Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
20-12-2022, 16:38
BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdi


BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdi

Dekabrın 20-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Dekabrın 19-da da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etmişdi. Azərbaycan tərəfi isə müraciətə dərhal cavab vermiş və keçid uğurla təmin olunmuşdu. Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.



20-12-2022, 16:34
Bu şəxslər tələbə kreditindən yararlanacaq


Bu şəxslər tələbə kreditindən yararlanacaq

Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərara əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası alanlara, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslərə sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ verilib.
19-12-2022, 23:17
Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı


Qalib komandaya veriləcək pulun miqdarı açıqlandı

Dünya çempionatının qalibi olan Argentina millisinə 52 milyon ABŞ dolları mükafat veriləcək. Vəsaitin 10 milyon dolları artıq Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən yığma üzvlərinə təqdim olunub. Qalan vəsaiti isə FIFA ödəyəcək. Xatırladaq ki, dünən Argentina millisi finalda Fransanı məğlub edərək dünya çempionu olub.
19-12-2022, 23:14
Azərbaycandan Ukraynaya növbəti yardım


Azərbaycandan Ukraynaya növbəti yardım

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav kanevski məlumat yayıb. “Azərbaycan biznesi ilə birgə təşkil edilən növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – deyə diplomat feysbukda bildirib.
19-12-2022, 23:06
“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi


“Qarabağ”ı məğlub etdi, yarımfinala yüksəldi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. İlk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan biri başa çatıb. Belə ki, "Qəbələ" klubu öz meydanında "Qarabağ"ı qəbul edib. İlk oyunu 2:2 hesabı ilə başa çatan komandaların görüşü "Qəbələ"nin üstünlüyü başa çatıb - 1:0. Bununla da "Qəbələ" komandası "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəlib. Digər matçda isə "Sabah" klubu "Səbail"lə doğma meydanda üz-üzə gələcək. "Bank Respublika Arena"dakı görüş saat 19:00-da start götürəcək. "ASK Arena"da keçirilən ilk qarşılaşmada "dənizçilər" 3:2 hesablı qələbə qazanıb. Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
19-12-2022, 23:03
Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandı


Səudiyyə Ərəbistanla Anlaşma memorandumu imzalandı

Bu gün Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə Ərəbistanının İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi nazir Mikayıl Cabbarov və Fondun Baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Fondun ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşməsinə dair əməkdaşlıq məsələləri öz əksini tapıb.
19-12-2022, 17:51
Sülhməramlıların hərəkət etməsinə növbəti şərait yaradıldı


Sülhməramlıların hərəkət etməsinə növbəti şərait yaradıldı

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib. Qeyd edək ki, bu gün, həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını, rus sülhməramlılarından birinin ailə üzvlərinin olduğu avtomobil, eləcə də Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobili də aksiya keçirilən ərazidən maneəsiz keçiblər. Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər və monitorinq baş tutmayıb.


19-12-2022, 17:37
Azərbaycandan onlara müsbət cavab..


Azərbaycandan onlara müsbət cavab..

Dekabrın 19-da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib. Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub. Belə ki, aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Qeyd edək ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb. Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının daha bir göstəricisidir.
19-12-2022, 17:18
Məcburi sığortaya cəlb olunacaq şəxslərin siyahısı açıqlandı


Məcburi sığortaya cəlb olunacaq şəxslərin siyahısı açıqlandı

Məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar şəxslər müəyyənləşib. Bu barədə “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub. Qanun layihəsinə görə, Milli Məclisin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar.
19-12-2022, 17:11
Gələn ildən vergi sahəsində dəyişiklik olacaq


Gələn ildən vergi sahəsində dəyişiklik olacaq

Proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi tutulacaq. Bu barədə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub. Qanun layihəsinə görə, 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi tutulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!