Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 17-06-2021, 12:21
AZƏRTAC-ın xüsusi müxbiri TRT radiosunda Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi haqqında danışıb

TRT radiosu yazıçı-publisist Yaqub Öməroğlunun aparıcısı olduğu “Mədəniyyət pəncərəsi” verilişinin iyunun 15-dəki buraxılışı Milli Qurtuluş Gününə həsr edilib. Verilişdə Azərbaycanın dövlət himni səsləndirilib və himnimizin tarixi barədə ətraflı məlumat verilib.

Butov.az xəbər verir ki, canlı yayımda verilişin qonağı olan AZƏRTAC-ın Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtı Milli Qurtuluş Gününün tarixi və Şuşa Bəyannaməsi barədə danışıb.

Şuşa Bəyannaməsini Milli Qurtuluş Günü ilə böyük hərbi Zəfərin vəhdət bayramı kimi dəyərləndirən jurnalist ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib. Diqqətə çatdırılıb ki, göstərilən siyasi iradə və qətiyyət sayəsində Şuşa Bəyannaməsinin imzalanması ilə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən böyük Atatürkün arzuları reallaşıb. İyunun 15-i Azərbaycan və Türkiyənin müstəqilliyi yolunda canlarını fəda edən şəhidlərimizin ruhunun şad olduğu günə çevrilib.

Radio dinləyicilərinə Qafqaz İslam Ordusunun tarixi missiyası, ötən yüzilliyin əvvəlində və sonunda Naxçıvanın qurtuluşu, XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları və onun acı nəticələri, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyəti və digər aktual məsələlər barədə də ətraflı məlumat verilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!