Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil .....                        Şuşada iki yaşayış kompleksinin inşasına başlanıldı .....                        Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi .....                        Pakistan hərbçilərinin paradda iştirakı Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyidir .....                        Türkiyə Prezidenti müharibənin ilk saatlarında Azərbaycana öz dəstəyini göstərdi .....                        Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı .....                        Qazaxıstanın müdafiə naziri Bakıya gəldi .....                        Bakıda Zəfər paradı keçirilir - CANLI .....                        Ərdoğan Azərbaycana gəldi - FOTO .....                       
26-08-2022, 17:57
Azərbaycan nefti bahalaşdı


Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 102,58 ABŞ dolları olub. Butov.az xəbər verir ki, Azərbaycan neftinin qiyməti 1,06 ABŞ dolları bahalaşıb. Bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
26-08-2022, 17:54
İrəvan xanının nəticəsi Şuşada Pənahəli xanın sarayında


İrəvan xanının nəticəsi Şuşada Pənahəli xanın sarayında

Qarabağa səfəri çərçivəsində İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani mədəniyyət paytaxtımız Şuşa şəhərində olub. Butov.az xəbər verir ki, Qarabağ xanlığının qurucusu Pənahəli xanın xarabalığa çevrilmiş sarayını ziyarət edərkən məyusluğunu gizlətməyən Əmir Əli Sərdari İrəvani öz təəssüratlarını Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı ilə bölüşüb: “Siz Şuşada Pənahəli xanın sarayına baxın! O da İrəvan xanının qohumu idi. Bu saray bizim mədəni irsimizdir və indi bu durumdadır”. Xan nəslinin varisi onu da qeyd edib ki, Pənahəli xanın sarayının yenidən tikilmək şansı var, lakin bunu İrəvan xanının sarayı barədə demək mümkün deyil: “Sözün bitdiyi yerdir. Görün, onlar bu irslə nə ediblər. Lakin çox ümid edirəm ki, gələcəkdə hər şey Şuşada yenidən əla olacaq və ola bilsin ki, İrəvanda da...”. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüşü zamanı qonağa Şuşada aparılan quruculuq işləri barədə ətraflı məlumat verilib. Azərbaycan diasporunun fəaliyyəti, diaspor nümayəndələrinin Qarabağa, o cümlədən Şuşaya təşkil edilən səfərləri yüksək qiymətləndirilib. Qonaq təmsil etdiyi nəsil barədə məlumat verib, işğaldan azad edilmiş Qarabağda olmaqdan məmnunluq duyduğunu nəzərə çatdırıb və qonaqpərvərliyə görə xüsusi nümayəndəyə təşəkkürünü bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə mədəniyyət paytaxtımıza səfər edən qonaq Cıdır düzünü, “Güllələnmiş heykəllər”i, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Gəncə Qapısını və digər görməli yerləri ziyarət edib, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.






26-08-2022, 17:48
Ermənilərin "Laçın yalanı" heç 4 saat çəkmədi...


Ermənilərin "Laçın yalanı" heç 4 saat çəkmədi...

Erməni tərəfi bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinin təhvil-təslim müddətinin avqustun 25-dən sentyabrın 1-dək uzadılması barədə saxta informasiya yaymaqla Ermənistan ictimaiyyətini aldatmağa çalışıb. Bu barədə “Hraparak” qəzeti Ermənistan hökumətindəki mənbəyə istinadən "məlumat" yayıb. Hətta Rusiya sülhməramlılarının “Laçın dəhlizi”ndəki postlarının bir gün əvvəl sökülməsinə baxmayaraq, saxta informasiyada onların guya, hələ də orada öz funksiyalarını yerinə yetirdiklərini iddia ediblər. Bəzi erməni KİV-ləri “Hraparak”ın yalan dolu xəbərini tirajlamaqla onu bu cür əsaslandırmağa çalışıblar ki, Laçın şəhərindən yan keçən yeni Xankəndi-Gorus yolunun Ermənistana düşən hissəsində hazırda hərəkət etmək mümkün deyil. Alternativ yolun 10 km-lik həmin hissəsinin müvəqqəti istifadəyə hazır olması bir həftə sürəcək. Bu yerdə "yalanın 40 gün ömrü var" məsəlini xatırlatmaq yerinə düşər. Amma daim saxtakarlıqları ilə tanınmış hayların budəfəki yalanı heç 4 saat belə çəkmədi. Çünki Ermənistan tərəfinin qondarma iddiasından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "tvitter"də hamının çoxdan gözlədiyi xəbəri elan etdi: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm.
Yaşasın Laçın!
Yaşasın Azərbaycan!".

Ardınca Azərbaycan Silahlı Qüvvələrinin bayrağımızın Laçın şəhərində dalğalandığını əks etdirən videogörüntüsü yayıldı. Korpus komandiri, general-mayor Kənan Seyidovun Ali Baş Komandana məruzəsi Azərbaycan ictimaiyyətini nə qədər sevindirdisə, öz yalanlarına inanan erməniləri bir o qədər xəyal qırıqlığına uğratdı.
26-08-2022, 17:44
BDU-dan müəllimlərin işdən çıxarılması ilə bağlı açıqlama


BDU-dan müəllimlərin işdən çıxarılması ilə bağlı açıqlama

“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir”. Bunu Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva bildirib. Onun sözlərinə görə, bu müqavilələr müddətli olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. “Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.
26-08-2022, 17:34
Türkiyəli jurnalist “Qarabağ”a görə üzr istədi


Türkiyəli jurnalist “Qarabağ”a görə üzr istədi

Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib. Onun belə səhvə yol verməsi sosial şəbəkələrin Azərbaycan seqmentində etirazlara səbəb olub. Butov.az xəbər verir ki, haqlı etirazlardan sonra Gürcan Bilgiç “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etməsinə görə üzr istəyib. “Sevgili qardaşlarım, əsəbinizi anlayıram. Canınız sağ olsun. Gecə saat 01:30-da yorğunluq var idi. Qarabağ – Qaradağ (Monteneqro) deyərkən qarışdırdım. Buna görə üzr istəyirəm. Haqqınızı halal edin”, - türkiyəli jurnalist sosial şəbəkə hesabında yazıb.
26-08-2022, 16:36
Çempionlar Liqasının püşkü atıldı


Çempionlar Liqasının püşkü atıldı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Butov.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) kollektivi Almaniya "Bavariya"sı, İspaniya "Barselona"sı və İtaliya "İnter"i ilə birlikdə C qrupunda mübarizə aparacaq.
A qrupu: "Ayaks" (Niderland), "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Reyncers" (Şotlandiya)
B qrupu: "Portu" (Portuqaliya), "Atletiko" (Madrid, İspaniya), "Bayer" (Almaniya), "Brügge" (Belçika)
C qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "İnter" (İtaliya), "Viktoriya" (Plzen, Çexiya)
D qrupu: "Ayntraxt" (Frankurt, Almaniya), "Tottenhem" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa)
E qrupu: "Milan" (İtaliya), "Çelsi" (İngiltərə), "Zaltsburq" (Avstriya), "Dinamo" (Zaqreb, Xorvatiya)
F qrupu: "Real Madrid" (İspaniya), "Leyptsiq" (Almaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Seltik" (Şotlandiya)
G qrupu: "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Kopenhagen" (Danimarka)
H qrupu: PSJ (Fransa), "Yuventus" (İtaliya), "Benfika" (Portuqaliya), "Makkabi" (Hayfa, İsrail)
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 6-da start veriləcək.
26-08-2022, 16:24
İrəvan xanının nəticəsi Qarabağda


İrəvan xanının nəticəsi Qarabağda

İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvaninin ailə üzvləri ilə birlikdə Qarabağa ilk səfəri işğaldan azad edilmiş Füzuli rayonundan başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı qonağa Füzuli şəhər mərkəzinin və məscidin dağıntıları nümayiş etdirilib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı rayon ərazisində dağıdılmış tarixi, mədəni və dini abidələr, törədilmiş ekoloji terror, post-müharibə dönəmində aparılan yenidənqurma və tikinti işləri barədə qonağa ətraflı məlumat verib. Füzuli hava limanı ilə tanış olarkən Əmir Əli Sərdari İrəvani ilk təəssüratlarını Vəsilə Vahidqızının müəllifi və aparıcısı olduğu “Vətən uzaqda deyil” proqramı ilə bölüşüb. O bildirib ki, Bakıya ilk dəfə iki il öncə səfər edib: “Qarabağa səfərim arzu olaraq qalırdı. İndi isə mən buradayam. İnanılmazdır, mən Qarabağ bölgəsinə səfər edirəm. Ermənilərin burada törətdikləri dəhşətlidir. Amma eyni zamanda biz belə tikilini də görürük (hava limanını nəzərdə tutur). Bu tikinti işləri regionun simasını tamamilə dəyişir. Mən burada olduğuma görə çox xoşbəxtəm”, - deyə İrəvan xanının varisi hisslərini ifadə edib. Qeyd edək ki, 1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində mühəndis kimi çalışır, eyni zamanda etnoqraf və tarixçi kimi də tanınır. O, yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.



26-08-2022, 16:20
Əli Əsədov belaruslu həmkarı ilə görüşüb


Əli Əsədov belaruslu həmkarı ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb. Bu barədə Nazirlər kabinetindən məlumat verilib. Görüşdə Azərbaycanla Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
26-08-2022, 16:07
Azərbaycan və Qırğızıstan baş nazirləri görüşdü


Azərbaycan və Qırğızıstan baş nazirləri görüşdü

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 25-də Çolpon-Ata şəhərində qırğızıstanlı həmkarı Akılbek Japarov ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin xüsusi önəm daşıdığı bildirilib. Bu baxımdan cari ilin aprel ayında Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin və digər sənədlərin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracağına əminlik ifadə olunub. Görüşdə həmçinin Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, kənd təsərrüfatı, humanitar, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri geniş müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!