13 yaşlı qız dəm qazından boğularaq öldüGoranboyda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Məşədiqaralar kəndində baş verib.
Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.