Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
16-12-2022, 17:22
Sülhməramlılara məxsus avtomobillərin hərəkətinə növbəti şərait yaradıldı


Sülhməramlılara məxsus avtomobillərin hərəkətinə növbəti şərait yaradıldı

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Xankəndi istiqamətindən gələn Rusiya sülhməramlılarına məxsus maşın karvanı Laçın istiqamətinə keçib. Xatırladaq ki, Laçın yolunda azərbaycanlılar tərəfindən başladılan dinc aksiya beş gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
15-12-2022, 22:26
Prezident DTX ilə bağlı fərman imzaladı


Prezident DTX ilə bağlı fərman imzaladı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbçi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayı ilə bağlı dəyişikliklər təsdiqlənib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
15-12-2022, 22:23
Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqqı var - Ceyhun Bayramov


Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqqı var - Ceyhun Bayramov

Bəzi qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, qarşı tərəfə çağırışlar olunmalı, ciddi xəbərdarlıq edilməli və təxribatlara son qoyulmalıdır: “Bu yolla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan tərəfinin mövqeyi konstruktiv və ədalətlidir. Azərbaycanın qanunları çərçivəsində və Azərbaycanın suverenliyinə hörmət çərçivəsində bütün məsələlər həll edilməlidir, həll oluna bilər və həll olunacaq”. XİN rəhbəri qeyd edib ki, kənardan gəlmiş şəxsin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə müraciət etmək haqqı yoxdur. “Etnik ermənilərin Azərbaycan qanunları çərçivəsində bu ərazilərdə yaşamaq haqları var və Azərbaycan dövləti bunu tanıyır”, - nazir əlavə edib.
15-12-2022, 22:19
Qarabağdakı ermənilər qida və tibbi ləvazimatlarla təmin olunur - XİN başçısı


Qarabağdakı ermənilər qida və tibbi ləvazimatlarla təmin olunur - XİN başçısı

Qarabağda erməni əhalinin qida və tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. XİN başçısı qeyd edib ki, Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır.
15-12-2022, 22:12
XİN başçısı Laçın yolunun bağlanmasına aydınlıq gətirdi


XİN başçısı Laçın yolunun bağlanmasına aydınlıq gətirdi

“Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Xarici İşlər Nazirliyinə dəvət edilib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. XİN başçısı vurğulayıb ki, diplomatlara və hərbi attaşelərə azərbaycanlı fəalların Xankəndi-Laçın yolunda keçirdiyi aksiya və Rusiya sülhməramlılarının fəaliyyəti haqqında məlumat verilib. “Azərbaycan nümayəndə heyəti ilə razılaşdırılan monitorinq Ermənistan tərəfindən təsdiqlənmişdi. Amma buna əməl olunmadı. İki yatağın önündə aksiya keçirilib və Azərbaycan nümayəndə heyətinin işinə mane olublar. Daha sonra azərbaycanlılar buna etiraz olaraq aksiya keçirib”, - deyə nazir vurğulayıb. C.Bayramov, həmçinin qeyd edib ki, Laçın yolunun azərbaycanlı etirazçılar tərəfindən bağlanması iddiası tamamilə yalandır. “Biz yenidən bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribatıdır. Azərbaycanlı aksiya iştirakçıları bunu sosial şəbəkələrdə aydın şəkildə göstərirlər”. Nazir onu da diqqətə çatdırıb ki, Laçın yolunda humanitar məqsədlə avtomobillərin hərəkəti həyata keçirilir.
15-12-2022, 21:58
BDU-da Jurnalistika fakültəsi tələbələrinin praktik yaradıcılıq nümunələrinin təqdimatı keçirilib


BDU-da Jurnalistika fakültəsi tələbələrinin praktik yaradıcılıq nümunələrinin təqdimatı keçirilib

Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin ikinci kursundə tədris olunan "Analitik jurnalistika" fənn çərçivəsində yarımillik hesabat keçirilib. Tədbirdə fakültə dekanı Vüqar Zifəroğlu, kafedra müdirləri Xatirə Hüseynova, Aynur Nəsirova, professor Qulu Məhərrəmli, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi Tamxil Ziyəddinoğlu, "Şərq" qəzetinin redaktoru Ayyət Əhməd, müəllim Kənan Novruzov və ikinci kursda təhsil alan bir qrup tələbə iştirak edib. Tədbir çərçivəsində tələblərin semestr ərzində müxtəlif KİV- də, o cümlədən "525-ci qəzet"də, "Şərq" qəzetində, "Bütöv Azərbaycan" qəzetində dərc olunan yazılarının təqdimatı keçirilib. Xatirə Hüseynova tədbiri giriş sözü ilə açıb. O, Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün nəzəriyyə və təcrübənin vəhdətinin vacibliyindən danışıb. Natiq bildirib ki, tələbələrin indidən praktik bilik və bacarıqlara yiyələnməsi çox vacibdir. Dekan Vüqar Zifəroğlu fakültədəki ənənələri xatırladıb. Çıxışçı söyləyib ki, tələbələrin erkən vaxtlardan praktikika ilə məşğul olmaları onlar üçün üstünlükdür. O, tələbə - jurnalistlərə praktika ilə mümkün qədər çox məşğul olmalarına dair tövsiyə verib. Professor Qulu Məhərrəmlinin sözlərinə görə bu cür təşəbbüslər tələbələrin peşəkarlaşmasında mühüm rol oynayır. O, tələbə- jurnalistləri növbəti kurslarda da praktik yaradıcılıqla məşğul olmağa çağırdı. Sonra qonaqlar Tamxil Ziyəddinoğlu ilə Ayyət Əhməd jurnalistikanın müasir inkişaf meyillərindən söz açdılar. Onlar bundan sonra da tələbələrə dəstək olmağa, jurnalistika fakültəsi ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər. Müəllim Kənan Novruzov yaradılan şəraitə görə fakültə rəhbərliyinə minnətdarlığını bildirdi. O, göstərilən etimadı bundan sonra da doğrultmağa çalışacağını söylədi. Kənan Novruzovun fikrincə, tələbələrin praktik fəaliyyətlə məşğul olmaları onların gələcəkdə iş tapmalarına, nəzəriyyədə öyrəndiklərini daha yaxşı mənimsəməyə, həmçinin ictimai fiqurları tanımalarına kömək olur. Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı və xatirə fotosu çəkildi.






15-12-2022, 21:43
BDU-da Jurnalistika fakültəsi tələbələrinin praktik yaradıcılıq nümunələrinin təqdimatı keçirilib


BDU-da Jurnalistika fakültəsi tələbələrinin praktik yaradıcılıq nümunələrinin təqdimatı keçirilib

Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin ikinci kursundə tədris olunan "Analitik jurnalistika" fənn çərçivəsində yarımillik hesabat keçirilib. Tədbirdə fakültə dekanı Vüqar Zifəroğlu, kafedra müdirləri Xatirə Hüseynova, Aynur Nəsirova, professor Qulu Məhərrəmli, "Bütöv Azərbaycan" qəzetinin təsisçisi Tamxil Ziyəddinoğlu, "Şərq" qəzetinin redaktoru Ayyət Əhməd, müəllim Kənan Novruzov və ikinci kursda təhsil alan bir qrup tələbə iştirak edib. Tədbir çərçivəsində tələblərin semestr ərzində müxtəlif KİV- də, o cümlədən "525-ci qəzet"də, "Şərq" qəzetində, "Bütöv Azərbaycan" qəzetində dərc olunan yazılarının təqdimatı keçirilib. Xatirə Hüseynova tədbiri giriş sözü ilə açıb. O, Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün nəzəriyyə və təcrübənin vəhdətinin vacibliyindən danışıb. Natiq bildirib ki, tələbələrin indidən praktik bilik və bacarıqlara yiyələnməsi çox vacibdir. Dekan Vüqar Zifəroğlu fakültədəki ənənələri xatırladıb. Çıxışçı söyləyib ki, tələbələrin erkən vaxtlardan praktikika ilə məşğul olmaları onlar üçün üstünlükdür. O, tələbə - jurnalistlərə praktika ilə mümkün qədər çox məşğul olmalarına dair tövsiyə verib. Professor Qulu Məhərrəmlinin sözlərinə görə bu cür təşəbbüslər tələbələrin peşəkarlaşmasında mühüm rol oynayır. O, tələbə- jurnalistləri növbəti kurslarda da praktik yaradıcılıqla məşğul olmağa çağırdı. Sonra qonaqlar Tamxil Ziyəddinoğlu ilə Ayyət Əhməd jurnalistikanın müasir inkişaf meyillərindən söz açdılar. Onlar bundan sonra da tələbələrə dəstək olmağa, jurnalistika fakültəsi ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdilər. Müəllim Kənan Novruzov yaradılan şəraitə görə fakültə rəhbərliyinə minnətdarlığını bildirdi. O, göstərilən etimadı bundan sonra da doğrultmağa çalışacağını söylədi. Kənan Novruzovun fikrincə, tələbələrin praktik fəaliyyətlə məşğul olmaları onların gələcəkdə iş tapmalarına, nəzəriyyədə öyrəndiklərini daha yaxşı mənimsəməyə, həmçinin ictimai fiqurları tanımalarına kömək olur. Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı və xatirə fotosu çəkildi.






15-12-2022, 21:09
Ceyhun Bayramovun iştirakıyla brifinq keçirildi


Ceyhun Bayramovun iştirakıyla brifinq keçirildi

Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. Brifinq zamanı nazir C.Bayramov Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyasına səbəb olan vəziyyətin hələ də aradan qaldırılmadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoymadığını, hərəkətin əvvəlki qaydalarla tənzimləndiyini diqqətə çatdırılıb. Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqlarına dair müvafiq açıqlamaların verildiyi bildirilib. Mövcud vəziyyətin guya humanitar böhrana səbəb ola biləcəyi barədə iddiaların həddən artıq şişirdirildiyini qeyd edən nazir, Azərbaycan tərəfinin ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazır olduğunu diqqətə çatdırıb. C.Bayramov Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı barədə məlumat verib. Bu xüsusda, istər Laçın yolunun tikintisi, istərsə də Sərsəng su anbarından istifadə ilə bağlı atılan birgə addımlar çərçivəsində yerli erməni sakinlərlə təmaslardan bəhs edilib. Görüşdə cari ilin 3 dekabr tarixindən aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıldığını, əldə olunmuş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib. Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığı diqqətə çatdırılıb. Çıxış zamanı Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırmasına dair yayılan dezinformasiyalara münasibət bildirən Nazir sözügedən ərazilərdə qaz təchizatının Ermənistan tərəfindən həyata keçirildiyini və həmin ərazilərin ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmadığını brifinq iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, hər hansı bir texniki nasazlıq şəraitində də, əvvəllər olduğu kimi problemin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin dialoqa hazır olduğunu diqqətə çatdırıb. C.Bayramov ölkəmizin ardıcıl olaraq beynəlxalq ictimaiyyətin diqqətini məhz Üçtərəfli bəyanatın icrasına, o cümlədən Laçın yolundan istifadənin Ermənistan tərəfindən kobud və açıq şəkildə pozulmasına yönəltdiyini bildirib. O, Ermənistanın Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər, minaların ötürülməsi və xarici vətəndaşların qanunsuz səfərləri üçün sui-istifadə edilməsindən, habelə bundan irəli gələn mövcud mina təhlükəsinin ağır nəticələrindən bəhs edib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulayıb. Azərbaycan tərəfindən məsələ ilə əlaqədar detallı informasiyanın verilməsinə baxmayaraq, bəzi ölkələrin XİN-ləri tərəfindən verilən reaksiyaların qərəzli olduğunu vurğulayan nazir bu kimi addımların mövcud problemlərin həllinə istiqamətlənmədiyini, əksinə Azərbaycanın suveren ərazilərində təbii sərvətlərin qanunsuz istismarını davam etdirmək istəyənləri cəsarətləndirdiyini diqqətə çatdırıb. Nazir Azərbaycan ərazisində yerli erməni sakinlərin reinteqrasiyası naminə Azərbaycan tərəfindən təşviq edilən addımların dəstəkləməsinə çağırış edib.
15-12-2022, 16:21
Aksiya iştirakçılarından yeni tələb


Aksiya iştirakçılarından yeni tələb

Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb. Onlar Azərbaycanın suveren torpaqlarında bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər. Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığını diqqətə çatdırıblar. İştirakçılar bundan başqa, Laçın istiqamətində Ermənitanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər. 4 gündür davam edən aksiyada hər hansı insident qeydə alınmayıb. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
15-12-2022, 16:17
Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası baş tutdu


Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası baş tutdu

Dekabrın 15-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər. Baş nazir Ə.Əsədov açılış nitqində qeyd etdi ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulandı ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edildi. Regionlararası əməkdaşlıqdan danışan Ə.Əsədov dedi: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşmişdir ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”. Diqqətə çatdırıldı ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğuladılar. Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirildi. Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir. Vurğulandı ki, ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edildi. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, - deyə Azərbaycanın Baş naziri bildirdi. Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulandı, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırıldı. Bu kontekstdə Ə.Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğuladı. "Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək", - deyə Azərbaycanın Baş naziri əlavə etdi. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu. İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzaladılar. Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzaladılar.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!