Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
16-08-2022, 21:56
Snayperlərimiz İranda döyüş vəziyyətinə gətirildi


Snayperlərimiz İranda döyüş vəziyyətinə gətirildi

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər. Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.


16-08-2022, 21:49
Ukraynada azərbaycanlı döyüşçü həlak oldu


Ukraynada azərbaycanlı döyüşçü həlak oldu

Ukraynanın Donetsk bölgəsində ruslarla savaşda daha bir azərbaycanlı döyüşçü həlak olub. Bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib. Onun sözlərinə görə, həlak olan həmyerlimiz Elşad Ağalovdur. O, "Gürcü legionu"nun əsgəri olub. Əslən Zəngilan rayonundan idi. Hazırda Ukrayna Azərbaycanlıları Şurası Azərbaycanın Ukraynadakı səfirliyi ilə birgə onun cəsədinin Vətənə göndərilməsi məsələsi ilə məşğuldur. Allah rəhmət eləsin!
16-08-2022, 21:44
Ermənistan sülhə belə hazırlaşır?!


Ermənistan sülhə belə hazırlaşır?!

“Baxın, qanunsuz erməni sakinləri Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən ərazidə nə qalıb”. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında yazıb. Paylaşımında ermənilərin Laçın, Zabux və Susda vandallıq faktlarını əks etdirən görüntüləri paylaşan XİN rəsmisi vurğulayıb: “Evlər dağıdılaraq yandırılıb, meşələrdə yanğınlar törədilib, flora və faunaya ciddi ziyan dəyib, infrastuktur obyektləri dağıdılıb. Ermənistan sülhə belə hazırlaşır?!”



16-08-2022, 21:35
Meşələri yandıran ermənilərə cinayət işi açıldı


Meşələri yandıran ermənilərə cinayət işi açıldı

Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb. Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycan Respublikasının Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir. “Azərbaycan Respublikasının ərazilərində “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsulliyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcəkdir", - deyə məlumatda qeyd olunub.
16-08-2022, 21:27
Hökumət azad edilmiş ərazilərlə bağlı qərar verdi


Hökumət azad edilmiş ərazilərlə bağlı qərar verdi

“İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiqlənib. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 16-da “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.
16-08-2022, 21:24
Ağdamın Baş planı təsdiqləndi


Ağdamın Baş planı təsdiqləndi

Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
16-08-2022, 21:20
Füzulidə 10 Şri-Lanka vətəndaşı saxlanıldı


Füzulidə 10 Şri-Lanka vətəndaşı saxlanıldı

Avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Aparılan ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
16-08-2022, 21:04
“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev


“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev

Ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın ölkəmizdəki yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul etməsi ilə əlaqədar keçirilən görüşdə söyləyib. “Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı yeni seçilmiş Prezidentlə və Xalq Məsləhəti Şurasının Sədri ilə görüşlərim həm qardaşlığımızın növbəti təzahürü, eyni zamanda, gələcək əməkdaşlıq üçün hesablanmış görüşlər idi. Biz bütün sahələrdə iki qardaş ölkə kimi uğurla hərəkət edirik, bir-birimizi dəstəkləyirik, istər beynəlxalq müstəvidə, istər ikitərəfli, istər çoxtərəfli formatda. Son vaxtlar iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə biz yeni nəticələr görürük. Bu, bizi çox məmnun edir”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti bir daha qeyd edib ki, bu yüksək səviyyəli çoxşaxəli əməkdaşlıq tarixi köklərə əsaslanır.
16-08-2022, 16:35
Şabrandakı yanğına amfibiya təyyarəsi cəlb olunub


Şabrandakı yanğına amfibiya təyyarəsi cəlb olunub

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. Bu barədə FHN-dən bildirilib. Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.
16-08-2022, 16:29
Daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə verildi


Daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə verildi

Prezident İlham Əliyevin tapşırığı əsasında yeni sosial dəstək proqramının - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir. Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son bir həftədə bu kateqoriyalara aid olan daha 1300-dən çox müharibə əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb, bu barədə onlara SMS göndərilib. Beləliklə, qeyd olunan dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 12300-dən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub. E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi halda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə //sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!