İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
5-10-2022, 18:09
Döyülən şagird: "Mənimlə zarafat edirdi"


Döyülən şagird: "Mənimlə zarafat edirdi"

Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb. Butov.az xəbər verir ki, döyülən şagird danışıb.“Mənimlə zarafat etdi, xoşlamadığımı bildirdim. O da belə davrandı”, - deyə o bildirib. Məktəbli həmçinin qeyd edib ki, əvvəllər aralarında mübahisə olmayıb:“Ondan bu zərbəni gözləmirdim”.
5-10-2022, 17:51
Sabah yağış yağacaq


Sabah yağış yağacaq

Azərbaycanda oktyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-26° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
5-10-2022, 17:46
Kömək adı ilə təqaüdçülərin pullarını mənimsədi


Kömək adı ilə təqaüdçülərin pullarını mənimsədi

Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb. Butov.az xəbər verir ki, Lənkəran rayon sakini olan bir nəfər qadın polisə müraciət edərək təqaüd kartından 200 manat pulun oğurlandığını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün köməklik istədiyi şəxs tərəfindən mənimsənildiyi məlum olub. Faktı törətməkdə şübhəli bilinən şəxsin Lənkəran rayon sakini Təbriz Sadıxzadə olduğu müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun daha 7 nəfər təqaüdçünün kartından da pul oğurladığı aşkarlanıb. Belə ki, bankomatların yaxınlığında dayanan həmin şəxsin kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, “avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib. T.Sadıxzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidməti-zəng mərkəzinə və ya ərazi polis orqanına məlumat vermələri xahiş olunur. Bir daha vətəndaşların diqətinə çatdırırıq ki, bank kartlarını və onun üzərindəki məlumatları digər şəxslərə etibar etməsinlər.
5-10-2022, 17:43
Bakıda maşın qaçıran qadın saxlanıldı


Bakıda maşın qaçıran qadın saxlanıldı

Bakıda avtomobil oğurlayan qadın tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə oktyabrın 4-də Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini İ.Hümbətova məxsus “Ford Transit” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Məmməd Bəkirov Şirvan şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə isə Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
5-10-2022, 17:40
"Barışıqdan söhbət getmir, ciddi tədbir görülməsini tələb edirəm"- Döyülən şagirdin atası


"Barışıqdan söhbət getmir, ciddi tədbir görülməsini tələb edirəm"- Döyülən şagirdin atası

"Heç bir barışıq olmayıb, həmin şagirddən şikayətçiyəm". Bunu açıqlamasında 112 saylı orta məktəbin sinif yoldaşı tərəfindən şiddətə məruz qalan şagirdin atası Namiq Zeynalov bildirib. N.Zeynalov rəsmilərə müraciət edərək, məsələnin ciddi araşdırılmasını xahiş edib:"Deyirlər barışıq olub. Nə barışıq, hansı barışıqdan söhbət gedir?! Mənim övladım şiddətə məruz qalıb, psixoloji travma alıb, kim barışıb onlarla?!".
Valideyn övladının bu gün məktəbə getmədiyini diqqətə çatdırıb:"Amma dünən direktor oğlumu məktəbdə saxlayıb. Yoldaşım da məktəbə gedib. Daha sonra mənə zəng edib oğlumla ikisinin polis idarəsinə, prokurorluğa aparıldığını bildirdi. Direktor və polislə əlaqə qurmağa çalışdım. Sonra isə hər ikisi evə gəldi. Məktəbin direktoru Elm və Təhsil Nazirliyinə uşaqlarla söhbət aparıldığını və onların barışdıqlarını deyib". N.Zeynalov barışıqla qəti surətdə razılaşmadığını, işin sonuna qədər gedəcəyini vurğulayıb:"Nədənsə bu kimi məsələləri mənə bildirmirlər. Bilirlər ki, razılaşmayacağam. Mənə barışıq lazım deyil. Mən övladıma qarşı yol verilmiş zorakılıq hərəkətilə bağlı hüquq çərçivəsində tədbir görülməsini xahiş və tələb edirəm. Məsələnin üstündən keçilməyə çalışılır. Amma bu məni qane etmir, etməyəcək də. Videodan da aydın görünür ki, bu, ilk hadisə deyil". Valideyn rəsmilərin onun övladının digər şagirdi söyməsilə bağlı açıqlamalarına da münasibət bildirib:"Videoya baxın, o uşaq söyüş söyən birinə oxşayırmı? Mənim övladım tərbiyəli, oxuyan, hər şeyin yerini biləndir. Pandemiyaya qədər bütün qiymətləri əla olub. Pandemiyadan sonra dərslərdində nisbətən zəifləyib. Amma oğlum qətiyyən davakar, problemli uşaq deyil". Xatırladaq ki, 112 nömrəli tam orta məktəbin açıqlamasına görə, görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparıldığı söylənilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də Təlimə Dəstək Mərkəzinin psixoloqlarının da məktəbdə olduğu, uşaqlarla zəruri söhbətin aparıldığı, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsinin qərara alındığı bildirilib. Daxili İşlər Nazirliyi araşdırmalar nəticəsində şagirdlərdən birinin digərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbilə mübahisənin yarandığını açıqlayıb. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatlarının alındığı, xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertizanın təyin olduğunu qeyd edilib. Baş Prokurorluq isə işlə bağlı icraat başlandığını açıqlayıb.
5-10-2022, 17:30
Edillidə tapılan sümüklərdə xəsarət izləri var


Edillidə tapılan sümüklərdə xəsarət izləri var

Xocavəndin Edilli kəndində aparılan qazıntı işləri zamanı 12 meyit qalığı aşkarlanıb. İlk baxışdan həmin qalıqların Azərbaycan hərbi qulluqçularına aid olduğu görünür. Kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri onlara işgəncə və əzab verildiyini düşünmək üçün əsas verir. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.“Hər bir meyitin əlləri yuxarıdadır, lakin bunun səbəbini hələ deyə bilmərik. Sümüklərdə zədə və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Odlu silahlarla olan təsirlər isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Kriminalistika şöbəsində müayinə edildikdən sonra aydın olacaq. Onların cinsi, yaşı, boyu, torpaqda qalma müddəti təyin ediləcək. Hətta onların sağlığında keçirmiş olduğu xəstəliklər varsa, onlar aşkar ediləcək. Bunun tanınmada böyük əhəmiyyəti var. Hazırda meyitlərin dişlərinin quruluşundan aydın olur ki, onların hamısı cavan və orta yaşlı hərbi qulluqçular olub”, - deyə Ədalət Həsənov qeyd edib.
4-10-2022, 22:46
“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir


“Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir – FOTOLAR

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin regionlarda təqdimatı davam edir.


Birliyin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, indiyədək layihə çərçivəsində hazırlanmış videoçarxların ümumilikdə 17 şəhər və rayonda, 1000-ə yaxın gəncin iştirakı ilə təqdimatı baş tutub. Anım Günü çərçivəsində keçirilən təqdimatların 8 Noyabr – Zəfər Gününədək respublikamızın bütün bölgələrini əhatə etməsi planlaşdırılır.
Qeyd edək ki, “Müzəffər Əsgərimiz” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini dərin ehtiramla yad etməkdir.

4-10-2022, 20:58
Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu


Ağdamın yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər. Butov.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verib. Bildirildi ki, dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur. Qeyd edildi ki, şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümumşəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaq. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur. Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub.
4-10-2022, 20:56
Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı


Edillidə aşkarlanan kütləvi məzarlıqla bağlı cinayət işi açıldı

Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. İstintaqla müəyyən edilib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsipləri, o cümlədən «Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında» 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxs öldürülüb və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilib. İstintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə 23-26 fevral 2022-ci il tarixlərdə baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, 14-30 sentyabr 2022-ci il tarixdə isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Həmin hadisələrin şahidi olmaqla 28.08.1993-cü il tarixdən 14.12.1994-cü il tarixədək Ermənistan Respublikasında əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şıxəliyev Şəmsi Canəhməd oğlu zərərçəkmiş şəxs qismində tanınıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
4-10-2022, 20:51
Hulusi Akar Azərbaycanda təltif olundu


Hulusi Akar Azərbaycanda təltif olundu

Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yardıldığını vurğulayan nazir, MSN-nin bugünədək böyük inkişaf yolu keçdiyini bildirib.M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb.44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Türkiyənin milli müdafiə naziri H. Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib. Medalı qonağa M.Quliyev təqdim edib.Səmimi qəbula görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib. İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynacağını qeyd edib. Sonda xatirə şəkli çəkdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!