Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-03-2023, 14:10
İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi


İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
28-03-2023, 14:06
Suraxanı rayonunda insan ölümüylə nəticələnən yanğın baş verib


Suraxanı rayonunda insan ölümüylə nəticələnən yanğın baş verib

Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
28-03-2023, 14:03
İranda itkin düşən tələbədən xəbər yoxdur


İranda itkin düşən tələbədən xəbər yoxdur

Fevralın 20-si Almaniyadan İrana səfər edən və sonra barəsində heç bir məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova son günlər oğlunun axtarışını İranda davam etdirir. O, oğlunun taleyi barədə hələ hər hansı məlumat əldə edə bilməyib. Bu barədə “Amerikanın səsi”nə danışan D. Əsgərova bildirib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını açıqlayıb: “Polis dedi ki, təyyarə şirkətindən Fərid Səfərlinin Tehrandan heç yerə uçmaması ilə bağlı məlumat alıb. Bu səbəbdən Fəridlə bağlı İranın Almaniyadakı səfirliyinə məktub göndəriblər. Amma İran səfirliyi polisə hələ cavab verməyib”. D.Əsgərova oğlunun Yena şəhərində yaşadığı evdə olub: “Fəridin evindən kompüterini, şəxsi əşyalarını götürdüm. Kompüterin kodunu polis açdı. Kompüterdən Fəridin dostu olan qızın telefon nömrələrini, şəklini, adını, soyadının bir hissəsini, iş yerini, yəni bir xeyli məlumat öyrəndilər”. Fərid Səfərlinin anası daha sonra İrana səfər edib.“Mən bundan sonra İrana gəldim və hazırda buradayam. Fəridin dostu olan qızın iki telefon nömrəsi mənə məlum idi. Hər iki telefon nömrəsi bağlıdır. Telefon nömrələri satılan yerdən qızın ünvanını öyrənməyə cəhd etdim. Onun ünvanını vermədilər. Qız Tehranda Tibb Universitetinin sonuncu kursunda oxuyur. Qumda xəstəxanalarda interna keçir. Qabaqcadan interna keçdiyi xəstəxanaların birinə zəng etdim. Dedilər ki, həmin qız iyirmi gündür işə gəlmir, icazə alıb. Həmin 20 gün oğlumun itkin düşdüyü günlə eynilik təşkil edir. Amma biz həmin xəstəxanaya çatanda vəziyyət dəyişdi. Dedilər, ümumiyyətlə, bu qız orada işləməyib. Təxmin etdiyim digər xəstəxanalara da getdim. Qızın adını, fotosunu, telefon nömrələrini polis mənə verib. Şəkillərini göstərdim. Dedim, qızı tanımırsınız, amma fotoda onunla birgə xəstəxananın digər həkimlərinin də şəkilləri var. Onları da tanımırsınız? Elə bil məlumatlı idilər. Bizi xəstəxanaların qapısından qaytarırdılar. Sanki, bizi qovmaq istəyirdilər. Heç bir məlumat vermədilər”, - o qeyd edib. O, İranda vəkil tutaraq onunla birgə hüquq-mühafizə orqanlarına müraciət edib: “Hüquq-mühafizə orqanlarının sistemində Fəridlə bağlı məlumat çıxmadı. Bəzi orqanlar isə sistemə baxmaqdan imtina etdi. Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən soruşdum ki, ağır cinayət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə, indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik”. Dilarə Əsgərova Azərbaycanın Təbrizdəki konsulluğuna da müraciət edib. Konsulluqdan da ona məktub göndərdiklərini, İran tərəfinin isə hələ də cavab vermədiyini deyiblər: “Mən onlardan xahiş etdim ki, oğlumun tez bir zamanda tapılması üçün hərəkət etsinlər. Oğlum 26 gündür yoxa çıxıb. Hər dəqiqənin ana üçün nə demək olduğunu bilsinlər. Oğlumun tapılması üçün kömək etsinlər. Mən sizin mətbuat vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, notalarına cavab istəsinlər. Yaxud başqa ölkələrin vasitəçiliyindən istifadə etsinlər. Beynəlxalq təşkilatlara müraciət etsinlər. Bəlkə, İran sonsuza qədər susacaq. Biz də sonsuza qədər oturub onun cavabını gözləyəcəyik?! Mən ana kimi oğlumun taleyindən çox narahatam. Hədsiz dərəcədə narahatam. Bəlkə də, burada Tehranda məndən yüz metr aralıda oğlum həbsxanadadır. Amma mən ondan hər hansı məlumat ala bilmirəm. Heç bir yer mənə məlumat vermir”.
27-03-2023, 21:25
İsrailin ölkəmizdəki səfirliyi müvəqqəti fəaliyyətini dayandırdı


İsrailin ölkəmizdəki səfirliyi müvəqqəti fəaliyyətini dayandırdı

İsrailin Azərbaycandakı səfirliyi məhkəmə islahatları ilə əlaqədar ümummilli tətilə qoşulub. Bu barədə İsrailin Bakıdakı səfirliyi məlumat yayıb. Bildirilib ki, İsrail səfirliyi və konsulluğu növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq işləməyəcək. Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqı ölkənin xaricdəki diplomatik missiyalarını etirazlara qoşulmağa çağırıb. ABŞ və Gürcüstan daxil olmaqla bir neçə ölkədəki səfirlik çağırışa cavab verib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 20:54
AMEA mina təmizləyən qurğu hazırlayıb


AMEA mina təmizləyən qurğu hazırlayıb

AMEA-nın alimləri ərazilərin minalardan
təmizlənməsi üçün yeni qurğu hazırlayıb. Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Elm gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. O, xüsusilə radioaktivliyi müəyyən edən və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə töhfə verə biləcək yeni ixtiranın ANAMA-nın dəstəyi ilə sınaqdan keçirilməsinin və bu istiqamətdə sözügedən təşkilatla müqavilə imzalanmasının əhəmiyyətli olacağını vurğulayıb.
27-03-2023, 20:06
COVID-19 pasportu tələbi ləğv edildi


COVID-19 pasportu tələbi ləğv edildi

Azərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib. Bununla bağlı "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə" sənədi Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.
27-03-2023, 19:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.
27-03-2023, 14:57
“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü


“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü

Bakıda möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evimizə gəlmiş kimi hiss etdik. Matçın məqsədi Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardımın edilməsi idi. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığını göstərmək və "Qalatasaray" azarkeşləri ilə görüşmək idi. Bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis bildirib ki, "Qarabağ"a və stadionda hər iki komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Gözəl gecə oldu. Komandalar çox az zədə ilə oynadılar. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonunadək "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Qələbə qazandığımız üçün şadıq. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
26-03-2023, 23:30
“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü


“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü

Bakıda möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evimizə gəlmiş kimi hiss etdik. Matçın məqsədi Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardımın edilməsi idi. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığını göstərmək və "Qalatasaray" azarkeşləri ilə görüşmək idi. Bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis bildirib ki, "Qarabağ"a və stadionda hər iki komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Gözəl gecə oldu. Komandalar çox az zədə ilə oynadılar. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonunadək "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Qələbə qazandığımız üçün şadıq. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
26-03-2023, 23:03
“Qalatasaray” “Qarabağ” üzərində qələbə qazandı


“Qalatasaray” “Qarabağ” üzərində qələbə qazandı

Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları 4-cü dəqiqədə Bafetimbi Qomis, 18-ci dəqiqədə Redon Cica, 87-ci dəqiqədə Mauro İkardi vurub. Qeyd edək ki, xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Buna görə “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıb. "Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda Türkiyə komandası önə keçib. "Qalatasaray"ın oyunçusu Mauro İkardi 87-ci dəqiqədə penaltini dəqiqliklə yerinə yetirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!