15-11-2022, 18:28
İlham Əliyev albaniyalı həmkarını Azərbaycana dəvət edibPrezident İlham Əliyev albaniyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatlarla çıxış edərkən bildirib.
15-11-2022, 18:21
MEDİA 15 KİV-i reyestrə daxil etmədiİndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib. Onun sözlərinə görə, Media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir. “İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Qeyd edək ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə elektron formada Media Reyestri şəhadətnaməsi təqdim olunur və onların şəxsi kabinetlərində yerləşdirilir. Şəhadətnaməni kağız daşıyıcıda əldə etmək üçün istənilən vaxt Agentliyə müraciət oluna bilər”, - Səidə Şəfiyeva vurğulayıb.
15-11-2022, 18:18
Müharibədən sağ gəlmişdi, qəzada öldüOğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev dünyasını dəyişib. Qeyd edək ki, Səxavət Arif oğlu Atakişiyev 44 günlük müharibədə iştirak edib. O, prezidentin sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
15-11-2022, 18:15
Ərdoğan Azərbaycana təşəkkür etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Bu barədə dövlət başçısı tviterdə paylaşım edib. “İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, - Ərdoğan bildirib. Onun paylaşımında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Çin, Ukrayna, İsrail və başqa ölkələrin bayraqları əksini tapıb. Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
15-11-2022, 18:12
İlham Əliyev Albaniyaya getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.
15-11-2022, 18:09
Ermənilərin sərhəddəki alçaq təxribatları davam edirErməni tərəfi sərhəddə alçaq təxribatlara əl atır. Dəvət olunmuş avropalı müşahidəçilərin hərəkət marşrutundan xəbərdar olan Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Qarabağın işğalı illərində etdikləri hiylələri təkrarlayırlar. Müşahidəçilərin gəlişinə az qalmış erməni hərbçiləri komandanlığın əmri ilə və həmçinin təxribat törətmək məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, missiya nümayəndələri gələnə kimi Azərbaycan tərəfi də təbii ki, cavab atəşi açır. “Müşahidəçilər ancaq Azərbaycan hərbçilərinin açdığı atəşi qeydə ala bilirlər. Bunun cavab atəşi olduğunu isə erməni təxribatçıları, təbii ki, onlara deməyəcək. Təkrar edirik! Şərəfsiz Ermənistan ordusu işğal illərində də bu ucuz taktikaya əl atıb. O zaman onlar ATƏT müşahidəçilərini yanıltmağa çalışırdılar. Bu “hiylələr”in 27 sentyabr 2020-ci ildə nə dərəcədə kömək etdiyini hamımız yaxşı xatırlayırıq. Bu hiylələr bu dəfə də onlara kömək etməyəcək. Erməni tərəfini bir daha xəbərdar etmək lazımdır. Odla oynamağın nə ilə nəticələndiyini artıq bilirsiniz. Özünüzü riskə atmayın”, - deyə kanal qeyd edib.
15-11-2022, 17:48
Türk dövlətlərinin hərbçiləri təlimə başlayıbAzərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının əsgərləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”, - deyə paylaşımda qeyd olunub.
15-11-2022, 17:46
Sabahın havası - Yenə yağış, qar...Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.
15-11-2022, 17:29
İstilik də sayğaclaşır - Pilot layihəyə başlanır"Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub. Qeyri-əhali istehlakçıları üçün 50-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır. Bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinqdə "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. Qurum rəsmisi bildirib ki, pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır. "Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılması işlərin başlanıb", - deyə o qeyd edib.
15-11-2022, 17:21
Şəhid ailələri və qazilərə daha 50 mənzil verildiMöhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 mənzil verilib. Mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksində yerləşir. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli postmüharibə dövründə Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramını qeyd edib. Proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi vurğulanıb. Bildirilib ki, sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da 5 dəfə genişlənib. 44 günlük Vətən müharibəsindən sonra həmin vətəndaşlara 4050-dək, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1050-si təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri də davam edir. Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Qeyd edək ki, bu gün yeni mənzillə təmin olunan şəxslər arasında Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədov, həmçinin şəhidlər Əli və İslam Əhmədov qardaşlarının anası Sevinc Əhmədova da var.