Pezeşkian da Xankəndiyə gəlir - Səfirlik TƏSDİQLƏDİ .....                        Sulutəpədə evlərdən 10 min manatlıq qızıl oğurlandı .....                        Rusiya və Azərbaycanın Baş prokurorluqları müzakirə aparıblar .....                        ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi .....                        İmtahan nəticələri AÇIQLANDI .....                        Prezident Xankəndi-Şuşa kanat yolunun ərazisinə baxıb .....                        20 gün əvvəl su anbarında batan gənc qızın meyiti tapıldı .....                        Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlandı - FOTO .....                        Şahbaz Şərif Füzulidə .....                       
23-11-2021, 12:10
Deputatlar Rusiyaya gedir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Bu barədə Bütöv.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Səfərov, Anatoliy Rafailov, Rüfət Quliyev, Anar Məmmədov, Rasim Musabəyov, Tamam Cəfərova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclisin sədri təşkilatın Şura və plenar iclaslarında gündəlikdəki məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Səfər çərçivəsində nümayəndə heyətimiz səhiyyə xidmətlərinin hamını əhatə etməsi və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Burada parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə təşkilatın gələcək fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri noyabrın 26-da başa çatacaq.
23-11-2021, 12:05
Cüdo Federasiyasında təyinat: Yeni baş katib bankir olub

Azərbaycan Cüdo Federasiyasının baş katibi dəyişib.

Bütöv.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.

11 aprel 1980-ci ildə doğulmuş R.Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir. 2012-ci ilin oktyabrından “AtaHolding” ASC-nin İdarə Heyətinin sədr müavini işləyən Rəsullu 2019-cu ilin oktyabrından “AtaHolding” MMC-nin baş direktoru vəzifəsinə təyin olunub. O eyni zamanda “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü işləyib.

Qeyd edək ki, bunadək Cüdo Federasiyasında baş katib Elmar Babanlı idi. O, daha əvvəl federasiyanın vitse-prezidenti postundan çıxarılmış Sadıq Sadıqovun kadrı hesab olunurdu.
23-11-2021, 11:55
İlham Əliyev iki ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də iki ölkənin Azərbaycan Respublikasına təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Ölkə başçısı ilk olaraq Banqladeşin ölkəmizdə yeni təyin olunmuş səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.

Bütöv.az
23-11-2021, 11:05
Dünya bazarında son neft qiymətləri

Dünya bazarında neft qiymətlərində azalma müşahidə edilir.

WTI markalı neftin yanvar fyuçersləri 0,65 % ucuzlaşaraq bir bareli 76,25 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin yanvar fyuçersləri 0,43 % ucuzlaşaraq bir bareli 79,36 ABŞ dolları olub.

Mənbə: Bloomberg


Bütöv.az
22-11-2021, 19:13
Ölkədə son sutkada 33 nəfər koronavirusdan ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1283 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.

Bütöv.az
22-11-2021, 19:05
Bakıda xarici vətəndaşın kartından 27 min dollar oğurlandı - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Bu barədə Bütöv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər.

Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.

Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Zöhrab Əliyev və Orxan Qafarov barəsində araşdırmalar davam etdirilir.

22-11-2021, 19:02
Rafael Ağayev: "Söz verirəm ki, medallarımızın sayı çox olacaq"

"Biz komanda yarışlarında üçüncü olduq. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Bütöv.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında komanda kumitedə bürünc medal qazanmış Azərbaycan karateçisi Rafael Ağayev instaqram hesabında bildirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı qələbəni şəhidlərə, bu il dünyasını dəyişən anasına və dostu Elnurun 7 yaşında vəfat edən Ömər adlı övladına həsr edib: "Hamınızı bağrıma basıram. Gələcəkdə medallarımızın sayı çox olacaq. Buna söz verirəm."
22-11-2021, 18:56
Bu instituta yeni səlahiyyət verildi

Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli və “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarlarında dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”a İqtisadi Elmi Tədqiqat İnstitutu da əlavə olunub.

Bütöv.az
22-11-2021, 18:38
Azərbaycan Vatikanda səfirlik açır - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyi təsis edilir.

Bundan başqa, Prezident Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!