yolun Kəngərli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri; - 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
12-04-2025, 21:23
Ceyhun Bayramov Fidanla bir arada


Ceyhun Bayramov Fidanla bir arada

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.
12-04-2025, 19:40
Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO


Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri aprelin 12-də başa çatıb.
Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər yola salıblar.




12-04-2025, 19:17
Azərbaycanda gün ərzində ikinci zəlzələ


Azərbaycanda gün ərzində ikinci zəlzələ

Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ 3.2 bal gücündə olub. Dərinlik 3 kilometrdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün Şamaxı rayonunda da zəlzələ qeydə alınıb.
12-04-2025, 18:46
Ceyhun Bayramov həmkarı ilə görüşdü


Ceyhun Bayramov həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.
Bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı, iki ölkə arasında iqtisadi-ticarət, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Maldiv Prezidentinin ölkəmizə səfəri, ali və yüksək səviyyədə keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub.
Azərbaycan və Maldiv arasında əməkdaşlığın inkişaf etdirilməsində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb. Bu çərçivədə, Maldivə Azərbaycan hökumət missiyası zamanı müzakirə edilmiş məsələlər nəzərdən keçirilib.
Turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə edən nazirlər, ölkələrimiz arasında ötən ildən etibarən birbaşa uçuşların açılmasının vətəndaşlarımıza yaradılan səyahət imkanlarının genişlənməsi baxımından mühüm olduğunu diqqətə çatdırıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!