Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                        Bakı Limanının direktor müavini vəzifəsindən ayrıldı .....                       
27-10-2022, 17:19
Cəbrayılda xeyli silah-sursat aşkarlandı


Cəbrayılda xeyli silah-sursat aşkarlandı

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər. Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.


27-10-2022, 17:17
Bakı metrosu 55 yaşında - "Gənclik"də sərgi


Bakı metrosu 55 yaşında - "Gənclik"də sərgi

Bakı metropoliteninin "Gənclik” stansiyasının keçidlərində qurumun 55 illik tarixinə həsr olunmuş sərgi açılıb. Paytaxtın bu ictimai nəqliyyat növünün sərnişindaşıma xidmətinin və metro inşaatının tarixini əks etdirən məqamları sərginin 92 stendində xronoloji ardıcıllıqla 117 nadir fotoşəkillərlə təqdim olunub. Hər stenddə onillik üzrə təqdim olunan metropolitenin tarixi təsvirində izləyicilərə müfəssəl məlumat almaq imkanı yaradılıb. Sərginin açılışında iştirak edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki,55 ilin sınağından uğurla çıxmış metropolitenə yüksək etimad göstərilməsində və ən çox tələbatın olmasında əsas həlledici amilin ictimai nəqliyyatın bu növünün təkcə sürətli olması ilə deyil, həm də meqapolislərə xas olan tıxac problemlərindən qurtulmanın ən əlverişli bir üsulu olması ilə bağlı olduğunu qeyd edib. "1960-70-ci illərdə metropolitenin artıq bu şəhərin rəmzlərindən birinə çevrilməsi də bu fikirlərin bariz nümunəsidir. O, metronun paytaxtın zəngin memarlıq nümunəsi kimi diqqəti çəkməsinin də bu deyilənlərlə bağlı olduğunu əlavə edib. H.Məmmədov edib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu sərgi dahi şəxsiyyəti ölçüyəgəlməz rəhbər kimi bir daha ictimaiyyətə yaxından tanıtdıracaq. Çünki Bakı metrosu Sovetlər dönəmindəki qısqanc münasibətlərə məhz Onun timsalında sinə gərə bilib, böyüyüb və bu gün şəhərin nəqliyyat nəfəsliyinə çevrilib", - sədr müavini bildirib.


26-10-2022, 17:43
Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq istəyir


Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq istəyir

Rusiya və Azərbaycan liderləri ilə qarşıdakı görüşdə fəal müzakirə edilməli olan çoxlu məsələlər var. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan bu ilin sonuna kimi Azərbaycan ilə sülh müqaviləsini imzalamaq istəyir. Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalanmadan əvvəl sərhəddə delimitasiya prosesinin tamamlanmasina ümid etdiyini də söyləyib."Arzu edirəm ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Bu nə dərəcədə realdır, deyə bilmərəm. Amma biz bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik". O qeyd edib ki, mühüm bir hal var və saziş imzalanana qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlər yekunlaşdırılmalıdır. “Nəzərə alsaq ki, Praqada bu prosesin 1991-ci il sərhədləri əsasında aparılacağına dair razılıq əldə olunub, o zaman bu, reallıq ola bilər". Baş nazir deyib ki, Azərbaycanla Qarabağ erməniləri arasında dialoq başlanmalıdır ki, bu da beynəlxalq səviyyədə görünsün: "Bu, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün çox vacib haldır, görünən mexanizmlər olmalıdır”, - Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"nin qəbulunu gözləyir. "Yaxın vaxtlarda hesabatın müzakirəsi üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik. Ümid edirəm ki, görüş ən qısa zamanda baş tutacaq". Paşinyanın sözlərinə görə, Ermənistan "KTMT-nin aydın siyasi qiymət verəcəyini və Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"ni qəbul edəcəyini" gözləyir.
26-10-2022, 17:40
Paşinyan üçtərəfli görüşə razılıq verdi


Paşinyan üçtərəfli görüşə razılıq verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə qatılacağını bildirib. Paşinyan bu barədə "hökumət saatı”nda danışıb. “Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən iştirakımı təsdiqlədim”, - Paşinyan deyib. Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.
26-10-2022, 17:38
Su kəmərindəki partlayışa görə sığorta ödənişi veriləcək


Su kəmərindəki partlayışa görə sığorta ödənişi veriləcək

Bu gün Bakı şəhərinin Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza səbəbilə meydana gələn su fontanının ətrafa vurduğu zərər sığorta hadisəsi hesab edilir. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirib. Assosiasiya qeyd edir ki, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış sığortalılar məlum hadisə nəticəsində qeyd edilən sığorta növü üzrə sığortalanmış daşınmaz əmlakları hər hansı zərər görübsə, bununla əlaqədar olaraq öz sığorta şirkətlərinə müraciət edə bilərlər. Bildirilib ki, məlum hadisənin baş verdiyi Bakı şəhəri üçün Daşınmaz əmlak sığortası tarifi 50 manat, təminat məbləği isə 25 min manata qədərdir:“Adı çəkilən sığorta növü 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında”Qanunu ilə tənzimlənir. Qanuna əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir". Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası növü yanğın və ya ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, eyni zamanda qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və yer sürüşməsi kimi hadisələrə təminat verir.
26-10-2022, 17:36
Ev telefonlarının aylıq abunə haqqı artırıldı


Ev telefonlarının aylıq abunə haqqı artırıldı

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib. Bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib. Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
26-10-2022, 17:34
Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılır


Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılır

Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Qeyd edək ki, Saziş 2022-ci ilin mayın 20-də Bakı şəhərində imzalanıb.
26-10-2022, 17:32
Prezident İsraillə bağlı sazişi təsdiqlədi


Prezident İsraillə bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib. Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən, razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.
26-10-2022, 17:30
Prezidentdən İsa Həbibbəyli ilə bağlı sərəncam


Prezidentdən İsa Həbibbəyli ilə bağlı sərəncam

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, AMEA-nın dünənki ümumi yığıncağında İ.Həbibbəyli AMEA prezidenti seçilib.
26-10-2022, 16:42
Yataqxanada yanğın: Sakinlər təxliyə edildi


Yataqxanada yanğın: Sakinlər təxliyə edildi

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub. FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib. Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!