Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-11-2022, 14:51
Nazirlikdən havanın kəskin dəyişəcəyi ilə bağlı əhaliyə çağırış


Nazirlikdən havanın kəskin dəyişəcəyi ilə bağlı əhaliyə çağırış

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Soyuq havalarda isə adətən qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artması müşahidə olunur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir. Bu məqsədlə, aşağıda göstərilən bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladırıq:
— nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin!
— elektrik şəbəkəsini həddindən artıq yükləməyin!
— işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin!
— qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın!
— cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin!
— elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!
— mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın!
— mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın. Unutmayın: Qaydalara biganəlik — həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”
28-11-2022, 14:45
Qətərdə Braziliya futbolçuları arasında virus yayılıb


Qətərdə Braziliya futbolçuları arasında virus yayılıb

Qətərdə Braziliya futbolçuları arasında virus yayılıb
Futbol üzrə Braziliya milli komandasının üzvləri arasında virus yayılması şübhəsi mövcuddur. Bu barədə “Goal” nəşri özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, qrip əlamətlərinə görə Lukas Paketa, Antoni və Alison məşqin bir hissəsini buraxıblar. Futbolçuların 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə ilə keçiriləcək oyuna hazır olduqları bildirilir. Həmçinin zədə səbəbindən Danilo və Neymar matçda iştirak etməyəcək.
28-11-2022, 14:42
Ermənilər 7 rayonu atəşə tutdular


Ermənilər 7 rayonu atəşə tutdular

Noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
28-11-2022, 07:14
Çubindərdə Məhəmməd Heydərinin həyatı təhlükədədir

Çubindərdə Cavad Heydərinin qardaşı Məhəmməd Heydərinin həyatı təhlükədədir
Güney Azərbaycanın Qəzvin mahalından olan və etiraz aksiyalarında öldürülən Cavad Heydərinin qardaşı, Qəzvin şəhərinin Çubindər zindanında saxlanılan Məhəmməd Heydərinin həyatı təhlükədədir.
Noyabrın 16-da Qəzvin prokuroru Hüseyn Rəcəbinin hökmü əsasında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq zindana salınan Məhəmməd Heydəri aclıq aksyası keçirir.
Həbsinin ilk günündən qanunsuz saxlanılmasına etiraz edərək aclıq aksiyasına əl atan azərbaycanlı Heydərinin aksiyanın 9-cu günündə vəziyyətinin ağırlaşdığı və huşsuz vəiyyətdə həbsxananın tibb məntəqəsinə köçürüldüyü bildirilir.
Onun ailəsi ilə telefon danışığı və görüşünə icazə verilmir.
Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.
Hökumətin ölüm səbəbini saxtalaşdırmaq və məsələni ictimailəşdirməməklə bağlı təkliflərinin onun ailəsi tərəfindən qəbul edilmədiyinə görə, ailəyə qarşı təzyiq göstərilir.
Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.
28-11-2022, 06:55
Azərbaycan türklərinin həbsi gündən-günə çoxalır

Azərbaycan türklərinin həbsi gündən-günə çoxalır

Məlikan və Tehran şəhərində daha 7 azərbaycanlı fəal həbs edilib.
Milli fəallardan altısı Məlikanda, biri isə Tehranda saxlanılıb.
Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəalların verdiyi məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs ediliblər.
Tehranda həbs edilən Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhərinin həbsxanasına köçürülüb.
Fəalların həbsinin səbələri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları ehtimal edilir.
27-11-2022, 20:22
DÇ-2022: Mərakeş sensasiyaya imza atdı


DÇ-2022: Mərakeş sensasiyaya imza atdı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər. Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamin Sabiri, 90+2-ci dəqiqədə isə Zakaria Aboukhlal fərqlənib. Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.
27-11-2022, 20:19
"Neftçi" "Səbail"ə qalib gəldi


"Neftçi" "Səbail"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. Günün yeganə matçında "Neftçi" "Səbail"i qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. "Dənizçilər"də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib. Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır. Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.
27-11-2022, 20:15
Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu


Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu

Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
27-11-2022, 20:09
Kosta Rika Yaponiyanı məğlub etdi


Kosta Rika Yaponiyanı məğlub etdi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər. Qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub. Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır. Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
27-11-2022, 20:08
DİN-dən sürücülərə xəbərdarlıq


DİN-dən sürücülərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava xəbərdarlığı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. DİN-dən verilən məlumata görə, müraciətdə deyilir: "Noyabrın 28-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur. Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!