Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
20-10-2022, 21:11
Kəlbəcər və Daşkəsən yenə atəşə tutuldu


Kəlbəcər və Daşkəsən yenə atəşə tutuldu

Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
20-10-2022, 21:10
Dini icma rəhbəri niyə intihar edib?


Dini icma rəhbəri niyə intihar edib?

Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, Qurumba kənd məscidinin dini icmasının sədri Hacıhəsən Babayev intihar edib. Hadisə məscidin ərazisində baş verib. Məlumata görə, H.Babayev məscidin həyətində olan yarımtikilidə özünü asıb. O, hadisədən əvvəl məktub yazaraq, intihar etməsində heç kimin günahının olmadığını qeyd edib. Dini icma rəhbərinin intiharı barədə danışan Lənkəranın Qurumba kəndinin icra nümayəndəsi Oruc Şəkərov hadisənin müəmmalı olduğunu söyləyib. O, Hacıhəsən Babayevin kəndin ağsaqqalı kimi hörmətli adam olduğunu vurğulayıb.“Mərhum problemli adam deyildi. Dini icmanın sədri kimi hörmət sahibi idi. İntiharın səbəbi müəmma olaraq qalır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, meyit ekspertizaya göndərilib. Hazırda intiharla bağlı araşdırma aparılır. Yəqin ki, araşdırmadan sonra hər şey aydın olacaq”, - deyə icra nümayəndəsi qeyd edib.
20-10-2022, 21:08
Ərdoğan Zəngəzur dəhlizindən danışdı, “qorxmayın” dedi


Ərdoğan Zəngəzur dəhlizindən danışdı, “qorxmayın” dedi

“Məncə, Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq yersizdir”. Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan əmin addımlarla yoluna davam edir:“Zəngəzur dəhlizi Orta Dəhlizdəki bütün ölkələr üçün inkişaf və sərmayə imkanlarını təqdim edəcək. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib və 30 illik haqqını geri alıb".
20-10-2022, 21:06
Bu, hər ölkənin bacaracağı iş deyil - Türkiyə lideri


Bu, hər ölkənin bacaracağı iş deyil - Türkiyə lideri

"Müharibədən qısa müddət sonra belə hava limanlarını inşa etmək hər ölkənin bacaracağı iş deyil". Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etmədiyinə diqqət çəkib:"Onlar gəlmir. Ermənistanın törətdiyi vəhşilikləri görməzdən gəlirlər. Bunlarla bağlı Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində iddia irəli sürməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələr yenidən qurulur, Azərbaycan yenidən inşa edilir. Biz bunları bu gün yaşayırıq, duyaraq deyil, görərək bunları bildiririk. Azərbaycan adətən küllərindən doğaraq yenidən ayağa qalxır. Bu hava limanları Qarabağın azad edilməsindən sonra Qarabağın çiçəklənməsinin bir göstəricisidir”.
20-10-2022, 21:04
Biz bütün xoş günlərdə bərabərik - İlham Əliyev


Biz bütün xoş günlərdə bərabərik - İlham Əliyev

"Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir". Bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatı zamanı deyib."Bu gün biz birlikdə Zəngilan hava limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli hava limanını birlikdə açdıq. Bu gün isə Zəngilan hava limanını açdıq. Yəni, bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik", - deyə dövlət başçısı bildirib.
20-10-2022, 20:58
Lənkəranda molla məktub yazıb özünü məsciddə asdı


Lənkəranda molla məktub yazıb özünü məsciddə asdı

Lənkəranın Qurumba kənd məscidinin imamı Hacıhəsən Babayev intihar edib. Butov.az xəbər verir ki, dini icma sədri məscidin həyətindəki tikilidə özünü asaraq öldürüb. Məlumata görə, o, hadisədən əvvəl məktub yazıb və intiharda heç kimin günahkar olmadığını bildirib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
20-10-2022, 20:56
Azərbaycan tək deyil - Akar Cəbrayıldan mesaj verdi


Azərbaycan tək deyil - Akar Cəbrayıldan mesaj verdi

“Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad etmək üçün mübarizəsini tamamlayıb”. Bunu Cəbrayılda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.“Müharibə bitdikdən, təhlükəsizlik tam təmin edildikdən sonra iqtisadi müharibə başlayır. Bunlarla əlaqədar heyvandarlıq, əkinçiliyin inkişaf etdirilməsi, yol, körpü tikintisinin sürətlə aparıldığını görürük. Hər zaman dediyim kimi, Azərbaycan tək deyil. Biz iki dövlət, tək millətik. Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola, tək ürək, tək bilək olaraq çalışmalarını davam etdirir. Bundan sonra gələcək həm təhlükəsizlik, həm də rifah baxımından daha yaxşı olacaq”, - Hulusi Akar qeyd edib.
20-10-2022, 20:55
Metroda telefonla gedişhaqqı ödəmək mümkün olacaq


Metroda telefonla gedişhaqqı ödəmək mümkün olacaq

Gələn ildən Bakı metropoliteni stansiyalarda təmassız ödəniş etmək imkanı yaratmağı nəzərdə tutur. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, artıq prosesin tətbiqi ilə bağlı işlər davam etdirilir: "Texniki dizayn və təkrar sınaq işləri başa çatandan sonra sistem istifadəyə veriləcək. Bundan sonra sərnişinlər smart saatlar, mobil cihazlar, QR kodlar və bank kartları ilə gedişhaqqı ödəyə biləcəklər".
20-10-2022, 20:48
Prezidentlər Cəbrayıla ceyranlar buraxdılar


Prezidentlər Cəbrayıla ceyranlar buraxdılar

Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb.
Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verib. Sonra Azərbaycan və Türkiyə Prezidentləri ərazidə ağac əkdilər. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə ceyranlar buraxıblar.







20-10-2022, 16:46
Zəngilan hava limanı açıldı


Zəngilan hava limanı açıldı

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!