İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 11-11-2022, 17:18
Zəfər Günü Yaponiyanın internet resurslarında


Zəfər Günü Yaponiyanın internet resurslarında

Yaponiyanın “Cross Border Club 3.0” internet televiziyasında Azərbaycanın Zəfər Gününə həsr olunmuş xüsusi veriliş yayımlanıb. Verilişin aparıcısı, tanınmış blogger Kazuyasu İşidanın qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev olub. Yapon izləyicilərə iki il öncə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə olunmuş Zəfərin tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ermənilərin işğal etdikləri ərazilərdə böyük dağıntılar və vandalizm aktları törətdiklərini xatırladan veriliş iştirakçıları hazırda Azərbaycan dövlətinin Qarabağda apardığı irimiqyaslı bərpa və quruculuq işlərinə diqqəti cəlb ediblər. Vətən müharibəsi və post-müharibə dövründə qardaş Türkiyənin ölkəmizə göstərdiyi mənəvi dəstək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevlə birlikdə həm Zəfər paradında, həm də azad edilmiş ərazilərdə inşa edilən mühüm obyektlərin açılışında iştirakı xüsusilə vurğulanıb. Məğlubiyyətə uğrayan Ermənistanın imzaladığı razılaşmalara tam əməl etmədiyi, atəşkəs rejimini pozaraq Azərbaycan ərazisində təxribatlar törətməyə çalışması, lakin Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatların qarşısını qətiyyətlə aldığı, Cənubi Qafqaz bölgəsində uzunmüddətli və dayanıqlı sülhün Avropanın enerji təhlükəsizliyi üçün zəruri olduğu, Azərbaycanın Avropaya yalnız öz enerji mənbələrini deyil, eyni zamanda Mərkəzi Asiyanın enerji ehtiyatlarının göndərilməsi üçün mühüm tranzit dəhlizinə çevrildiyi nəzərə çatdırılıb. Verilişin gedişində Azərbaycanın parlaq Qələbəsindən sonra Bakı şəhərində təşkil edilən Zəfər paradını, azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini əks etdirən fotolar nümayiş etdirilib. Bundan başqa, Yaponiyanın internet resurslarında Diasporla İş üzrə Dövlət Komitəsinin 8 Noyabr – Zəfər Gününə həsr etdiyi videoçarx yayımlanıb. Ölkəmizin iki il əvvəl qazandığı böyük Qələbə, Qarabağın qədim Azərbaycan torpağı olduğu, ermənilərin işğal etdikləri ərazilərimizə yalnız dağıntı və səfalət gətirdiyi, Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı nəhəng bərpa və quruculuq işləri barədə yapon ictimaiyyətini ətraflı şəkildə məlumatlandırmaq məqsədinə xidmət edən bu təşəbbüsü Azərbaycan-Yaponiya Dostluq Mərkəzi irəli sürüb. Videoçarxın ilk kadrında Dövlət Bayrağımızın fonunda “Zəfər Günün mübarək, Azərbaycan!” sözləri Azərbaycan, yapon və ingilis dillərində yazılıb. Sonrakı kadrlarda lalələrlə bəzənmiş Cıdır düzü, Qarabağın azadlıq rəmzinə çevrilmiş “Xarı bülbül” çiçəyi, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi dağıntılar, bizim bu torpaqlarda uzun müddət yaşadığımızı təsdiq edən Qobustan qayalarındakı rəsmlər, Şuşa qalasının qapıları qarşısında şahə qalxan Qarabağ atı üzərindəki milli geyimli igid və Şəhidlər Xiyabanında ucaldılmış abidənin önündə Azərbaycan bayrağını dalğalandıran qazi yer alıb. Videoçarxda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası səsləndirilib.









Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!