Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
15-12-2022, 15:38
Laçın yolunda baş verən aksiyayla bağlı son durum


Laçın yolunda baş verən aksiyayla bağlı son durum

Azərbaycanın ictimai fəalları və Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin Xankəndi-Laçın yolunda ekoloji terror əleyhinə keçirdikləri etiraz aksiyası davam edir. Bu gün artıq aksiyanın 4-cü günüdür. Aksiya iştirakçılarından olan jurnalist Mürtəza Bünyadlı son durumu paylaşıb. Onun sözlərinə görə, aksiya sivil qaydada davam edir:"Xankəndi-Laçın yolunda ekoloji terror əleyhinə keçirilən davamlı aksiyaya dünəndən qatılmışam. İnsanlar buraya davamlı olaraq gəlirlər. Daha çox gəlmək istəyənlər var. Dünən aksiya ərazisində bir neçə yüz insan olub. Bütün gecə boyu iştirakçılar şüarlar səsləndirib, mahnılar ifa edib. Ötən gün ərzində aksiylarda heç bir insident yaşanmayıb. İştirakçılar öz tələblərini, şüarlarını sivil qaydada irəli sürməklə məşğuldurdular. Burada "Azərbaycan xalqı oyaqdır, sərvətinə dayaqdır!", "Ekoloji terrora yox deyirik!" kimi şüarlar səsləndirilir. Bu gün səhər saat 8-də 4-cü günün aksiyası Azərbaycan Respublikasının Himni səsləndirilməklə başlayıb. Tam sülh şəratində hansısa təxribata yol vermədən, kobud rəftar nümayiş etdirmədən aksiya iştirakçılar öz xidmətlərini göstərməkdədir. İnsanlar bir-birilə mehribandırlar. Respublikanın müxtəlif ərazilərindən könüllülər gəlib aksiya iştirakçılarına xidmət edirlər. Kimi çay paylayır, kimi təmizlik işlərinə baxır. Onu da qeyd edim ki, aksiyada yaşlılar da, cavanlar da, yəni bütün təbəqədən insanlar iştirak edir. Dünəndən qazilərimiz, veteranlarımız aksiya iştirakçılarına qoşulublar. Burada tibb məntəqəsi də quraşdırılıb. Ancaq səhhəti ilə bağlı ciddi problem yaşayanlar yoxdur. Bəzən baş ağrısı, təzyiqlə bağlı şikayətlərlə məntəqəyə müraciət olunur. Onlara da dərhal tibbi müdaxilə edilir. Burada sadə insanlar da bir-birinin qayğısına qalırlar". Ermənilər iddia edirlər ki, Laçın yolunun bağlanması səbəbilə Qarabağdakı mülki şəxslər, xüsusilə də, xəstələr ərazidən çıxa bilmir. Mürtəza Bünyadlı ermənilərin iddiası ilə bağlı belə deyib:"Ermənilərin Laçın yolundakı hərəkətini təmin etmək Rusiya sülhməramlılarının səlahiyyətindədir. Onlar özləri erməniləri buraxmırlar. Məsələn, dünən sülhməramlıların özlərinin humanitar maşınları gəlib. Aksiya iştirakçıları heç bir mane yaratmadılar. Bizim məqsədimiz hər hansı insanın gedişinə, yaxud xəstənin ərazidən çıxarılmasına mane olmaqdan ibarət deyil. Biz ekoloji terrora yox deyirik. Belə olan halda necə humanitar fəlakət yarada bilərik? Humanizmdə həmişə öndə olmuşuq. Bir sözlə, ermənilərin, xüsusilə də xəstələrin ərazidən çıxarılmasına sülhməramlılar nəzarət etməlidir. Burada heç kəs onlara bir söz deyə bilməz. Yəni məsələnin aksiya iştirakçılarına heç bir aidiyyatı yoxdur. Bizim ilk gündən əsas tələblərimiz məlumdur. Biz həm də Rusiya sülhməramlılarının öz üzərinə düşən missiyanı həyata keçirib təhlükəsizliyi təmin etməsini və sülh sazişinin imzalanmasına zəmin yaratmasını istəyirik. Onlar aksiya iştirakçılarının tələblərinə cavab verməməklə süni gərginliyi artırmaqda maraqlı olduqlarını göstərirlər. Məhz bu da onların sülh yaratmaqda yox, vəziyyəti uzatmaqda maraqlı olduqlarını göstərir".




14-12-2022, 21:03
8 nəfər minaya düşdü, biri dünyasını dəyişdi


8 nəfər minaya düşdü, biri dünyasını dəyişdi

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə məlumatında qeyd olunub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb. Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
14-12-2022, 20:52
İlham Əliyevlə Ərdoğan Türkmənbaşıda görüşdü


İlham Əliyevlə Ərdoğan Türkmənbaşıda görüşdü

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulanıb. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olunub. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirilib. Görüşdə əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
14-12-2022, 20:34
DSX hərbi qulluqçusu qəfildən vəfat edib


DSX hərbi qulluqçusu qəfildən vəfat edib

Dekabr ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin rəyə əsasən hərbi qulluqçunun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib. Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
14-12-2022, 20:30
Hərbi qulluqçumuz odlu silahla özünü öldürüb


Hərbi qulluqçumuz odlu silahla özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun 14 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub. Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirib. "İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib". Qurum rəsmisinin sözlərinə görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
14-12-2022, 20:25
Üç ölkə arasında memorandum imzalandı


Üç ölkə arasında memorandum imzalandı

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. İmzalanmış sənədlər sırasında “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u da yer alıb. Memorandumu Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.
14-12-2022, 18:45
Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi


Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. Bəyanat dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra qəbul olunub.
14-12-2022, 18:43
İlin baş məşqçisi və futbol klubu seçildi


İlin baş məşqçisi və futbol klubu seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) müxtəlif nominasiyalar üzrə 2022-ci ilin ən yaxşılarının adlarını açıqlayıb. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov ilin baş məşqçisi adına layiq görülüb. Digər nominasiyaya görə, "Qarabağ" ilin futbol klubu elan edilib.
14-12-2022, 15:33
İlham Əliyev xanımı ilə Türkmənistanda səfərdədir


İlham Əliyev xanımı ilə Türkmənistanda səfərdədir

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfərə gəlib. Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.





14-12-2022, 15:27
İşğaldan azad edilən ərazilər üzrə turlar təşkil olunacaq


İşğaldan azad edilən ərazilər üzrə turlar təşkil olunacaq

Dövlət Turizm Agentliyi “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavəndə” adlı birgünlük turların layihəsini hazırlayıb, Şuşa şəhərinin və Daşaltı kəndinin turizm inkişaf planını hazırlayaraq aidiyyəti üzrə təqdim edib. Bunu Agentliyin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, son iki ildə qurum Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsini, müvafiq olaraq konsepsiya sənədlərinin və layihələrin hazırlanmasını həyata keçirib: “Bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunub. Bunlar mövcud və yeni turizm-rekreasiya zonalarının yerinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir. Həmçinin, artıq bir neçə layihənin icrasına başlanılıb. Bu ilin mart ayında Suqovuşanda Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri baş tutdu. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiyası” sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulub", - deyə o qeyd edib. "Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb. Yaxın günlərdə Şuşaya turizm səfərlərinin təşkil edilməsi üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur”, - deyə sədr əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!