Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi .....                        Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı .....                        Prezidentin köməkçisi icra başçısını kollektivə təqdim etdi .....                        Yollarda duman olacaq - Xəbərdarlıq .....                        Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi .....                        Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI .....                        Hərbi prokurorluqda yeni təyinat .....                        Prezidentin çıxışından sonra xüsusi komissiya yaradılıb .....                        Dünya çempionatının Azərbaycanda və Özbəkistanda təşkili tarixi nailiyyətdir .....                       
7-08-2022, 20:08
Atmosferi çirkləndirən sürücülər cərimələndi


Atmosferi çirkləndirən sürücülər cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və xüsusi cihaz vasitəsilə zərərli qazların miqdarı yoxlanılıb. Yoxlamalar zamanı həmin avtomobillərdən bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. İxrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları həmin sürücülərin diqqətinə çatdırılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
7-08-2022, 19:54
Tənəzzül anonsu: İnsanlar kasıblığa öyrəşəcək


Tənəzzül anonsu: İnsanlar kasıblığa öyrəşəcək

Ukrayna münaqişəsi səbəbiylə Avropa İttifaqı ölkələri iqtisadi tənəzzüllə üzləşəcək. Bu barədə Finlandiyanın Prezidenti Sauli Niinistö “Maaseudun Tulevaisuus” nəşrinə müsahibəsində deyib. “Finlandiya və digər Avropa İttifaqı ölkələrinin vətəndaşları iqtisadiyyatın ildən-ilə artmayacağına öyrəşməli olacaqlar. Bu, Avropanın birliyinə mənfi təsir göstərə bilər, çünki inkişaf birdən-birə dayanır, çağırışların sayı artır”, – deyə Prezident bildirib. Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olma prosesinə baxmayaraq, təhlükəsizlik sahəsində özünü qoruması, əhalinin ərzaqla təmin olunması məsələsində müstəqilliyi əsas vəzifələrə çevrilir.
7-08-2022, 19:52
Son sutkada yüzlərlə vaksin vuruldu


Son sutkada yüzlərlə vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1424 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 934, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 196 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 027, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 862, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 345 731, pozitiv nəticədən sonra buster doza olunanların sayı 255 918 təşkil edir.

7-08-2022, 19:48
Aktiv xəstə sayı artır - Yoluxanların statistikası


Aktiv xəstə sayı artır - Yoluxanların statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 469 yeni yoluxma faktı qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 801 939 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9760 nəfər vəfat edib, aktiv xəstə sayı 3145 nəfərdir. Son sutka ərzində 3603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.


7-08-2022, 19:42
Millimiz meydana çıxmadan qalib gəldi


Millimiz meydana çıxmadan qalib gəldi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb. Butov.az xəbər verir ki, yığmamız bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb. Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib. Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.
7-08-2022, 19:35
İdmançımız finala yüksəldi


İdmançımız finala yüksəldi

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib. Butov.az xəbər verir ki, yarışda Azərbaycanı milli komandamızın üzvləri Ləman Əbdülhəmidova, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Nəzakət Qarayeva təmsil edirlər. Kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletə 3:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 11-dək davam edəcək.
7-08-2022, 19:29
“Qarabağ”ın Macarıstana səfər planı


“Qarabağ”ın Macarıstana səfər planı

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda "Ferentsvaroş"la qarşılaşacaq "Qarabağ"ın səfər planı bəlli olub. Butov.az xəbər verir ki, "köhlən atlar" avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq. Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək. Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!