Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Putin şərtlər daxilində müharibəni dayandırmağa hazırdır .....                       
4-08-2022, 05:21
Talibanla İŞİD arasında atışma


Talibanla İŞİD arasında atışma

Əfqanıstanın paytaxtı Kabildə Taliban və İŞİD üzvləri arasında silahlı atışma baş verib. Şəhərin Kart-e-Sahi ərazisində günorta saatlarında başlayan atışma axşama qədər davam edib. İnsidentlə bağı açıqlama verən Taliban sözçüsü Zabiullah Mücahid İŞİD hücrəsində əməliyyat təşkil edildiyini, burada 4 terrorçunun öldürüldüyünü, birinin isə yaxalandığını bildirib.
Onun sözlərinə görə, İŞİD-çilər şiələrə yönəlik hücumlar planlaşdırırmış. Mücahid əməliyyat zamanı xeyli sayda silah-sursatın da ələ keçirildiyini əlavə edib.
3-08-2022, 19:46
Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb


Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanıb

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Stop or Stop it” layihəsi çərçivəsində təlim proqramının icrasına başlanılıb.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə, təlim proqramına uyğun olaraq 25 gəncə bullinq və onun əsasları, kiberbullinq, uşaqlarla sosial iş, emosional zəka, şəxsiyyətin formalaşması və digər mövzularda maarifləndirici sessiyalar keçirilib. Layihə boyunca iştirakçı gənclər bir sıra enercayzer və komanda işlərində öz bacarıqlarını sınayıblar. Təlim proqramına habelə natiqlik, təqdimat və effektiv ünsiyyət bacarıqları, komanda quruculuğu və başqaları aiddir.

Qeyd edək ki, təlim proqramını uğurla başa vurduqdan sonra multiplayer kimi formalaşmış gənclər müxtəlif auditoriyalar üçün təlimlər keçəcəklər. Bu mərhələdə 500-ə yaxın gəncin iştirakı planlaşdırılır. Ümumilikdə isə layihənin əsas məqsədi gənclər arasında bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.
3-08-2022, 16:46
Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayır


Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya - Paşinyan öz ayağını tapdalayır

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Separatçıların təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Ermənistan tərəfinin bu cür təxribata əl atmaları ilk dəfə deyil. Bundan öncə də müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb. Təxribatların davam etməsi nədən xəbər verir? Rusiya sülhməramlıları atəşkəsin pozulmasına niyə göz yumur? "Arxont" elmi jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin açıqlamasında bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsində maraqlı deyil: “Qarabağda təxribatlara yol verməmək lazımdır. Belə olan halda Qarabağdakı erməni hərbçilərinin "statusu" məsələsi gündəmə gələ bilər. Onlar İrəvana, Bakıya, yoxsa Moskvaya tabedirlər? Həmin hərbi dəstələr regionda müstəqil qüvvə kimi mövcud ola bilməzlər. Əks halda atışmaların və təxribatların qarşısını almaq mümkün olmaz. Onların Qərb dövlətləri tərəfindən kor-koranə istifadə edilməsini görürük. Fikrimcə, Rusiya sülhməramlı kontingentinin bölgədə olduğu müddət ərzində Qarabağdakı erməni ordusu Rusiya hərbi komandanlığının nəzarətinə keçməlidir. Yalnız bu seçim vəziyyəti sabitləşdirməyə və təxribatlardan qaçmağa kömək edəcək. Onu da qeyd edək ki, bu təxribatların İrəvana heç bir faydası olmayacaq. Paşinyan artıq öz ayağına basır”.



Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş isə deyib ki, Ankara erməni separatçılarının Azərbaycan ərazilərindən çıxarılmasına yardım edəcək. “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda olan separatçı qüvvələrə regionu tərk etmələrini bildirmişdi. Amma təəssüf ki, bu gün erməni təxribatları ilə qarşılaşırıq. Bəzən hadisələr istədiyimiz kimi olmur. Burada bir neçə qüvvənin istəkləri var. Belə hadisənin olması həm Azərbaycan, həm də Türkiyə üçün təəssüf doğurur. Lakin bildirmək istərdim ki, iki ölkənin bununla bağlı səyləri davam edəcək. Türkiyə Azərbayacana separatçı qüvvələrin Qarabağdan çıxarılmasında dəstək verəcək. Bizim doğru yolda olduğumuzu hamı bilir. Təxribatların baş verməsi həmin ərazidə Türkiyənin varlığının olmaması ilə əlaqədardır. Hər kəs bilir ki, Türkiyə qüvvəsi orada güclü olarsa, separatçı qüvvələr ərazidən çoxdan çıxarılardı. Təəssüflər olsun ki, Rusiya bunu bacarmadı. Azərbaycan ərazısindən separatçı qüvvələr çıxarılana qədər Türkiyə qardaşına yardım edəcək”.

3-08-2022, 16:40
Erməni hərbçiləri Qarabağdan təcili çıxarılır


Erməni hərbçiləri Qarabağdan təcili çıxarılır

İki il əvvəl Ermənistanda hərbi xidmətə çağırılan və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrdə xidmətə göndərilən erməni hərbçilər təcili olaraq vəzifələrindən azad edilirlər. Bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abrahamyan özünün “Facebook” hesabında yazıb. Abrahamyanın sözlərinə görə, Ermənistandan Qarabağa çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında baş tutub. Deputat qeyd edib ki, 44 günlük müharibədən sonra 2021-ci ilin qışında Ermənistandan çağırışçılar Qarabağa göndərilməyib. Abrahamyan vurğulayıb ki, 2 il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan ermənilərin Qarabağdakı son dəstələrinin Azərbaycanın tələbi ilə vaxtından əvvəl tərxisetməsi həyata keçirilir.
3-08-2022, 16:10
Ukraynada ruslara işləyən deputat tutuldu


Ukraynada ruslara işləyən deputat tutuldu

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları “Müxalifət platforması – ömürlük” fraksiyasına rəhbərlik edən, eyni zamanda Çerkassı Şəhər Şurasının deputatını saxlayıblar. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs Rusiyaya müharibədə yardım edirmiş. Belə ki, o, Rusiyanın Ukraynaya hücumuna haqq qazandırıb və rusların bölgəni ələ keçirməsinə şərait yaradıb. Rusiya tərəfi bunun qarşılığında ona Çerkassı vilayətinin administrasiyasına rəhbərlik etməyi təklif edib. Hazırda deputat barəsində cinayət işi açılıb. Araşdırmalar aparılır. Qeyd edək ki, rəsmi məlumatda saxlanılan deputatın adı açıqlanmayıb.
3-08-2022, 16:03
“Təxribata görə sülhməramlılar məsuliyyət daşıyır” – Hərbi ekspert


“Təxribata görə sülhməramlılar məsuliyyət daşıyır” – Hərbi ekspert

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Erməni təxribatı nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Erməni silahlı dəstələri ilk dəfə deyil ki, bu cür təxribata əl atır. Bundan qabaq da müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb. Erməni terrorçularının təxribatçı əməllərinə Rusiya sülhməramlıların göz yumması Azərbaycanda haqlı olaraq, etiraz doğurur. Bildirilir ki, Azərbaycan ərazilərində təxribatların baş verməsinə görə, erməni terrorçuları ilə yanaşı, rus sülhməramlı qüvvələri də məsuliyyət daşıyır. Bu barədə danışan hərbi ekspert Üzeyir Cəfərov artıq vəziyyətin dözülməz həddə çatdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu sülhməramlıların xidmət zonasında baş verən istənilən təxribata sərt şəkildə cavab verməlidir. "Əgər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən Azərbaycan Ordusu atəşə tutulursa, əsgərimizi şəhid veririksə, bu artıq vəziyyətin dözülməz olduğunu göstərir. Təxribatlara sərt şəkildə cavab verilməlidir. Digər tərəfdən, baş vermiş təxribatlara görə Rusiya sülhməramlıları erməni tör-töküntülərindən daha çox məsuliyyət daşıyır. Çünki Rusiya sülhməramlılarının borcudur ki, orada atəşkəsi qorusun. Biz dəfələrlə, bunu qeyd etmişik. Ancaq təəssüflər olsun ki, heç bir tədbir görülmür, addımlar atılmır. Bir sözlə, Azərbaycan həm Rusiya sülhməramlılarını ərazilərindən çıxarmalı, həm də qeyri-qanuni hərbi birləşmələrin cəzalandırılmasını həyata keçirməlidir", - hərbi ekspert Üzeyir Cəfərov vurğulayıb. Xatırladaq ki, avqustun 3-də Azərbaycan Ordusunun əsgəri şəhidlik zirvəsinə yüksəlib. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. 4 aydır ki, xidmət edən A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.

3-08-2022, 15:58
Fındıq ixracına görə dünyada üçüncü yerdəyik


Fındıq ixracına görə dünyada üçüncü yerdəyik

Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Bunu Prezident İlham Əliyev “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olarkən deyib. Dövlət başçısı bildirib: "Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır".
3-08-2022, 15:55
İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verildi


İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verildi

Prezident İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Butov.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir. Bundan başqa, dövlət başçısı "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi və “Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” ölkə prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” ölkə prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!