Sabah bəzi yollarda görmə məhdudlaşacaq .....                        Cüdoçularımız İslam Oyunlarının finalında .....                        İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir .....                        ABŞ-də helikopter qəzası: ölən və yaralılar var .....                        Xəzər sahilində daha 71 ölü suiti tapıldı .....                        Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq - Ərdoğan .....                        Almaniya 3 milyard avroluq silah alır .....                        Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır - Ərdoğan .....                        Azad edilmiş ərazilərdə yenidənqurmanın inanılmaz sürəti tam fenomenal xarakter daşıyır .....                       
31-08-2022, 14:39
Buraxılış imtahanında iştirak edə bilməyənlərə şad xəbər


Buraxılış imtahanında iştirak edə bilməyənlərə şad xəbər

Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) xəbər verilib. Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verə biləcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
31-08-2022, 14:36
Küçədə qadını bıçaqlayan əri imiş...


Küçədə qadını bıçaqlayan əri imiş...

Avqustun 30-u saat 9 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Yasamal rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
31-08-2022, 14:33
Qorbaçovun harada dəfn olunacağı açıqlandı


Qorbaçovun harada dəfn olunacağı açıqlandı

Ötən gün vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Moskvadakı Novodeviçyi qəbiristanlığında dəfn ediləcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, həyat yoldaşı Raisa Qorbaçovanın yanında dəfn olunacaq. Qeyd edək ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra avqustun 30-u axşam saatlarında dünyasını dəyişib.
31-08-2022, 14:31
Bayden Qorbaçova tərif yağdırdı


Bayden Qorbaçova tərif yağdırdı

Ağ Ev Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovla bağlı bəyanat yayıb. Butov.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evin yaydığı bəyanatında Qorboçovu daha yaxşı gələcək üçün karyerasını riskə atan şəxs adlandırıb. "Onilliklər boyu amansız siyasi repressiyalardan sonra o, demokratik islahatlara əl atdı. O, qlasnost və yenidənqurmaya, açıqlığa və yenidənqurmaya təkcə şüar kimi deyil, Sovet İttifaqı xalqlarının uzun illər təcrid və sərgərdanlıqdan sonra irəliləmə yolu kimi inanırdı", - Bayden deyib. Qeyd edək ki, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında vəfat edib.
31-08-2022, 14:29
Bu gün İlham Əliyev Paşinyanla görüşəcək


Bu gün İlham Əliyev Paşinyanla görüşəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Butov.az xəbər verir ki, üçtərəfli görüş Brüsseldə baş tutacaq. Ötən həftə Şuşada mediaya açıqlama verən Prezidentin köməkçi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilib.
31-08-2022, 14:25
“Qəbələ” üçün 7 rəqib - Bu gün püşk atılır


“Qəbələ” üçün 7 rəqib - Bu gün püşk atılır

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq. Butov.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək. Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin ilk mərhələdə üz-üzə gələcəyi komanda, həmçinin növbəti raunddakı mümkün rəqibi bəlli olacaq. Çempionlar yolunda 32 komanda mübarizə aparacaq. Bunlar “Nant” (Fransa), “Alkmaar” (Niderland), “Genk” (Belçika), “Hibernian” (Şotlandiya), “Rux” (Ukrayna), “Qalatasaray” (Türkiyə), “Omoniya” (Kipr), “Srvena Zvezda” (Serbiya), “Slaviya” (Çexiya), “Hayduk” (Xorvatiya), “Yanq Boyz” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Aşdod” (İsrail), “Molde” (Norveç), AİK (İsveç), “Slaviya” (Bolqarıstan), “Çiksereda” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Astana” (Qazaxıstan), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Domjale” (Sloveniya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Rasinq” (Lüksemburq), “Borats” (Bosniya və Herseqovina), “Şemrok Rovers” (İrlandiya), “Pobeda” (Şimali Makedoniya), “Pünik” (Ermənistan), “Yelqava” (Latviya), “Apoloniya” (Albaniya), “Kolreyn” (Şimali İrlandiya) klublarıdır. Püşk öncəsi komandalar 4 qrupa bölünüb. Üçüncü “səkkizlik”də yer alan “Qəbələ”nin U-19 komandasının 7 mümkün rəqibi müəyyənləşib: “Rux” (Ukrayna), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Hayduk” (Xorvatiya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Yelqava” (Latviya). Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaq. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də keçiriləcək.
31-08-2022, 14:21
Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək


Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo idman növü üzrə milli komandasının üzvləri İtaliyanın Kalyari şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Butov.az xəbər verir ki, çempionatda ölkəmizin idman şərəfini 5 kişi və 2 qadın paracüdoçu qoruyacaq. Kişilərin yarışında İsmayıl Muradov (60 kq), Anar İsmayılzadə, Namiq Abaslı (hər ikisi 73 kq), Zakir Mislimov (90 kq) və İlham Zəkiyev (+90 kq) tatami üzərinə çıxacaqlar. Qadınların mübarizəsində isə Xatirə İsmiyeva və Dürsədəf Kərimova (hər ikisi +70 kq) medallar uğrunda mübarizə aparacaqlar. Eyni zamanda Kalyaridə idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə tibbi təsnifat da keçiriləcək. Avqustun 31-dən sentyabrın 5-dək davam edəcək yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.
31-08-2022, 14:19
Britaniyanın yeni səfiri Bakıya gəldi


Britaniyanın yeni səfiri Bakıya gəldi

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Ould Bakıya gəlib. Bu barədə diplomat tvitter hesabında paylaşım edib. “Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm”, - paylaşımda deyilir.
31-08-2022, 14:18
NASA Aya raket göndərir


NASA Aya raket göndərir

Hazırda NASA-nın mühəndisləri "Voyager-1" zondu ilə bağlı problemləri həll edirlər. Aya pilotsuz uçuş çərçivəsində daşıyıcı raketin göndərilməsi sentyabrın 3-nə nəzərdə tutulub. Bu barədə NASA-nın Aya uçuş proqramının rəhbəri Maykl Sarafin bildirib. Onun sözlərinə görə, hava gəmisinin startı 3 sentyabr saat 14:17-də ABŞ-ın şərqində həyata keçiriləcək.
31-08-2022, 14:16
Mixail Qorbaçov öldü


Mixail Qorbaçov öldü

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov ölüb. Bu barədə TASS agentliyi məlumat yayıb. Qorbaçov 91 yaşında vəfat edib. "Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Rusiya Mərkəzi Klinik Xəstəxanasından bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!